Son Nobelli yazıçı: "Heç təsəvvür
etmirdim ki,
"Vegetarian" kitabının bu qədər oxucusu olacaq"
"Vegetarian" kitabı ilə Beynəlxalq Buker Mükafatını qazanan Han Kanq müsahibələrindən birində
mükafatı
qazananda hansı hissləri keçirdiyindən, romanın bütün dünyada necə qarşılandığından və insan olmağın nə demək olduğundan danışıb. Həmin müsahibənin əsas hissələrini təqdim edirik.
- 2016-cı ildə Beynəlxalq Buker Mükafatının qaydaları
dəyişəndən sonra ilk qalibi siz oldunuz. Qalib olmaq necə
hiss idi və bu sizin üçün nə
demək idi?
- 2003-2005-ci illər arasında "Vegetarian" əsərini yazdım, 2007-ci ildə bütöv roman kimi nəşr etdirdim. Çap olunmasından 10 ildən çox vaxt keçəndən sonra Beynəlxalq Buker Mükafatını qazanmağın olduqca qəribə (yaxşı mənada) olduğunu düşünürəm. Mükafatı qazandıqdan sonra digər əsərlərim, o cümlədən, "İnsanların əməlləri", "Ağ kitab" və "Yunan dərsləri", həmçinin ən son romanım "Biz ayrılmırıq" bir neçə dilə tərcümə olunub və ya tərcümə olunmaqdadır. Beynəlxalq Buker Mükafatına əsərlərimin müxtəlif mədəniyyətlərdə daha geniş oxucu kütləsinə çatmasında əvəzsiz xidmətlərinə görə minnətdaram.
- Siz, həm də mükafata namizəd olan və
qazanan ilk koreyalı oldunuz. Qələbəniz nəticəsində
Koreya fantastikasının daha
çox tanındığını hiss edirsiniz,
yoxsa,
bu,
beynəlxalq aləmdə belə görünür?
- O vaxtlar artıq əsərləri ingiliscəyə tərcümə edilmiş Kim Haysun kimi əla koreyalı şair və yazıçılar vardı. İndi daha çox koreyalı yazıçıların əsərləri xaricdə tərcümə edilib nəşr olunur. Son illərdə Koreya ədəbiyyatı ilə məşğul olan tərcüməçilərin sayı kəskin şəkildə artıb - bu fenomeni Koreya kinosu və pop musiqisinin qlobal uğuru ilə də əlaqələndirmək olar.
- Roman
1997-ci ildə yazdığınız "Qadınımın meyvəsi"
adlı
qısa hekayəniz əsasında yazılıb.
Bunu böyük bir romana və ya
üç hissədən ibarət hekayəyə çevirməyə sizi nə
ilhamlandırdı?
- "Qadınımın meyvəsi"ni yazdıqdan sonra nə vaxtsa bu hekayənin variasiyasını yazacağıma ümid edirdim. Yalnız iki böyük roman yazdıqdan sonra üçüncü romanım olan "Vegetarian"da bunu edə bildim. Xüsusilə, "Vegetarian"ın birinci hissəsi orijinal qısa hekayənin bir çox rəsmi izlərini özündə saxlayır. Məsələn, ər mənasız söhbətlər edən adam obrazını öz üzərinə götürür və qadın qəhrəmanın "səsi" yalnız müəyyən yerlərdə, yuxuda və ya anasına ünvanlanan monoloqlarda görünür. Bitkiyə çevrilən və ya bitki olmaq istəyən qadın haqqında bu iki hekayə arasında fərq qaranlıq, ehtiras və intensivlik səviyyəsindədir. "Vegetarian" daha qaranlıq, daha ağrılıdır. "Qadınımın meyvəsi" əsərindəki kimi fövqəltəbii heç nə baş vermir və personajlar qəddar reallığın ortasında öz əzabına qərq olurlar. Digər fərq isə romanın qəhrəmanının bacısının olmamasıdır ki, bu da qəribə özünütənzimləmə hissi yaradır.
-
"Vegetarian" 20-dən çox dilə tərcümə edilib. Müxtəlif ölkələrdə romana
reaksiya fərqli olub və bu
reaksiyalardan hər hansı biri sizi təəccübləndiribmi?
Fərqli yerlərdə
fərqli oxucu kütləsini (məsələn,
gənc oxucular) cəlb edib və ya fərqli
şəkildə rezonans
doğurub?
- Müxtəlif mədəniyyətlər
və nəsillər arasında təfsirdə incə fərqləri görmək maraqlıdır,
lakin məni daha çox təəccübləndirən romanın ümumiyyətlə
qəbul edilməsidir.
Məsələn, hər
yerdə qadın oxucular tərəfindən
çox yaxşı qəbul edilib və başa düşülüb.
- İngilis dilində nəşri üçün
kitabın tərcüməçisi
Deborah Smis ilə işləmisiniz (Smis Koreya dilini özü
öyrənib və bu, onun tərcümə
etdiyi ilk kitab idi). Digər dil tərcümələri ilə
müqayisədə bu
təcrübə necə
idi? Bəs, tərcümə ətrafında
hansısa səviyyədə
mübahisə yarananda
necə hisslər yaranırdı?
- Çoxlarının ifadə
etdiyi narahatlığın
əksinə olaraq, mən tərcüməçinin
bilərəkdən orijinalı
korladığına, orijinaldan
tamamilə fərqli
yeni əsər yaratdığına
inanmıram. Səhvlər
düzəldilir və
tərcümə öz
təbiətini qorumaqla
son dərəcə çətin
və mürəkkəb
akt olaraq həyata keçirilir. Lirizm, ritmlər, poetik gərginlik, incəlik, qatlı mənalar, gedişatın
dərin mədəni
konteksi - yalnız o dildə mümkün olan hər şey
- tərcümə edildiyi
dilə keçəndə
istər-istəməz itir.
İstənilən tərcüməçi
üçün çətin
vəzifə bu qaranlıq itki tunelindən keçmək
və orijinal mətnə mümkün qədər sadiq qalmaq üçün ən yaxın ekvivalentlər və ya analogiyalar tapmaqdır.
"Vegetarian"ın ingiliscə
versiyası ilə
"Qranta Buks" mənə ilk nüsxəsini
göndərəndə tanış
oldum. Mən o vaxt "İnsan əməlləri"ni yazmağa
o qədər aludə
olmuşdum ki, düzünü
desəm, lüğətdə
söz axtarmadan tərcüməni oxumağa,
təxminən, üç-dörd
saat sərf etdim. Arada bir
neçə səhv gördüm və onlar haqqında Debora ilə bir neçə
e-poçt müzakirəsi
(mübadiləsi) apardım.
"Vegetarian"ın tərcüməsində
iştirakım bununla
tamamlandı. Bununla belə, 2015-ci ildə
Debora "İnsan əməlləri"
üzərində işləyərkən
mən başqa heç nə yazmırdım, ona görə də onunla daha dərin
dialoqa girmək üçün rahat vaxt tapdım. Debora 2017-ci ildə "Ağ kitab"ı tərcümə
edəndə o və mən əlyazmanı orijinal mətnlə cümlə-cümlə müqayisə
etdik. Sonralar "Vegetarian"ın tərcüməsi
ətrafında qızğın
mübahisə başlayanda
mən istərdim ki,
"İnsan əməlləri"
kitabında olduğu kimi tərcüməni nəzərdən keçirməyə
çox vaxt sərf edim. Əslində, bəlkə
də mən bir ekspertə tapşırmalıydım ki, onu
cümlə-cümlə orijinalla
müqayisə etsin.
Mübahisə, iki arqumentin çaşdırıcı şəkildə
bir araya gətirilməsi kimi görünür. Birincisi,
səhvlər edildiyi üçün səhv tərcümə edilmişdi.
Çin simvollarının
səhv tərcümələri
vardı, hansı ki, eyni səhvlər koreyaca da tez-tez edilir. 2017-ci ildə Debora səsləndirilən müxtəlif
məqamlara əsaslanaraq
67 düzəliş etdi.
2018-ci ildə yenidən
çap edilmiş
"Vegetarian"ın Böyük
Britaniya və ABŞ nəşrləri, eləcə
də ingilis dilindən tərcümə
edilmiş nəşrləri
bu düzəlişlər
əsasında yenidən
işlənib. Fürsətdən
istifadə edərək,
tərcümədə səhvlər
tapan və mənə e-poçt göndərən hər kəsə təşəkkür
etmək istəyirəm.
İkinci
mübahisəli məqam
tərcümənin orijinal
mətndən nə dərəcədə kənara
çıxmasıdır. Burada
problem ondandır ki, səhv
tərcümələr bu
arqument üçün
sübut kimi istifadə edilib. Məsələn, Koreya dilində "cheohyeong"
sözü birinin arvadının böyük
bacısına deyilir,
lakin sözün birinci hissəsi (cheo) "arvad", ikinci hissəsi (hyeong) isə "böyük qardaş"
mənasını verdiyi
üçün bu dili öyrənməyə
yeni başlayanlara çaşqınlıq
yarada bilər və bu sözü
arvadının böyük
qardaşı kimi tərcümə edə bilərlər. Nəticədə
yaranan səhv tərcüməçinin personajları
dəyişdiyi barədə
yanlış təsəvvürə
səbəb olar. Həmçinin, ingiliscə
tərcümədə orijinal
mətnin təxminən,
yarım səhifəsi
yoxdur, mən başa düşürəm
ki, bu, naşirin qərarıdır. Tərcüməçi
hər cümləni səylə tərcümə
edib.
- Ümumiyyətlə, kitabınız
haqqında çox yazıldı. Tənqidləri
oxumaq necə hissdir?
-
"Vegetarian" cavab verməkdən
daha çox sual verən bir romandır. Ona görə də müxtəlif çevrələrdə
müxtəlif cür
qəbul edilib başa düşüldü.
Təbii ki, bu, maraqlı və gözəl vəziyyətdir.
- Tənqiddə təbii ki,
müxtəlif rakurslar
var idi. Amma kitabın
"koreyalığı", onun Koreya ədəbiyyatının
bir parçası olduğu həmişə
vurğulanıb. Sizcə,
bu "Koreya" kitabıdır, yoxsa ümumbəşəri?
- Romanın bir neçə qatı var. Onun ortaya çıxardığı
ən mühüm sual, insanın təcəssüm etdirdiyi
zorakılığı tamamilə
rədd edib-etməməsidir.
Normallıq və çılğınlıq təriflərimiz
ətrafımızdakı insanları
necə başa düşməyə imkan
verir? Yoxsa, necə, qeyri-mümkün
edir? Bu sual da müxtəlif təbəqələrlə
üst-üstə düşür.
Bu tip suallar ümumbəşəri
xarakter daşıdığından,
məncə, onları
yalnız bir ölkənin mədəni
elementləri ilə məhdudlaşdırmaq olmaz.
"Vegetarian"ı yazarkən,
mən bir ölkə deyil, insanlıq haqqında sual vermək istəmişəm.
- Kitabın tez-tez koreyalılara aid olduğunun
vurğulanması sizi
narahat etməlidir onda, elədir?
- Əlbəttə. Koreyanın
patriarxal quruluşu vasitəsilə bu romanı anlamağa çalışsaq, dar və sadə bir çərçivə
açmış olarıq.
Biz də çoxlu qatları itirərik. Bu romanda mütləq qadın səsi var. Səssiz bir qışqırıq. Amma bunu
bir neçə qatla birlikdə oxusaq, daha yaxşı
olar.
- "Vegetarian"
üç ayrı hekayə şəklində
yazılmış romandır.
Əvvəldən belə
planlaşdırılmışdı?
- Mən bunu əvvəldən
bir roman kimi düşünürdüm.
- Bəs niyə hissə-hissədir?
- Koreyada ədəbi jurnalların ənənəsi
çox güclüdür
və bir çox ədəbi jurnallar fəal şəkildə nəşr
edilir. Mən bir yazıçı kimi bu jurnalları
dəyərləndirmək istədim. Fəsilləri
müxtəlif ədəbi
jurnallarda dərc etdirdim. Çox fərqli rəvayətçilərlə
özünəməxsus səsi,
özünəməxsus ab-havası olan fəsillərlə əsəri
yaratmaq istədim.
- Bu, Koreyada ənənədirmi?
- Koreyada da belə hal nadir hesab olunur, lakin mümkündür.
Eşitmişəm ki, başqa
ölkələrdə romanı
mənim kimi nəşr etməmişdən
əvvəl ədəbi
jurnallarda fəsil-fəsil
çap etmək mümkün deyil, qeyri-mümkündür, yəni.
- Bu günlərdə nə yazırsınız? Başqa
trilogiya olacaqmı?
- Bəli, yenə trilogiya yazıram. Baxmayaraq ki, bu "Vegetarian"dan tamamilə
fərqli bir roman olacaq. Əslində, hələ tamamlanmamış
bir romandan danışanda çox diqqətli olmalısan. Mən də yazdığım bir kitabı tetralogiyaya çevirib, əvvəl yazdıqlarımı tamam
silib, yenidən başqa bir şey yaza bilərəm.
Hər halda, hazırda trilogiyanın ikinci hissəsini yazmaqda çətinlik çəkirəm.
- Bir gün avtobus dayanacağında gözləyərkən,
bir ağaca söykəndiyinizi, sonra bu kitabı yazmağa qərar verdiyinizi deyirsiniz. Bu halda biz şəxsi hekayə oxuyuruqmu? Burada yazmaq aktı
şəxsi aktdırmı?
- Şeir,
hekayə və
roman... Mən hər üç janrda yazıram. Mənim üçün şeir daha çox şəxsidir, çünki
o, dillə daha dərindən bağlıdır.
Hekayələr də
şəxsidir, amma şeir qədər deyil. Hekayələr mənə dəhliz kimi açılır, yazarkən şəxsi ölçüdən çox,
insanlıq haqqında
fundamental suallara diqqət
yetirirəm.
- Bu kitabı ağaca toxunduqdan sonra yazmağınız məni
düşündürür ki, bitkiyə çevrilmək
istəyi baş qəhrəman Yonqhe qədər sizə də aid ola bilər. Sanki
bu romanda Han Kanqdan daha çox
şey var...
- Xeyr, mənim bitki olmaq həvəsim yoxdur. Mən iddia etmirəm ki, hamımız bitki olmalıyıq.
Düşünürəm ki, biz insan olaraq həyatımızı
davam etdirməliyik. Ancaq bu romanda
həm sual, həm də təşbeh var. Yəni insan olmağı o qədər də istəməyən qadın
var və o qadının
seçimi o qədər
qətidir ki, ölümdən
belə qorxmur. Onu başa düşə
bilən adam da yoxdur. Ona görə də o, qəribə və ifrat təşbehdən
istifadə edir və oxucunu insan haqqında birgə düşünməyə
dəvət edir.
- Yonqhe personajı kitabın mərkəzindədir.
Amma o, həmişə başqasının
dili ilə təqdim edilən xarakterdir. Onun səsi yoxdur. Həmişə bir dil, səs axtarışındadır.
Niyə?
- Mən qəsdən Yonqheyə səs vermədim. Onu üç fərqli rəvayətçi müşahidə
etdiyi üçün
oxucular onun həqiqətini ziddiyyətli
ifadələr və təsvirlər arasında
birləşdirməli və
təsəvvür etməlidirlər.
Onu səsi ilə təsvir etməkdənsə, təsəvvür
edilən reallığın
gücü ilə oxucularla görüşmək
istədim.
- Bu romanın müxtəlif qatlarında qadın səsi var. Yonqhenin istəyini cinsi istək kimi görə bilərikmi? Yonqhenin ağrısı, məruz qaldığı
zorakılıq, yoxsa məsumluğu qadınlığa
xasdır?
- İnsanlığın bütün
zorakılıqlarını rədd etmək üçün ət yeməyi dayandırmaq, özünü xilas edəcək bir bitkiyə çevriləcəyinə
inanmaq və buna görə də həqiqətən, ölümə
yaxınlaşmaq ironiyasını
yaşamaq... Belə bir xarakter təsəvvür
edəndə ona ən uyğun olanı bir qadındı. Şəxsən
mən ümumbəşəriliyi
qadın kimliyindən
ayırmaq cəhdinin əleyhinəyəm. Təbii
ki, ümumbəşəri olmaq və eyni
zamanda qadın səsinə sahib olmaq mümkündür. Məsələn,
mənim yazıçı
kimliyimlə qadın kimliyim arasında heç bir ziddiyyət yoxdur.
- Bitkiyə çevrilməyi
xəyal edəndə;
içimizdə artıq
mövcud olan bir şeyi üzə
çıxarmaqdan, yoxsa
özümüzə yeni forma verməkdən danışırıq?
Başqa sözlə,
hamımızın içində
yaşayan bir bitki varmı?
- Bu romandakı bitki başqa varlıqlara zərər vermədən yaşaya bilən yeganə canlı olmasında öz yerini tapır. Daş, şüşə və torpaq yeyərək belə sağ qala bilərik. Yaşamağımız bir
şeyə zərər
verdiyimizin sübutudur.
Zorakılıq hər
yerdə baş verən bir şeydir. Yonqhe bu həqiqətə dözə bilmir və öz həyatı ilə məsumluğa və sağlığa nail olmağa
çalışır. Düşünürəm
ki, içimizdə az
və ya çox da olsa, belə bir məsumluq
var. Bunu içimizdəki
bitki də adlandıra
bilərik.
- Sizcə, Yonqhe tamamilə günahsız və saf varlıqdır?
İçində zorakılıq
yoxdur?
- Yonqhe tamamilə məsum, saf varlıq deyil. O, zorakı varlıq da deyil. O, həyatını
zorakılığı tamamilə
rədd etməyə həsr etmiş bir insandır. Zorakılıqdan müqəddəsliyə,
alçaqlıqdan ucalığa
qədər insanlıq
spektrini müşahidə
edərək, insanlığın
bir üzvü olduğu ilə qarşılaşan və
əziyyət çəkən
biridir.
- Vegetarianlığı həm
də bəşəriyyəti
dünyanın mərkəzində
görənlər üçün
"oyanma" çağırışı
kimi qəbul etmək olar?
- Şərq fəlsəfəsində
insan təbiətə
hakim olan və ya təbiətin mərkəzində olan varlıq deyil. 20 yaşıma qədər fəlsəfi olaraq Buddizmə dərindən diqqət yetirdiyim üçün bu düşüncə tərzi
məndə kök salıb. Düşünürəm
ki, bu fikir bu kitabda öz
əksini tapıb.
- Kitabı niyə Yonqhenin təcili yardımdan qəzəbli baxışlarla baxdığı
səhnə ilə bitirirsiniz? Bu səhnəni
kitabın özündə
birləşdirib büllurlaşdığı
səhnə kimi görmək olarmı? Zorakılıq, məsumiyyət,
dəlilik, ağıllılıq
və insan bədəni...
- Son səhnədə Yonqhenin böyük bacısı İnhe, sanki cavab gözləyirmiş kimi, nələrəsə
qarşı çıxır
kimi pəncərədən
çöldəki ağaclara
baxır. Bu baxış
belə bir sual doğurur: gözəlliyin zorakılıqla
iç-içə olduğu
bir dünyanı qucaqlayarkən bəşəriyyət
nə qədər uzağa gedə bilər?
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.16-17.