“Nizamişünaslıq”
jurnalı
beynəlxalq standartlarla nəşr edilib
AMEA-nın Gəncə
Bölməsinin Nizami
Gəncəvi Mərkəzinin
“Nizamişünaslıq” elmi
əsərlər jurnalının
10-cu nömrəsi çapdan
çıxıb.
Jurnalın bu
nömrəsində Azərbaycan,
Türkiyə və İrandan 20 müəllifin
məqaləsi dərc
edilib. Məqalələr
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin həyat
və yaradıcılığından
bəhs edir.
Jurnalda ADPU-nun
beynəlxalq əlaqələr
üzrə prorektoru professor Mahirə Hüseynovanın, BDU-nun dosenti Əsmətxanım
Məmmədovanın, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin professoru Abbasqulu Nəcəfzadənin,
Türkiyə Ərzurum
Atatürk Universitetinin
professoru Nimet Yıldırımın, AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri professor Vüqar Əhmədin,
AMEA-nın Gəncə
Bölməsinin Nizami
Gəncəvi Mərkəzinin
direktoru filologiya üzrə fəlsəfə
doktoru Əlimuxtar Muxtarovun və digər müəlliflərin
məqalələri dərc
edilib.
“Nizamişünaslıq” jurnalına Azərbaycan dili ilə yanaşı
ingilis, rus, türk və başqa dillərdə də məqalələr qəbul edilir. Jurnalın redaksiya heyətində Azərbaycanın
və dünyanın görkəmli nizamişünas
alimləri yer alıblar.
Jurnal bu
il Beynəlxalq Standart
Seriya Nömrəsi
(ISSN), Rəqəmsal Obyekt
İdentifikatoru (DOI) standartlarını
alıb və Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı
ilə filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına
daxil edilib.
Jurnal ildə iki dəfə
nəşr olunur. Sözügedən jurnalın
redaktoru AMEA Gəncə
Bölməsinin Nizami
Gəncəvi Mərkəzinin
direktoru Əlimuxtar Muxtarovdur.
Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, ¹46.- S.29.