Görkəmli ədəbiyyat adamları
Məmməd İsmayıl haqqında
Məmməd
İsmayıl-85
Məmməd İsmayılın kitablarını varaqladım və bir neçə misal götürdüm: İnsan yaşlananda oğul-uşaq asılır şairin çiynindən və onu uçmağa qoymur. Bunu poetik şəkildə bu cür deyir Məmməd İsmayıl:
Dönər budaqlara ömrün illəri,
Asılar çiynindən oğul-uşaqlar.
Yəni, oğul-uşaq səni çox da uçmağa qoymur, deyir "hara gedirsən, məni dünyaya gətirmisən, yaşatmalısan".
Yaxud da 1941-45 davasından sonra namuslu qadınlarımız kişi nəfsini öldürdülər, övladlarını böyütdülər, mən bunu proza ilə deyirəm, görün, şair necə deyir?
Ağlımız təzəcə kəsirdi onda,
Bir həsrət didirdi ürəyimizi.
Bir ad dolaşırdı söz
arasında,
Ümiddən asılan qılınc
kimiydik.
Analar qınından sıyırıb
bizi,
Qoymuşdu nəfsiylə öz
arasında.
Bu yerlə, bu göylə, bu dünya ilə
Eşqiylə, əhdiylə öz
arasında.
Şeiri
bu cür yazarlar, sözü belə deyərlər.
Bir misal da gətirim:
Bir qızı sevəndə necə deyirik? Ay qız, "səni sevirəm". Bəs, xalq nə cür
deyir?
Əzizim,
mənəm sənsiz,
Deyib-gülmərəm sənsiz.
Dağda
ahu mələsə,
Bil ki, o
mənəm sənsiz.
Görün, şair Məmməd
İsmayıl necə
deyir?
"Ürəyim bir gözələ müstəmləkə".
Görün, necə müasir deyim tərzidir.
"Müstəmləkə tutub
e ürəyi"...
Bəxtiyar Vahabzadə,
Xalq şairi
"Məmməd, gələrsən
Bakıya sənə kömək edərəm.
Hələ əlimdə
elə bir imkan yoxdur, imkan
düşən kimi sənə kömək edəcəm".
Nəbi Xəzri,
Xalq şairi
Poeziyamıza şimşək kimi
çaxaraq, doğma Əsrik çayıtək
kükrəyərək gələn
Məmməd İsmayıl
Azərbaycan poeziya hüdudlarını yararaq
beynəlxalq aləmə
çıxan azsaylı
çağdaş şairlərimizdəndir.
O, 60 ilə yaxın söz üstə əriyərək enişli-yoxuşlu,
ağrılı-acılı şair ömrü yaşayıb. Yaşyarımda
atasını, otuz yaşında anasını
itirən Məmməd
İsmayılı taledən
gələn qismət,
həyatın keşməkeşləri
məhvərindən çıxara
bilməyib, daim yüksəkliklərə can atıb,
çağdaş poeziyamızın
öncüllərindən biri
olub. Mənim də Məmməd İsmayıl haqqında
"Taleyinə baş
əyməyən şair"
adlı məqaləm
çıxıb. Yazıçı
Turan Uğura da təşəkkür edirəm
ki, o da "Tale şairi: Məmməd
İsmayıl" adlı
xatirə-roman yazdı.
Vətən nisgili, Vətən həsrətini
ömrünün sonuna
kimi saxladı Məmməd İsmayıl.
Yəni Vətən üçün qəribsəmək
hissindən təmiz
hiss yoxdur. Onun yazılarından, poemalarından,
şeirlərindən, romanından
da bunu hiss edirik.
Qəzənfər Paşayev,
Əməkdar elm xadimi,
professor
- Biz hələ tələbə
idik. Məmməd ilk gənclik şeirləri ilə məni o vaxtdan ovsunladı. Xüsusən, anasına həsr etdiyi "Sənsiz" şeiri ilə:
Nə deyim həyatın qanunlarına,
Gör,
niyə fəryadlar qoparıram mən?
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram
mən.
Bu, anasının ölümünə
yazdığı şeirdir,
ananı çiyində
aparanların hamısı
bu duyğuları yaşayır. Tale elə gətirdi ki, təxminən
3 il Məmmədlə Bakının
müxtəlif yerlərində
kirayəşin yaşadıq.
Doğrudan da, çox
macəralarımız olub.
Bu arada bir-birimizin yaradıcılığını izləyirdik.
Mənim
anama da "ana" deyirdi
Məmməd.
Son dərəcədə cəsarətli,
vətənpərvər verilişlər
hazırlayırdı televiziyada.
Axşam isə evdə cavanlığa məxsus olan güləşmələr, deyişmələr,
hər cür şıltaqlıqlar olurdu.
Sonra hər ikimiz getdik Dövlət Mətbuat Komitəsinə.
O, "İşıq" nəşriyyatında, mən
isə "Yazıçı"-da
işləyirdik. Kollegiya
iclaslarında hərdən
darıxırdıq, ona
kağızla şeir
ötürürdüm, o da cavab verirdi mənə,
ürək sözlərimizi
yazırdıq bir-birimizə.
Deyişmə
Sabir Rüstəmxanlı:
Heç
uymazdı bu dünyanın felinə,
Onu gözə gətirməsəm
yaxşıdı.
Qoca vaxtı gənclik keçib əlinə,
Yerişini itirməsə yaxşıdı.
Məmməd İsmayıl:
Dost sözünə, dost səsinə
nə deyim?!
Dost köhnəsə, hər şey təzə yaxşıdı.
Bu istəklə qanadlanıb
ürəyim,
Hərdən giley, hərdən
məzə yaxşıdı.
Sabir Rüstəmxanlı:
Gedib çırpdı Cırdaxanın
qozunu,
Qozu yedi, bizə verdi tozunu.
Bu minvalla bəslədiyi sazının
Ad-sanını batırmasa yaxşıdı.
Məmməd İsmayıl:
Niyə
qəlbim öz-özünə
dillənir?
Yaz gəlibsə, daş-qaya
da güllənir.
Bilmirsənmi, su axmasa, lillənər,
Ömür də ki, gəzə-gəzə
yaxşıdı.
Sabir Rüstəmxanlı:
Özü üçün Koroğlutək
döyüşüb,
Mən qardaşam, deyəmmərəm
"nə işim?"
İlhamını şöhrətinə dəyişib,
Qələmini yatırmasa yaxşıdı.
Məmməd İsmayıl:
Günahım nə, nə olacaq savabım?
Dost inciksə, nə tavanım, nə tabım.
Özüm kimi bir az köntöy cavabım
Sənin
kimi dərdbilməzə
yaxşıdı.
Mən onu şair kimi
çox sevirəm. Çox şeirlərini də gözümün qabağında yazıb.
Bir də görürdün
rayondan gəlib, otağa keçib, rahatlanmamış başlayırdı
şeir yazmağa. Özü də bu şəkildə:
Əlini
qaldırdı, "Deyir,
deyir..." sanki kimsə deyirdi, amma ilhamı ona diktə edirdi. Sonra da görürdük
ki, gözəl bir şeir alınıb. Məmməd İsmayıl
söz oliqarxıdır,
Azərbaycanın çox
görkəmli şairidir.
Sabir Rüstəmxanlı,
Xalq
şairi
Şair
Allah deyil, amma şeir Allahın səsidir. Şairin gerçək şeiri ilahi diktənin şair qulağına çatan əks-sədasıdır.
Bu gerçək şeiri
də yazmaq hər oğulun işi deyil. Onun qulağına gələn ilahi vəhylə yazılmış
bir bəndi çözələmək istərəm:
Yandı
çaxmaq daşı,
od daşı yandı,
Ulu babamızın buxarısında.
Ağaclar, deyəsən, od daşıyandı,
Əzəldən yer ilə göy arasında.
Misra sığalına baxın,
sözlərin bal qohumluğuna baxın, qafiyələrin göydən
gəlmişcəsinə gözəlliyinə
baxın:
Bu sənin ömrünün
Koroğlu dövrü,
Bu sənin ömrünün
Babək çağları.
Durub, əlverişli zaman gözləmə,
İgidlik zamana, baxta baxmayır.
Taleyə,
qismətə, vaxta baxmayır...
Məmməd İsmayıl çöldə
ilham gözləməyib,
həmişə ilham
onun evinin içərisində olub.
Məmməd Aslan
Kitablarımın Azərbaycanda da sevilərək
oxunub, əl-əl gəzdiyindən xəbərdaram.
"Az i Ya" kitabından dostum Məmmədə 10 nüsxəsini
pay vermişəm. Yaxşı
ülfətimiz var onunla.
Bir dəfə səhərə
kimi Məmmədin zoğal arağını,
mənim də fransız konyakımı bala-bala vurmuşuq. Mamedcan Türkiyədə
1997-ci ildə "Türkiyə
Yazarlar və Sənətkarlar vakfı"nın
təsbit etdiyi "Türk Dünyasına Hizmət Ödülü"nün
təqdimatı ərəfəsində
böyük bir anlaşılmazlığın qarşısını aldı.
Buna görə ona öz təşəkkürümü
bildirirəm.
Oljas Süleymenov,
Türk dünyasının
böyük oğlu,
Qazaxıstanın Xalq yazıçısı
Məmməd İsmayıl "Türk
Dünyasına Hizmət
Ödülü"nü ilk dəfə almış Azərbaycan mütəfəkkiri,
şairidir.
Çingiz Aytmatov,
Qırğızıstanın Xalq yazıçısı
20 Yanvar ərəfəsində
- o çətin anlarda
komendant Dubinyak belə bir qayda
qoymuşdu ki, "Gənclik"
jurnalının çapa
getməsi üçün
"mən qol çəkməliyəm".
Məmməd İsmayıl o vaxt
hayqırdı ki:
"Siz kimsiniz ki, mənim mənəviyyatıma
qol çəkəsiniz".
Bax, belə adamdır Məmməd İsmayıl!
İsa İsmayılzadə
Məmməd İsmayıl bizim
gənclik dövrümüzün
əfsanələşmiş şairidir. Məmməd İsmayılı ilk dəfə
necə görmüşəmsə,
bu gün də həmincə görkəmdədi - qüruru,
vüqarı ilə. Özünü illər qocaltsa da, sözünü
qocaltmağı bacarmayıb.
Sözü həmişə
gəncdir. İlk dəfə
şairi "Yazıçı"
nəşriyyatında görmüşəm.
"Çinar pöhrələri"
almanaxı üçün
49 şeirimin içindən
9-nu seçib götürdü.
Sonra da onlardan 3-nü götürüb
"Maşınkada vurdur,
gətir" - dedi.
Lakin o 3 şeir də almanaxda gedəsi olmadı. Almanax çıxanda yanına getmişdim.
- Olmaya dava döyməyə
gəlmisən?
Şeirlərin mənə
aid olmayan bir səbəb üzündən
getmədi.
- Mən "Canın sağ olsun!" deyəndə zəndlə
üzümə baxdı:
- Görürəm, yaxşı
oğlana oxşayırsan.
Gəl, səninlə
dost olaq!
Mən əlimi uzatdım. Və doğrudan da, o vaxtdan etibarən bizim dostluğumuz başladı.
Mən
SSRİ Yazıçılar İttifaqının da üzvü
oldum, Azərbaycan Yazıçılar Birliyinin
də üzvüyəm.
Ancaq mənim üçün önəmli
olan budur ki, mən nə yaxşı bütün bunlardan qabaq Məmməd İsmayıl
ədəbi məktəbinin
üzvü olmuşam!
Barat Vüsal,
Əməkdar incəsənət
xadimi, şair
Məni
televiziyaya Məmməd
bəy gətirib.
1992-ci ilin payızında
gəlmişəm. Aydın
Qurbanoğlu "Ədəbi-dram
verilişləri" redaksiyasının
baş redaktoru idi. 4-5 aydan sonra Məmməd İsmayıl məni musiqi şöbəsinə
göndərdi, dedi
ki, "get, düzəlt oranı".
Qayıtdım ki, "ay Məmməd
bəy, mənim musiqidən nə başım çıxır,
kalam bu sahədə".
Hirsləndi ki, "yox,
get, oranı düzəlt".
Saday Budaqlını, Əhməd Oğuzu "Xarici verilişlər"
redaksiyasına göndərdi.
Vaqif Bayatlını,
Akif Səmədi radioya,
Məti Osmanoğlunu
"Gənclik" şöbəsinə.
Hə, az qala unutmuşdum, Akif Əhmədgili də Məmməd İsmayıl
televiziyaya gətirmişdi.
Məmməd İsmayıl
nər kimi döyüşkən kişidir.
Məmməd İsmayılın
şairliyində taleyin
rolu böyükdür,
amma o, zaman şairidir,
ruh şairidir, yer-göy şairidir. Ötkəmliyi daş yaran bir şəxsiyyətdir
Məmməd İsmayıl.
Avdı Qoşqar,
Əməkdar jurnalist
Hər adamın həyatı da
roman üçün mövzu
olmur, lap böyük şair də ola bilər. Məmməd İsmayılın yardıcılığını
gətirirəm xəyalıma,
onun bütün uğurları, sarsıntıları,
bütün həyatı,
yaşadığı epoxa,
idealı, dostları onun həyatını əks etdirir. Bu, böyük şair xoşbəxtliyidir. Yəni
şairin həyatı
cəmiyyətlə qaynayıb-qovuşur,
cəmiyyətin bir parçası olaraq görünür. Məmməd
İsmayıl çox
gözəl bir mühitdə böyümüş
insandır. Saz da, ana laylası da, dastanlarımız,
nağıllarımız da gəlib-keçir o mühitdən.
Məmməd İsmayıl
bizə məlum mövzulardan yazıb. Bu mövzular nədir?
- Vətəndir, anadır, sevgidir, ədalət hissidir, qürbət həyatıdır. Bütün
mövzular onun içindən gəlib keçir. Məmməd İsmayılın şairliyi
də buradan qaynaqlanır.
Vaqif Bəhmənli
Hazırladı: Turan Uğur
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.2-3.