Min ilin səpini

 

Əkinim - qəbrimdi, başdaşlarıdı,

Bəlkə torpaq yoxdu...

Torpaq axı var!

Səpinçi min illik göz yaşlarımdı,

Səpdiyim toxumlar təzə çıxırlar.

 

Deməyin, deyəsən, ömür yarıdır,

De, nədi gəzdiyin bu göz yaşında?

Mənim kimiləri əsgər çağrılır

Əsrin əvvəlində, əsrin başında.

 

İçənlər qanımı varıb içəmməz,

Köç ötür gözümdən, sən di, həddindi...

Düşmən sərhəddimi yarıb keçəmməz,

Mən dirəyiyəm sərhəddin indi.

 

Məni tanımayıb adamlar, haşa!

Çeynənib ağızda-dildə olmuşam.

Hərdən papaq kimi qoyulub başa,

Hərdən qılınc kimi əldə olmuşam.

 

Qoymayın boynuma suçun çoxunu,

Canıma yüz qurdu daraşdırıblar.

Sünbül toxumumu, gül toxumumu

Yonca toxumuyla qarışdırıblar.

 

Umanlar çox umub mənim sözümdən,

Toxummu, düz çıxan zəndimmi, çıxıb?!

Zirvə toxumdu mənim gözümdə,

Allahın səpdiyi dən kimi çıxıb...

 

***

 

Ey Allaha Ünü yetən,

var ki, səndən asılı.

varsa, Ona bağlıdı,

varsa, Ondan asılı!

 

O yığvalsız gözələ bax,

Necə dönüb xəzələ, bax.

Əvvələ bax, Əzələ bax,

Qalıbdı Sondan asılı.

 

Nədi yazdığı bəşərin,

Yazıqlar yazığı bəşərin.

Nədi gəzdiyi bəşərin,

O Bəy, bu Xandan asılı?

 

Kəsilib əmcək, yeyilib,

Kağız-qələm tək yeyilib.

qədər cəmdək yeyilib,

Bir quru göndən asılıb?!

 

Nəsimilər bu gün var,

Özü it günündə var.

Varmı zahid olmayanlar,

Ey Allah, bəndən asılıb!

 

Min ildi yatmadım, deyir,

Mən öldüm, çatladım, deyir.

"Tapdınmı", "Tapmadım" deyir,

Anadil məndən asılıb?!

 

           Quyu

 

Dünyaya quyudan gəldik,

Dünyadan quyudan getdik.

Uyuya-uyuya gəldik,

Uyuya-uyuya getdik.

 

Bir başa sal bu dünyada

Quyu olmayan var, ?

Ölüm qətrəsi varmış,

Quyudan gələn zərrədə?!

 

Səadət, fəlakət nəymiş?

O buymuş, bu oymuş elə.

Ey aşiq, məhəbbət nəymiş?

Eh... o da quyuymuş elə!

 

Çəkilən hara çəkilmiş,

Quyunun başına ancaq.

Özünü dara çəkirmiş,

Quyudan su çəkənə bax!

 

Quyu üstüymüş açılan

Ayağın altında, Adəm!

Mən su üçün qaçıram,

quyudan su çəkirəm.

 

Mən hələ sağam, görək,

Axırımız olacaq.

Axıb-axıb bütün sular

Bircə quyuya dolacaq.

 

Yaşayacaq, öləcəyik,

Gözü çəksə yuxu çəkir.

Bir baxıb görəcəyik,

Quyu quyudan su çəkir?!

 

Bu quyudan su çəkəkmi,

Quyuda su özü yanır.

Bilməyirik, susuzluqdan

Bəlkə quyu özü yanır?!

 

Hələ bizə inanıb,

Allah, ağrıya dözürsən.

Bir qurtum sudan ötəri

Sən quyumu gəzirsən?!

 

İkimiz yanmaqdayıq,

Çağırıram, "Hu" çəkirəm.

Sən hələ quyu qazırsan,

Mən hələ su çəkirəm?!

 

Ata çiyini

 

Nələr çəkmir ata çiyni cahanda,

Ata çiyninin öz ağrısı var.

Oğullar köksündən yaralananda,

Atalar çiynindən yaralanırlar.

 

Ürək ağrısından daha ağırdır,

Ağrımasa, olmur,

Ağrısa, olmur.

Şəhid cənazəsi götürdüyündən,

Ata çiynindəki ağrı azalmır.

 

Çətinliyi vardır hər bir ağrının,

Çətin yox, asandı nəyin ağrısı?

Ağrılar içində bircə ağrı var,

Şəhid atasının çiyin ağrısı!

 

Hər şəhid atası öz çiyininə

Ən ağır yükünü götürə bilmir.

Gecələr birtəhər özü yatsa da,

Ağrıyan çiynini yatıra bilmir!

 

Düşmənin səhvini əfv edəcəkmi?

Bilirəm, darıxır döyüşçün çiyni.

Hələ çox düşməni məhv edəcəkdir,

Bu çiyin döyüşçü...

Döyüşçü çiyni!

 

Ağlayan zamanı özündən qabaq,

Mən bilirəm, ata çiyni ağlayır.

Yaşayır dişini dişinə sıxıb,

Demir... deməz Vətən, çiynim ağrıyır!

Şəhid atasının təsəllisi bu:

Ölübdü Vətənin uğrunda oğlu.

Ata çiyinləri yük altındadır,

Birində - dərdidi,

Birində - oğlu!

 

Dinib, "oğlum ölüb", deyə bilməyib,

Belə faciə olarmı, yaxşı?!

Qəbrə qoyammayıb elə bil, hələ

Ata çiynindədir oğlunun nəşi!?

 

Şəhərli kəndçi

 

Adam var, əsəri şəxsiyyətidi,

Adam var, əsərsiz, əsərli kimi.

Şəhərdə yaşayan kəndçi olasan,

Kənddə yaşayasan şəhərli kimi!

 

Elə düşünürlər, ola bilərmi

Görən, şəhərlitək dəyərli, kəndçi?

Məni tanıyanlar düz tanıyırmış

Kəndçi şəhərliyəm, şəhərli kəndçi!

 

Vallah, mən salmışam, ilk şəhəri mən,

Mən türk şəhərindən, türk kəndindənəm.

Mən qoca dünyanın ilk şəhərindən,

Mən qoca dünyanın ilk kəndindənəm!

 

Dünya mənim üçün böyük çayxana,

Şəhər çayımdısa, qəndimdi kəndim.

Mənim nəzərimdə şəhərsə kəndim,

Elə şəhərim kəndimdi, kəndim!

 

Salanda elə bir şəhər salmışam,

Baxanda görmüşəm üzü kəndədir.

Həsrətlə baxsa da kəndlər şəhərə,

Bütün şəhərlərin gözü kənddədir!

 

Yoxdu, yer üzündə sizdən yoxdu, yox,

Gözəlim şəhərim,

Gözəlim kəndim.

Necəsən? Necəsən, kəndim şəhərim,

Necəsən... necəsən, şəhərim kəndim?!

 

Atmadım, atmaram kəndin daşını,

Şəhərim zərgərim,

Kəndim zərimdi.

Yaxşımı görünür, görün yaxşımı?!

Şəhər - pyedestalım,

Kənd - heykəlimdi!

 

"İnnabı" havası

 

Hər kəs "innabı"ya qoy, oynamasın,

"İnnabı" oynudur mənim anamın!

Qoyun bir, qoynuna girim, ölməyim,

"İnnabı" qoynudur mənim anamın!

 

"İnnabı" çalınır, yenə, "İnnabı",

Huşu başdan çıxıb qara zurnanın!

Bu zurna havası, adi havamı?

Yox-yox, çəkibdilər dara, zurnanı!

 

Anam olmamışdı öz anasından,

"İnnabı" havası

Doğmuşdu onu!

Gözünü açanda, sanki gördüyü

"İnnabı" havası olmuşdu onun?!

 

Anamın toylarda özündən qabaq

Əli dincələrdi... donu oynardı.

Başının üstündə haqqın nəzəri,

Oynadan var idi onu... oynardı!

 

Onun da sevgisi daşa dəymişdi,

Sevinsə , qəlbən sevinməyirdi.

Toylarda onunla qabaq-qabağa

Oynayan var idi... görünməyirdi.

 

Ahıl yaşında da sevgi taxtına

Çıxıb başlayırdı öz şahlığına.

Anam "İnnabı"ya oynayan kimi

Qayıda bilirdi ilk sevgisinə,

Qayıda bilirdi cavanlığına,

Qayıda bilirdi uşaqlığına?!

 

"İnnabı"çalınır, yenə ellərin

Haman bayramıdır,

Haman toyudur.

Xeyli var, dünyadan köçüb, olsun,

"İnnabı" çalınır...

Anam qayıdır!

 

...Hər kəs "İnnabı"ya oynaya bilməz,

"İnnabı" oynudur mənim anamın.

Qoyun bir, yenidən qoynuna girim,

"İnnabı" qoynudur mənim anamın!   

 

***

 

İstəyirəm hamını

Yaşadam, daş atmıram.

Qanadı qanadımdı,

Quşa da daş atmıram.

 

Dişlər, sanki inci, zər,

İncilərdir, incilər.

Peyğəmbərim inciyər,

Dişə daş atmıram.

 

Kimsə baxdım, düşünür,

Sandım baxtım düşünür.

Bəlkə haqqı düşünür,

Başa da daş atmıram.

 

Mən yarı qoruyuram,

Baharı qoruyuram.

Mən varı qoruyuram,

Heçə daş atmıram!

 

Ərən sınaya bilər,

Görən qınaya bilər.

Birdən qanaya bilər,

Daşa da daş atmıram!

 

***

 

xoşbəxtsiz, deyirəm,

Haqqa bağlı olanlar.

Ağlı eşqə dönənlər,

Eşqi ağlı olanlar!

 

Coşub-daşır eşqiylə,

Dağlar aşır eşqiylə,

Cavanlaşır eşqiylə

Eşqi ulu olanlar!

 

Sizintək sağ ha, yoxdu,

Sizintək düha yoxdu.

Sizintək ağa yoxdu,

Eşqin qulu olanlar!

 

And bu: "Eşqə and olsun!

Yaradana həmd olsun!"

İşiniz avand olsun,

Eşqin oğlu olanlar!

 

Şəhid evi

 

Bir evin üstündə bayraq yellənir,

Şuşada yellənən bayraq kimidir.

Baxanlar görür ki, kiminmiş Vətən,

Görənlər bilir ki, bayraq kimindir.

 

O saat bilinir şəhid evidir,

Həm çox müqəddəsdir, həm uludur.

Çox-çox evlər üstdə dalğalanır, bax,

Oğul bayraq olub,

Bayraq oğuldur!

 

Vətən xatırlayır min ehtiramla

O ürəyim gənci, o gözüm gənci.

Bu evin üstünə bu bayrağı da

Heç kim sancanmazdı, o özü sancıb.

 

Oğlum, ibrət götür gördüklərindən,

Yurdun bayrağını sev, uca tutub.

Bir vaxt şəhid oğul tutan bayrağı

İndi doğulduğu ev uca tutub!

 

Barat Vüsal

 

Ədəbiyyat qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.18.