İon
Deakonesku
(Rumıniya)
Müsahibə
- Kimsiz?
- Polisə, Tanrıya və özünə yad biri.
Emil Çoran
- Kimsiz?
- Yad biri.
- Uşaqlarınız varmı?
- Milyonlarla sözlər, köklər,
qanadlar və qorxularım.
- Nəyə inanırsız?
- Heçliyə.
- Dostlarınız varmı?
- Məni unutmamış bir neçə insan.
- Ən çox nəyi sevirsiz?
- Söylənməmiş sözləri.
- Hara səyahət etmək istərdiz?
- Anın boşluğuna.
- Heç düşmənləriniz
varmı?
- Qəlbim.
- Nifrət etdinizmi heç?
- Doğulduğum gün qeydə alınanda.
- Kimi bir daha görmək
istərdiz?
- Məni dünyaya gətirdiyi gün anamı.
- Rahib olmaq istərdizmi?
- Əgər kilsənin üst mərtəbəsində
Tanrıdırsa.
- Ən böyük diləyiniz?
- İsanın yaşında
olmaq.
- İndi
nəyin üzərində
işləyirsiz?
- Tozlu hərflərdən göz yaşı yaratmağın.
- Müsahibəmizi necə bitirək?
- İçimizdəki düşməni
əhliləşdirərək.
Böyük gün
Küçənin küncündəki
Masqa satan adını çəkib
donuq və yupyumru
turşumuş bir üz hədiyyə etdi sənə.
Xain, gülümsər,
hüznlü, ya da sevincli,
xorla çıxan
şirin
səslər
qüruba
qarışırdı.
Hüznü qovmaq üçün
gözyaşlarını selab edən,
kölgəsinin ağrısından
qıvrılan masqalardı bunlar.
Böyük günə hazırlıqdı,
hər kəsə və hər növdən.
Tərcümə və təqdim etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, ¹38.- S.21.