Uşaqlar üçün qeyri-səlis məntiq

 

Əks qütblər aradakı çalarlar

 

(3-cü hissə)

 

(Əvvəli, ardı var)

 

Fəxrəddin müəllim sinifdə var-gəl edə-edə Əhmədin ona verdiyi sualın izahına bir az uzaqdan gəlmək istədi:

- Baxın, uşaqlar, Əhmədin sualını təkrar edirəm: üçün qeyri-səlis məntiq bu cür adlanır?! Axı o, adi məntiqdən daha dəqiqdir. Sual belə qoyulmuşdu. İndi isə mənim sizə belə sualım var: bizi əhatə edən ətraf mühit qədər rəngli çoxşaxəlidir. Belədir, ya belə deyil? Məsələn, belə bir misal: ağla qara arasında qədər aralıq rəng çalarları var, eləmi?!

- Belədir, belədir... - Yer-yerdən səslər gəldi.

- Biz bu ətrafımızdakı dünyanı yüzdəyüz dilimizlə ifadə edə bilirikmi?

- Bilirik! - Yenə səslər bir-birinə qarışdı.

- Bilmirik, - Əhməd dilləndi.

- Bəli, bilmirik. Əhməd düz deyir. Bu mümkün deyil. Dilimiz qeyri-səlisdir, real həyatımız qeyri-səlisdir, dünyamız isə öz obyektiv varlığında səlisdir. - Fəxrəddin müəllim Əhmədə təqdiredici nəzər salıb fikrinə davam etdi: - Dünyamız rəngli televizor kimidir. Dilimiz isə onun təsviri zamanı "ağ-qara" televizoru xatırladır. Qeyri-səlis məntiq bizi məcbur edir ki, biz dünyadakı rəngarəngliyi olduğu kimi təsvir edək, onun adını qoyaq. Heç olmasa, buna cəhd göstərək. Deyin görüm, siz Cəfər Cabbarlının "Sevil" pyesini oxumusunuzmu?

- Zərbəli müəllim keçən il onu hamımıza az qala əzbərlətdi...

- Oxumuşuq...

- İmamyar obrazı yadınızdamı? Onu "yaxşı-pis" qütbünün hansı tərəfinə qoyardınız? O, bir adam kimi yaxşıdır, yoxsa, pisdir?

- Əlbəttə, pisdir. Dərslikdə belə yazılıb. Birmənalı pisdir!

- Heç vaxt birmənalı "pis" deməyin. Birmənalı "yaxşı" da deməyin.

- Bəs deyək? O axı dağıdıcılıqla məşğul olurdu. Ziyan vururdu...

- İndi gəlin, İmamyara bu biri tərəfdən baxaq. Malı-mülkü əlindən alınmış, həyatın dibinə atılmış bir şəxs. O, təbii ki, qisas haqda düşünür. Sovet hakimiyyətinə qarşı fəaliyyət göstərir. Sovet ideologiyası da, təbii ki, onu düşmən hesab edir pislərin cərgəsinə atır. Sovet dövrü dərslikləri bunu başqa cür izah edə bilməzdi.

Sinifdə sükut hökm sürməyə başladı. Fəxrəddin müəllim dedikləri ilə uşaqları düşündürə bilmişdi. Doğrudan da, niyə axı İmamyar pis adam olmalı idi?! Axı o, sovetlər gələnə qədər normal insan kimi yaşayırdı?! Belə deyil? Belədir!

- Baxın, - Fəxrəddin müəllim hiss etdi ki, uşaqların beynində əksliklər toqquşmağa başlayıb, bir qədər dərinə getmək istədi. - Baxın, başqa birisinin gözündə İmamyar axı qatı pis olmaya bilər, belədir, ya belə deyil?

- Belədir... - Səslər yavaşdan, amma qətiyyətlə gəlməyə başladı.

- O zaman biz İmamyarı tam səlis olaraq "yaxşı-pis" qütblərinin hansında yerləşdirə bilərik? Bir az da dəqiq danışsaq, 100-lə ölçülü rəqəmin 50-si müsbət, 50-si mənfi çalarlıdır. Əgər kimsə İmamyarı 30 faiz müsbət sayırsa, o biri 70 faiz mənfi olacaq.

- Bəli, elə çıxır... - Sinfə çökmüş sükutun içərisindən Hüseynin səsi az qala eşidilməz idi.

- O, zaman "ya pis, ya yaxşı" daha səlisdir, yoxsa, "otuz faiz müsbət, yetmiş faiz mənfi"? Qeyri-səlislik, uşaqlar, əslində, səlis məntiqdir, dəqiq məntiqdir, dəqiqliyə, səlisliyə ən azından can atan məntiqdir. Əgər dilimiz tam olaraq bizə bunun ifadəsini (təsvirini) verə bilmirsə, bu bizim dünyamızın, düşüncəmizin günahı deyildir, dilimizin, bizim günahımızdır. İndi deyin görək, siz həyatda bu ikili qütblərin hər hansında yüz faiz qərar tutan bir dəyər tanıyırmısız?

- Belə çıxır ki, bu, mümkün deyil, - Əhməd cavab verdi.

- Bəli, bizim həyatımızda bu, mümkün deyil. Ancaq aləmləri yaradan Allah 100 faizli dəyərə malik ola bilər...

Uşaqların diqqəti bir istiqamətə cəmlənmişdi. Onlar Allahla təmasın bu fənn vasitəsilə necə mümkün olmasının dadını hiss edirdilər.

Fəxrəddin müəllim sinif otağına çökən bu sükutdan xüsusi ləzzət ala-ala bugünkü dərsin əsas hissəsinə keçid eləməyə başladı:

- Dediklərimi heç vaxt unutmayın.

Uşaqlar bir-birilə baxışaraq Fəxrəddin müəllimin dediklərini yaddaşlarına həkk eləməyə başladılar.

- Belə... İndi gəlin, dərsimizin sonunda heç olmasa, bəzilərinizin iki əks qütbün arasına Aristotelin üçüncünün istisnasını necə yerləşdirmənizlə tanış olaq. Keçən dəfə mənim verdiyim tapşırığa kimlər hazırdır?! Kim başlamaq istəyir?

Hüseynin əli hamıdan əvvəl göyə qalxdı. O cavab verməyə tələsirdi. Fəxrəddin müəllim gülümsədi:

- Buyur. Gəlin Hüseyndən başlayaq. Dinləyirik səni, Hüseyn.

Hüseyn ayağa qalxdı. Düşündüklərini dilinə olduğu kimi gətirmək, dil vasitəsilə düşündüklərini yüzdə yüz ifadə eləmək, o artıq bilirdi ki, asan olmayacaq. Bəlkə bu heç mümkün deyil. Amma yenə nəzərdə tutduğu ikili əks qütblərdən onların arasındakı istisnanın özünün istisnasından düşündüklərini danışmağa başladı:

- Mənim nəzərdə tutduğum ikili əks qütb "çiy bişmiş"dir. Biz hər hansı bir yeməli məhsula bu baxışdan yanaşa bilərik. Meyvələri çiy ya bişmiş halda yeyə bilərik. Amma əti... bu mümkün deyil. Qədim insanlar əti, əlbəttə ki, çiy halda yeyirdilər. Sonralar insanlar mədəniləşdikcə, od kəşf ediləndən sonra onlar əti bişirib yeməyə başladılar. Bununla da mədəniyyət dövrünə qədəm qoymuş oldular.

- Noolsun? - Zakir yerindən danışdı. - Mən Türkiyədə olanda restoranda gördüm ki, menyuda çiy ət var. Qiyməti bişmiş ətdən ucuz deyil ki, bahadır. Ha-ha-ha...

Zakirin bu yersiz atmacasına heç kim fikir vermədi. Hamının diqqəti Hüseyndə idi.

- Zakir düz deyir. - Hüseyn Zakirlə razılaşdı. - Bu gün müxtəlif xarici ölkələrdə restoranlarda çiy ətə rast gəlmək olar. Amma iki əks qütb üçün bugünkü çiy ətin müxtəlif xalqların menyusunda olmasının mənası yoxdur. Söhbət "çiy" dəyərdən "bişmiş" dəyərdən gedir. Restoranda əgər siz ət sifariş vermisinizsə, ət necə bişsin, heç soruşmayıblarmı? Yarıbişmiş, yoxsa, tam bişmiş, yoxsa, yarıçiy, bir az bişmiş olsun, deyə sual verməyiblərmi? İki əks qütbdən - çiy bişmiş qütblərdən yenə uzaqlaşdıq. Bunların arasında cürbəcür başqa halların da olması mümkün imiş...

- Dilimizlə biz bütün bu mümkünləri təsvir edə bilərikmi? - Fəxrəddin müəllim soruşdu.

- Yox, Fəxrəddin müəllim, təsvir edə bilmərik. Bişmiş, yaxud çiy ətin arasında sonsuz sayda halətlər ola bilər.

- Doğrudur, - deyə Fəxrəddin müəllim onunla razılaşdı əli ilə işarə etdi ki, Hüseyn yerinə otursun.

Beləliklə, Hüseyn sözünü bitirərək yerinə oturdu. Gözü ilə ondan iki cərgə irəlidə oturan Əhmədə baxdı. Əhməd yumruq sıxıb baş barmağını qaldırdı, bu, "əla!" demək idi.

Fəxrəddin müəllimin üzünün ifadəsindən göründü ki, o, Hüseynin cavabından razı qalmışdır. Növbə Minaya çatdı. Bu dəfə Mina ayağa qalxıb öz düşüncələrini bölüşməyə başladı:

- Mən əks qütblər olaraq "isti-soyuq" qarşılığını seçmişəm, - Mina dedi. - Bu iki əks qütbün arasında isə başqa hallar da yerləşdirilə bilər. Məsələn, "ilıq" sözü istidir, soyuqdur. Yaxud "sopsoyuq" "ipisti" sözlərini götürək. Bu sözlər istilik-soyuqluq xəttində keçici dəyərlər kimi özünü göstərə bilər.

Fəxrəddin müəllim Minanın da çıxışından razı qaldı. O dedi:

- Bəli, Mina, doğru müşahidə etmisən. "İlıq" sözü iki əks qütb kimi özünü göstərən "isti-soyuq" qütbləri arasında əsl üçüncü haldır. Yaxşı misal tapmısan. İndi növbə... Zaurundur. - Fəxrəddin müəllim gördü ki, Zaurun əli havada qalıb sözü ona verdi.

Zaur dedi:

- Mən "gözəl-kifir" qütbləri arasında üçüncünün axtarışına çıxmışam.

Sinifdən xəfif gülüş səsləri eşidildi.

- Nolar, "gözəl-kifir" qütbləri maraqlı əkslikdir. - Fəxrəddin müəllimin dodağı qaçsa da, o, ciddiliyini saxlamağa çalışdı. - Buyur, Zaur, sənin fikrin, görürsən ki, hamımız üçün çox maraqlıdı. Sən buyur, davam elə.

Zaur davam elədi:

- Gülmək lazım deyil. Kifir gözəl dəyərləri, təəssüf ki, bizim aramızda ancaq ancaq xarici gözəlliyinə görə seçilir. Mənəvi gözəllik mənəvi kifirlikdən burda söhbət getmir. - Zaur çox ciddi tərzdə danışırdı.

Sinif sakitləşdi.

- Əgər biz bu iki qütbü, yəni, "gözəl kifir" qütblərini əkslik kimi qəbul etsək, o zaman onların arasında yer tutan "yaraşıqlı" sözünü nəzərə almalıyıq. "Kifir"ə yaxın "eybəcər" sözü burada özünü göstərəcək. "Qəşəng" sözünü yada sala bilərik. Deməli, belə nəticəyə gələ bilirik ki, "gözəl" "kifir" qütbləri arasına, hətta bir yox, bir neçə hal yerləşdirilə bilər. Bu xətti belə düzənləyə bilərik: "gözəl - yaraşıqlı, qəşəng - eybəcər - kifir". Deməli, Fəxrəddin müəllim, belə çıxır ki, biz əks qütblərin arasına bir söz deyil, bir neçə söz, hətta əlavə edə bilərik. Aristotel isə hətta üçüncü halın olmasını istisna edirdi.

- Doğrudur, Zaur, sənin misalın çox məzmunlu misaldır. Deməli, biz, sadəcə, üçüncünü deyil, dördüncünü beşincini əks qütblər arasına yerləşdirə bilərik. Dilimiz bizə qədər imkan verirsə, o qədər sayda da ara dəyərlər ortaya qoymaq olar. Maraqlıdır. - Fəxrəddin müəllim uşaqları bir qədər hərəkətli olmağa sövq etmək istədi. - Sən misal gətirmək istərsənmi, Əhməd? - Fəxrəddin müəllim üzünü Əhmədə tutub soruşdu.

- Bəli, müəllim, mənim misalım var, - Əhməd oturduğu yerdən ayağa qalxdı.  - Mənim misalım "ölü-diri" əksliyinin üzərində qurulmuşdur.

- Buyur, bu, ən çətin əkslikdir, deyə bilərik. Ondan hələ Aristotel istifadə edirdi. Necə deyirdi, bu dahi insan?! O deyirdi ki, insanlar, ya ölü ola bilər, ya da diri. Üçüncü hal istisna edilir. Görək, Əhməd bu iki əks qütbun arasına üçüncünü necə yerləşdirəcək?!

Əhməd sözünə belə başladı:

- Mən əvvəlcə ən qədim dastanımız, oğuz türklərinin mənəvi abidəsi olan "Kitabi-Dədə Qorqud"dan bir epizodu sizin yadınıza salmaq istərdim.

Sinif nəfəsini dərdi. Milçək uçsaydı, səsi eşidilərdi. Hamı bilirdi ki, Əhməd ədəbiyyat aşiqidir, Zərbəli müəllimin sevimli şagirdidir. İndi hamı ondan maraqlı bir yozum gözləməyə başladı. Hətta Fəxrəddin müəllimin maraqdan gözləri qıyıldı.

Əhməd balaca bir pauza verib belə davam etdi:

- Mən sizin yadınıza Qanturalı boyunu salmaq istəyirəm. Qanturalı Sarı donlu Selcan xatunla evlənmək üçün üç vəhşi heyvana qalib gəlir. Qızın atası qızını söz verdiyi kimi Qanturalıya ərə verir. Onlar Oğuz elinə geri dönürlər. Yolun ortasında bu iki sevgili dincəlmək üçün dayanıb kiçik bir düşərgə qururlar. Amma bu zaman Sarı donlu Selcan xatunun atası artıq peşman olur. o, qızını geri qaytarmaq üçün onların arxasınca qoşun göndərir. Belə olarkən, çox qəribə bir hadisə baş verir. Atasının qoşunu onlara gəlib çatmamış Qanturalı uzanıb yuxuya gedir. "Dədə Qorqud" mətnində qəhrəmanın bu cür yuxuya getməsilə bağlı belə deyilir: "Ol zamanlar yatanda oğuz yigitləri yeddi gün-yeddi gecə yatardılar". Adına "kiçicik ölüm" deyərlərdi! Dastanın digər qəhrəmanı Salur Qazan da başqa bir boyda belə bir ağır yuxuya gedir. Bu zaman düşmənləri onu əsir edib aparırlar.

Sinifdən müxtəlif yerlərdən səslər eşidildi:

- Necə, necə deyərlərdi?..

- Bu qədər yatmaq olar?..

- Yeddi gün, yeddi gecə?..

Sinifdə suallar dolu kimi yağırdı.

Bəli, belə bir halın adı var idi. Ona "kiçicik ölüm" deyirdilər. Selcan xatun qədər çalışır ki, Qanturalını yuxudan oyatsın, mümkün olmur. Məcbur olub özü atasının qoşunu ilə savaşa çıxır.

- Çox maraqlıdı. "Kiçicik ölüm" deyirsən, eləmi?! - Fəxrəddin müəllim fikrə getdi.

- Mənim fikrimcə, Fəxrəddin müəllim, "kiçicik ölüm" dedikləri bizim bu gün tanıdığımız koma vəziyyətidir. ölüdür, diridir. Ona görə mənim fikrimcə, "ölü-diri" qütblərinin arasına hələ qədim dastanımız olan "Kitabi-Dədə Qorqud"da özünü göstərən "kiçicik ölüm" adı ilə keçən "koma" halətini üçüncü hal kimi daxil etmək mümkündür. ölüdür, diridir, bəlkə komadadır?! - Əhməd sözünü bitirib susdu.

Fəxrəddin müəllim böyük bir hörmətlə ona yaxınlaşdı. Əlini çiyninə qoyub sıxdı. Əhməd yerinə oturdu. Hamı anladı ki, Fəxrəddin müəllimin özü üçün belə bir misal son dərəcə əhəmiyyətlidir.

Zəngin vurulmasına az qalırdı.

- Uşaqlar, - Fəxrəddin müəllim deyilənləri yekunlaşdırmaq istədi: - Sizin gətirdiyiniz hər bir misal göstərir ki, Aristotel məntiqinin üçüncünü istisna qanunu Zadə məntiqi qarşısında acizdir. Üçüncünü istisna yox, üçüncünün istisnasının özünün istisnası olmalıdır, əslində. Zadə bununla nəyi sübut edir? Onu sübut edir ki, biz bu cür düşünərək dünyamızın rəngarəngliyini daha adekvat əks etdirməyə çalışırıq. "Əksliklər arasında heç ola bilməz" prinsipindən uzaqlaşırıq. Deyirik ki, əks qütblərin arasında uçurum yox, qırılmaz xətt var, milyonlarla keçid nöqtəsi var. Seçim imkanımız genişlənir. Biz, beləliklə, daha... kim deyər, oluruq?

Zakir yenə dözmədi:

- Daha ağıllı... oluruq. Elə deyil?

- Bu öz yerində. Amma hər şeydən öncə daha tolerant oluruq, daha demokratik dünyagörüşünə malik olduğumuzu bəyan edirik.

Zəng vuruldu.

- Bu barədə daha geniş şəkildə gələn dəfə. - Fəxrəddin müəllim sözünə son verdi. - Əhməd, sən isə yoldaşlarınla - Hüseyn, Mina Zaurla bir yerdə, "Niyə biz qeyri-səlis məntiq vasitəsilə daha demokratik oluruq?" sualına cavab axtarın. Gələn dərsimizdə sizin cavablarınızı hamılıqla dinləyəcəyik.

 

(Ardı var)

 

Kamal Abdulla,

Rafiq Əliyev

 

Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, ¹40.- S.10-11.