Qriqore Kiper
(Moldova)
Sən
Həyat
yoldaşım
bazar günləri gözəl
görünürdü -
gec oyananda.
Ovcumla
barmaqlar
arasından sürüşən
ipək
misalı dərisini
sığallardım.
Sonra şənbələri də
gözəl oldu,
birdən
başa düşdüm
-
iş otağıma daxil olanda.
İndi o
hər gün gözəldi.
Bütün hisslərimlə
salxmış qırışlara
baxıram,
sevinirəm ki,
o gün nə yaxşı hələ gəlməyib.
Çox
yaxşı ki
həyat
yoldaşım
bütün həqiqi qadınlar
kimi gözəldi.
Birnəfərlik nömrədən
laureat
Zala girəndə görürsən
ki,
doludur.
Özünə yer axtarır,
ya da ayaq üstə qalırsan.
Qalibi
elan edirlər,
hamı
zalı tərk edir,
bir nəfər kimi.
Oteldə
ümidsizləşirsən,
qeydiyyat
masasındakı
hamı
üçün olan
"So
large Martell"
romanını tapmırsan.
Təkcə yatağa uzanırsan,
ya da səhnədə
dayanmağa davam edirsən.
Tərcümə və təqdim etdi:
Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2024.- 5 oktyabr, №38.- S.21.