Aşıq Ələsgərsözün yaddaş abidəsi

 

qbalına bax, bax,

baxtına bax, bax"!

Aşıq Ələsgər

 

Sentyabrın 30-da Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı bu böyük el sənətkarının, irfani düşüncə sahibinin irsinə, sənətinə olan böyük sevgi qayğının təzahürü olmaqla yanaşı, həm milli ideoloji baxımdan müstəsna hadisədir. Bu heykəl təkcə Aşıq Ələsgərin deyil, ümumiyyətlə, hər bir Qərbi Azərbaycanlının Qərbi Azərbaycanın obrazını özündə əks etdirir. Ölkə başçısının qeyd etdiyi kimi, "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları bütün Azərbaycan xalqını yenə bir amal uğrunda birləşməyə dəvət edən hadisədir". Aşıq Ələsgərin abidəsi daha çox bu məqamı ilə önəmli mühüm sayılmalıdır.

Nəzərə alanda bu gün Qərbi Azərbaycan amili qədər aktualdır yenə nəzərə alanda ki, dünya ictimaiyyəti ermənilərin mənafeyindən, ikili standartlardan çıxış edir, erməni vəhşiliklərini faktiki olaraq təsdiqləmir azərbaycanlılara qarşı həyata keçirilən deportasiya zülmünü görmür, ədalətsizcəsinə davranmağı fəaliyyət məramlarına çevirirlər, o zaman bu zülmün təzahürlərini daha uca səslə bəyan etmək lazım gəlir. Aşıq Ələsgərin heykəli bu baxımdan həm vizual olaraq qəzəbin, ağrının simvoludur, həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən zamanında gerçəkləşdirilmiş müstəsna fakt kimi əhəmiyyətlidir.

 

***

 

Aşıq Ələsgər öz heykəlini hər şeydən öncə qəlblərdə qoymuş sənətkardır. Onun ədəbiyyat tariximizdə oynadığı rol daha çox aşıq şeirinə gətirdiyi yeniliklə, qoşma, gəraylı, təcnis müxəmməslərin məzmun planında etdiyi dəyişikliklə bağlıdır. Poetik fikrə dünyəvi irfani məzmunun birgəliyini gətirmək yeniliyi! XVII əsrə qədər belə bir tendensiya mövcud idimi? Tam şəkildə yox əlbəttə. Şairlər təriqət prinsiplərinin elementlərindən, onun yarlıq etiketlərindən tam ayrıla bilmirdilər. Şeirin məzmununda gedən yenilənmə prosesi öz zirvə məqamına Molla Pənah Vaqif yaradıcılığında çatdı. Vaqif bir çox janrlara yeni estetik harmoniya, fərqli poetik ifadə tərzi bəxş etdi. Bu həm etnik mədəniyyətimizin daxilində gedən ictimai-siyasi hadisələrlə, immanent inkişaf qanunauyğunluğu ilə bağlı idi. Akademik Nizami Cəfərov "Füzulidən Vaqifə qədər" kitabında "XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah dövrüdür" - deyərkən, zənnimcə, elə bu məqamı nəzərdə tutur. Daha rəvan, sadə üslub, hamının başa düşəcəyi, anlayacağı dil, milli özünüdərketmənin təzahürünün güclənməsi, mifoloji təfəkkürün oyanması. ən əsası, realist mədəniyyətin önə keçməsi.

Molla Pənah Vaqif ədəbiyyat tariximizdə mərhələ yaradan sənətkardır, realist şeirin ilk yaradıcılarındandır, sevgiyə gözəlliyə, kədərə əzaba yanaşması ilə fərqli müstəvidə qərarlaşan şairdir. Əlbəttə ki, Vaqif öz dövrünün tanınmış ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ xanlığında ən mühüm qərarların verilməsində öz ağlı səriştəsi ilə iştirak edib. Amma hər şeydən əvvəl Vaqif şairdir, bu günə qədər sevilən bir çox misilsiz poetik örnəklərin müəllifidir. Bəs Vaqifin Azərbaycan ədəbiyyatında yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir? Bunu ilk növbədə, dövrün özünün izahını verməklə aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah, oyanış dövrüdür. Bu dövrü fərqləndirən əsas cəhətlər milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması, xalq yaradıcılığının milli folklor janrlarının tam təşəkkülü ilə əlamətdardır.

Vaqif mərhələsinin özünün əvvəlki sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı sonrakı ədiblərin bir çox maarifçi məsələlər istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı.

Vaqifdən sonra onun yolunu davam etdirən çox şairlər, aşıqlar oldu, amma onun açdığı yolun zirvə məqamı Aşıq Ələsgərin adı ilə taclandı. Bunun əsas səbəbi isə şairin dünyəvi hisslərlə tam kifayətlənməməsi, "gözəllik anlayışlarında ilahiliklə insaniliyin qanunauyğun bir vəhdət" (Yaşar Qarayev) təşkil etməsi idi. Özü deyirdi axı, "Ələsgərəm, hər elmdən halıyam"!

Düzdür, Aşıq Ələsgərin qoşmalarında Molla Pənah Vaqif, Molla Vəli Vidadidən gələn dünyəvi istiqamət, realist yanaşma öndə idi. Poetik mətnlərində real dünyəvi gözəlin canlı portreti yaradılırdı. Real təsvirlər aşiqin (aşığın!) emosional ovqatının birgəliyindən yaradılan misralarda həm sevəni, seviləni görə bilirik, həm koloritli məişət kontekstini. Amma onun yaradıcılığında həm Qurbani, Aşıq Abas Tufarqanlı, Xəstə Qasımdan gələn təsəvvüfi-irfani məqam, mistik-ideoloji məzmun vardı bu, artıq yeni keyfiyyət göstəricisi idi. Bu mənada, özünü Firdovsi, Füzuli, Hafiz, Nəsimi ilə eyni estetik məkanda hiss edirdi. Predmetə hansı ölçülərdən yanaşmasından asılı olmayaraq, meydana yüksək poetik istedadla yazılmış nümunələr qoyulurdu.

 

Bir sazım var, yox pərdəsi, simi,

Onu çalıb, kim tərpədər simi?!.

Firdovsi, Füzuli, Hafiz, Nəsimi -

Onlar da yazdığı, ayə, məndədi.

 

Yaxud:

 

Dərsi azlar Ələsgərdən dərs alsın,

Altı min altı yüz ayə məndədir.

 

Ələsgər qoşmanı həm məzmun, həm şəkli xüsusiyyətlər baxımından zənginləşdirdi, onun poetik fikri ifadə imkanlarının maksimum həddə yüksək olduğunu nümayiş etdirdi. Həm "dərsi azlara" dərs verəcək qədər əxlaqi-fəlsəfi təlimdən çıxış edirdi, həm canını gözəllərin yol qurbanı edəcək qədər aşiqlik feyzi sərgiləyirdi. Amma onun həsrətlə süslənmiş şeirlərində ruhun üsyanı, sazın sözün harayı da vardı bu şeirlərdə " yaman bağlandı yolların, dağlar?!/ Ölsün Ələsgərtək qulların, dağlar!" deyəcək qədər can yanğısından, ürək dağlayan duyğulardan çıxış edirdi. Amma bütün hallarda o, Aşıq Ələsgər idi. Ağrının içində belə poetik gözlənilməzliklər etməyi bacarırdı. Məsələn, onun şeirləri içərisində çox sevdiyim dodaqdəyməz təcnisi Aşıq Ələsgərin poetik istedad məharətini bütün dərinliyi ilə incələyən nümunələrdən biridir:            

 

El yeridi, yalqız qaldın səhrada,

Çək əstərin, çal çatığın çata-çat!

Hərcayılar səni saldı irağa,

Həsrət əlin yar əlinə çata-çat!

 

Qışda dağlar geyinər, yaz qara,

Sağ dəstilə kağıza yaz qara.

Əsər yellər, qəhr eyləyər yaz qara,

Daşlar çaylar, gələr daşlar çata-çat!

 

Ələsgərin xətti çıxdı çal indi,

"Hey"i "yey"ə, "dal"ı "rey"ə çal indi.

Hərcayının kəlləsindən çal indi,

Çal çəngəlin, çək ciyərin çata-çat.

          

Burada poetik fikrin ifadə imkanlarının genişliyi ilə bərabər forma özəlliklərinin mükəmməlliyi var. Azərbaycan poeziyası xüsusilə qoşma janrındakı bu mükəməlliyə bir Səməd Vurğunun poeziyasında çatdı. Səməd Vurğunu sovet şairi olmaqda ittiham edənlər gərək onun poeziyasının ötən əsrin 30-50-ci illərində milli özgələşdirmə siyasətinə qarşı necə dirəniş aktı olduğunu unutmasınlar. Səməd Vurğun hər cür ideoloji təzyiqlər içində ədəbi dili, ədəbi mədəniyyəti yaşadanlardan idi. Molla Pənah Vaqiflə başlayan, Aşıq Ələsgərlə davam edən ədəbi xətt Səməd Vurğun yaradıcılığında yeni estetik mərhələ təşkil etdi. Səməd Vurğun əruzun sərbəst şeirin funksional olmağa başladığı dövrdə milli heca vəznini poeziyanın aparıcı təmayülünə çevirməyi bacardı.

İndi Şuşada yenidən bərpa edilən Vaqifin büstü məqbərəsi, Bakıda ucaldılan Aşıq Ələsgərin abidəsi bizim üçün azad olunmuş yurd yerlərinin rəmzidirlər. Olduqları yeri vətənə çevirməyi bacaranlardı onlar. Necə gözəl deyib Vaqif Səmədoğlu: "Yer üzündə / bircə tikə torpaq varsa, / vətən var yer üzündə"...

 

***

 

Hələ iki il öncə Qərbi Azərbaycan İcmasında olan görüşdə İlham Əliyevin Zəngəzura qayıdışla bağlı səsləndirdiyi daha bir fikir vardı: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır".

Doğrudan da, bu istiqamətdə artıq silsilə işlər görülməyə başlanmışdır. Hətta ondan daha əvvəl, 2021-ci ilin 18 fevralında İlham Əliyev "Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi" haqqında sərəncam imzalamışdır. Bu sərəncam Aşıq Ələsgərin simasında yalnız klassik irsə, folklor, dil yaddaşına dəyər vermək məqsədi daşımırdı, həm bizim olanı qaytarmaq, ona sahibləmək kimi ciddi mesajlar verirdi. Həmin sərəncamdan ötən zaman kəsimində Aşıq Ələsgərlə bağlı elmi-bədii istiqamətdə müəyyən işlər realizəsini tapdı. Heykəlin açılışı isə görülən işlərin zirvə məqamı kimi simvolik çalar kəsb etdi.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsini, bu tarixi torpaqlara qayıdış konsepsiyası ilə müəyyən çağırışlar səsləndirməsinin əsasında hər zaman yeni milli təfəkkürün, təzələnən diskursun məfkurə dalğasının düşüncədə əməldə ifadəsini görmək istəyi dayanıb. Aşıq Ələsgərin heykəlinin açılışı zamanı da dövlət başçısı eyni məramdan çıxış etdi. Öz nitqində yenə ermənilərin bu torpaqları neçə sahiblənməyə çalışmalarından, insanların öz ərazilərindən qovulması kimi acı reallıqla üz-üzə qalmalarından yaxın tariximizin fəci prosesləri kimi bəhs etdi. Azərbaycanlıların İrəvandan - öz dədə-baba torpaqlarından deportasiya olunduqdan sonra Qərbi Azərbaycanla bağlı yaşadıqları həsrətə xüsusi vurğu saldı. Bir daha sübut elədi ki, bizim olana sahiblənmək qətiyyətimizdə israrlıyıq. Aşıq Ələsgərin abidəsi qayıdışın mütləqliyinə dair xalqa bu instinkti, bu ruhu təlqin etməklə bərabər, həm ciddi mesajlar ötürür.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.16.