Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

 

İntellektual Qeyri-Bədii Ədəbiyyatın Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2024-cü il dekabrın 5-dən 8-dək Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək.

Rusiya mediası xəbər verir ki, tədbirin proqramına müasir ədəbiyyatın nəsrin ən aktual mövzularına, milli ədəbiyyatın tərcümə sənayesinin inkişafı, ədəbi təhsilin problemləri, yazıçılar birliklərinin fəaliyyəti, xaricdə Rusiyada mədəni həyatın digər aspektlərinə həsr olunan 16 panel müzakirəsi daxildir.

Təşkilatçıların sözlərinə görə, Forumun məqsədi beynəlxalq mədəni əlaqələri gücləndirmək müxtəlif ölkələrin yazıçıları ədəbi icmaları arasında dialoq qurmaqdır. Bu məqsədlə tədbirdə ədəbiyyat mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Əsas müzakirə mövzuları yazıçının müasir cəmiyyətdəki mövqeyi, media nəşriyyat fəaliyyətindəki rolu, eləcə bədii tərcümə sənayesinin üzləşdiyi problemlər olacaq.

Tədbirdə müxtəlif ölkələrdən 50-dən çox yazıçının iştirak edəcəyi gözlənilir.

 

Ədəbiyyat qəzeti.- 2024.- 29 noyabr, №46.- S.32.