"Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyətinin Nəşriyyat Departamentinin
direktoru Sevil İsmayılovanın adı Amerika Birləşmiş Ştatları Konqresinin
Kitabxanasının Səlahiyyətli Adlar Reyestrinə daxil edilib
1800-cü
ildə yaradılan
ABŞ Konqres Kitabxanası
dünyanın ən böyük kitabxanalarından
biridir. 470 dildə 150
milyondan çox kitabın, 58 milyon əlyazmanın, son üç
əsrdə dünyada
nəşr olunmuş
1 milyondan çox qəzetin və s. qorunduğu kitabxanaya hər il orta hesabla, 2-2,5 milyona qədər oxucu və müxtəlif informasiya tələbatçıları
gəlir. Və nə yaxşı ki, son dövrlərdə bu kitabxanaya Azərbaycan kitabları da hədiyyə
edilməkdədir. Son məlumatlara
görə, burada artıq 6 mindən çox Azərbaycan dilində çap edilmiş kitab mövcuddur.
Və ən maraqlı faktlardan biri də kitabxanada
həmyerlimiz, azərbaycanlı
Müjgan Nəzərovanın
çalışmasıdır.
Nəzərinizə çatdıraq
ki, Müjgan xanım
ABŞ-nin ən yaxşı kitabxana məktəblərində (Şimali
Karolina Universitetində İnformasiya
və Kitabxana Elmləri Məktəbi və Çapel Hill Universitetində İnformasiya
Elmləri Məktəbi)
kitabxanaşünaslıq üzrə
magistr və doktorluq dərəcəsi
almış ilk azərbaycanlı
qadındır. O, uzun
illər ABŞ-ın
Azərbaycandakı səfirliyinin
kitabxanasına rəhbərlik
edib. Son 10 ildə isə Azərbaycandan və Orta Asiya
ölkələrindən Konqres
Kitabxanasına gələn
bütün kitabları
toplayıb kataloqlaşdırmaqla
məşğuldur.
Bu günlərdə məhz
onun vasitəsilə maraqlı və çox əhəmiyyətli
bir xəbər əldə etmişik. Belə ki, "Şərq-Qərb"
ASC-nin Nəşriyyat
Departamentinin direktoru Sevil İsmayılovanın
adı çoxlu sayda kitabın nəşrinə cavabdeh bir mütəxəssis kimi Konqres Kitabxanasının
Səlahiyyətli Adlar
Reyestrinə (https://authorities.loc.gov/) daxil edilib. Şübhəsiz
ki, bu siyahıya düşmək üçün
kitabxananın ciddi meyarlarına cavab vermək tələb edilir. Bununla bağlı Sevil İsmayılovanın dediklərindən:
"Bu mənim üçün
çox mühüm hadisə idi. Çünki uzun illər işlədiyim müddətdə ilk dəfədir
ki, belə bir beynəlxalq əhəmiyyətli
dəyərlə qarşılaşıram.
Məsələ burasındadır
ki, ABŞ Konqres Kitabxanası
dünyanın bir çox ölkələrindən,
o cümlədən, Azərbaycandan
müxtəlif yollarla
kitablar alır. Bu,
kitab alqı-satqısı ilə
məşğul olan şirkətlər, dünyanın
aparıcı kitabxanaları
ilə mövcud kitab mübadiləsi müqavilələri
əsasında birbaşa
alış-veriş, habelə
ayrı-ayrı şəxslər
və təşkilatlar,
o cümlədən, səfirliklər,
nəşriyyatlar və
s. vasitəsilə olur.
Məsələ burasındadır
ki, Azərbaycan Milli Kitabxanasından
daxil olan kitablar arasında bizim şirkətdən olan kitablar mühüm
yer tutur. Bu da təəccüblü deyil,
çünki "Şərq-Qərb"
38 ildir uğurla fəaliyyət göstərir
və bu müddət ərzində
bir çox mühüm, o cümlədən,
ölkə əhəmiyyətli
layihələri həyata
keçirib. Onların
arasında Azərbaycanın
mədəniyyətinə və
incəsənətinə aid çoxlu sayda kitablar, o cümlədən,
görkəmli rəssamlarımıza,
bəstəkarlarımıza, memarlarımıza və digər yaradıcı insanlara həsr olunmuş kitablar var. Mənim adımın öz ölkəsində
kitab nəşr etməkdə
ən böyük xidməti olan insanlarla birlikdə Konqres Kitabxanasının Reyestrinə daxil edilməsi isə təkcə mənim deyil, ən müasir çap avadanlıqları ilə təchiz olunan, qabaqcıl texnologiyalardan istifadə edən, üç dəfə beynəlxalq İSO Keyfiyyət
İdarəetmə Sistemi
sertifikatının sahibi
olmuş "Şərq-Qərb"
ASC-nin fəaliyyətinə
verilən yüksək
dəyərdir".
Onu da qeyd edək ki, Sevil İsmayılovanın
adı "Şərq-Qərb"
ASC-nin onun iştirakı ilə nəşr olunmuş bütün kitablarının
siyahısını əks
etdirən elektron Reyestrdə keçiddir. Bundan əlavə, burada əks etdirilən bütün biblioqrafik və səlahiyyətli qeydlər
avtomatik olaraq bütün dünya mütəxəssisləri tərəfindən
istifadə olunan Dünya Kataloquna (WORLDCAT) köçürülür.
Uzun illər nəşriyyata rəhbərlik edən və imzası olan kitabların sayı milyonlarla nüsxə olan Sevil İsmayılova Səlahiyyətli Titullar Reyestrində və ABŞ
Konqres Kitabxanasının
kataloqunda azərbaycanlı
mütəxəssisin adının
görünməsini təkcə
onun üçün,
nəşriyyat üçün
deyil, həm də Azərbaycan üçün vacib bir məqam adlandırıb: "Azərbaycanda
nəşr olunan kitabların dünyanın
ən böyük kitabxanalarından birinin kolleksiyasına daxil olması mənim üçün böyük
şərəfdir! Ona görə
də belə yüksək qiymət mənə daha da böyük stimul və ölkəmin rifahı naminə çalışmaq istəyi
yaradır. Azərbaycan
nəşriyyatının direktorunun
adının ABŞ Konqres
Kitabxanasının reyestrinə
və kataloquna salınması isə ölkəmizin yüksək
inkişaf səviyyəsinin
ən yaxşı göstəricisidir!"
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.21.