"Nerdəsin, ey nazlı yurd,

 səs ver mənim səsimə"

 

Bir vaxtlar "Nerdəsin, ey nazlı yurd, səs ver mənim səsimə!" - deyə fəryad qoparan Vətən həsrətli istiqlal şairi Almas İldırımınbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası - 14 yanvar 1952, Elazığ) ruhu artıq şaddır. 30 ildən çoxdur ki, onun nisgilli səsi canından əziz bildiyi istiqlalına qovuşmuş Vətənindəki soydaşları tərəfindən eşidilir. Şairin bənzərsiz irsi doğma yurdunda sevilə-sevilə oxunur, əsərləri tədqiq, təbliğ olunur...

Bu günlərdə "Çapar" nəşriyyatının baş redaktoru, mühacirət irsinin toplayıcısı, tədqiqatçısı, gənc istedadlı həmkarımız Dilqəm Əhmədin tərtib etdiyi  "Almas İldırım. Dəhşətli ölüm düşərgələri" adlı kitabı (Bakı, "Çapar" yayınları, 2024, 364 səh) işıq üzü görmüşdür. Burada indiyədək kitablarda verilməyən şeirləri, məqalələri,  şairə ithaf olunan şeirlər, xatirələr, digər yazılar toplanılmışdır.

Dilqəm Əhməd kitaba yazdığı irihəcmli Ön sözlə şairin məşəqqətli həyat yolunu, zəngin yaradıcılığını, fəaliyyətini, əsərlərinin tədqiqi tarixi vəziyyətini geniş işıqlandırmışdır. Hesab edirik ki, bu kitab Azərbaycan mühacirət poeziyasının sönməyən ulduzu Almas İldırımın almazildırımşünaslığa böyük töfhə olmaqla yanaşı, onun irsinin daha dərindən geniş araşdırılmasına təkan verəcəkdir.

 

Abid Tahirli

 

Ədəbiyyat qəzeti.- 2024.- 12 oktyabr, ¹39.- S.14.