Şair o şairdi...
Bəxtiyar Vahabzadəyə həsr
olunmuş şeir
Hörmətli Azər müəllim! Mənim atam Məhərrəm Böyükkişi oğlu Babayev (1924-2007) uzun illər Gədəbəy rayonunun Dəyəqarabulaq kənd səkkizillik məktəbində müəllim işləmişdir. O həm də el şairi kimi tanınırdı. Vaxtaşırı xalq şeiri janrlarında "Emir Məhərrəm" imzası ilə şeirlər yazardı. Bu günlərdə onun arxivini nəzərdən keçirərkən, görkəmli şairimiz Bəxtiyar Vahabzadəyə həsr etdiyi bir şeiri əlimə geçdi. "Şair o şairdi..." sərlövhəli həmin şeir 14 may 1973-cü ildə qələmə alınmışdır. Həmin şeiri sizə göndərirəm. Məsləhət bilsəniz, qəzetinizdə dərc etməyi rica edirəm.
Hörmətlə,
Yaqub Babayev
Filologiya elmləri doktoru,
professor,
Əməkdar müəllim
Şair o şairdi...
Şair o
şairdir şerə yol açsın,
Qartal zirvələrə
yol açan kimi.
Misrası
zərbəni dalbadal açsın,
Koroğlu
meydanda qol açan kimi.
Şair o
şairdir bir yolçu olsun,
Könüllər
oxşayan nəğməkar kimi.
Anadan
yollara bələd doğulsun,
Yolçular
önündə bələdkar kimi.
Şair o
şairdir bircə baxımda
Neçə
ürəklərin sirrini açsın.
Dağlar
seli kimi bircə axımda
Qəlbində
bir dünya götürüb qaçsın.
Şair o
şairdir od arasında
Özünə
yol açsın bir aslan kimi.
Onun hər
sözündə, ixtirasında
Bir cahan
doğulsun bu cahan kimi.
Şair o
şairdir həqiqətləri
Bir
anlıq şöhrətə, şana satmasın.
Tapdanan
görəndə ədalətləri
Ürəyi
od tutsun, rahat yatmasın.
Şair o
şairdir riyakarlığa
Zərbələr
endirsin bir düşmən kimi.
Çıxsın
çətinlikdən, düşsə darlığa,
Günəş
buludlardan görünən kimi.
Şair o
şairdir onun sinəsi
Dürrülər
gizlənən dəryalar olsun!
Şair o
şairdir onun nəfəsi
Qışı
yaz eləyən bir bahar olsun!
Şair o
şairdir öz əqidəsi,
Məsləki,
istəyi, öz yolu olsun!
Göstəriş
verməsin ona özgəsi,
Onun nur zəkası,
düz yolu olsun!
Şair o
şairdir hər amalında
Xalqına
yarasın bir məlhəm kimi.
Vətənin,
millətin eşqi yolunda
Ömrünü
əritsin yanar şam kimi.
Şair o
şairdir gizli sirlərə
Dili iti
olan bir açar olsun!
Tarixdə
bəxtiyar düşsün dillərə,
Adı
da, özü də Bəxtiyar olsun!
Məhərrəm Babayev
14.05.1973
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.9.