Dənizlə söhbət
Susqun dəniz...
Söylə mənə, sən
bu sabah,
Gördünmü onu?.. Gizlətmə, danış,
Halıma
bax, ah dalınca
çəkirəm ah...
Söylə bilim... Sahilinə gəlibmi O?..
Kədərini sənlə birgə
bölübmü O?..
Dinmir...
Susur...
Məndən öncə sevdiyimi
görübsə də,
Xoşbəxtlərin xoşbəxtidir,
məncə, dəniz...
Vaxt var idi bu sahildə,
Dənizdən də xoşbəxt
idim...
Qucaqlaşıb sevinərdik hər
ikimiz...
Sevgimizi
bölüşərdik...
Sevilərdik...
Sevişərdik...
Döydükcə dalğalar sahili,
Coşduqca yayın küləyi.
Daha da möhkəm sarınardıq...
Hiss edərdik bir-birini...
Mən onu, o da məni...
Günümüzə rəng qatıb da,
Sevgimizi
yaşadıqca,
Qoyardım mən üç
nöqtəni...
Nöqtələrin üçündə
də,
Sirli mənalar dolaşar...
Eşqim
alovlanıb daşar...
Sevgi nəğməsi
Uzaqda
döyünür sənin ürəyin,
Hiss etdim ritmini yaxınımda
mən.
Qalıb
xatirimdə gülüşün,
səsin,
Oxudum sevgini sirli gözlərdən.
Süzdüm
qamətini, uca boyunu,
Möhtəşəm rəsmisən sən təbiətin.
Çiçəklə bəzədim gələn yolunu,
Sözümlə bəzəndi sevən
ürəyin.
Sirli
nağılısan yanar eşqimin,
Yanıb
alovlanır hər səhifəsi.
Qəlbim
dediyini yazan qələmin,
Birinci sözüsən - sevgi nəğməsi.
Şuşa
Qədim
şəhərimiz olan Şuşanın
270 illiyinə həsr olunur
İllər
öncə bina etdi Pənah xan,
Qarabağın baş tacıdır
bu məkan.
Qorudu mərdanə həm
İbrahim xan,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Cəsarət
rəmzidir qəhrəman şəhər,
Yetirib dahilər, böyük alimlər.
Var qədim abidələr, qədim məscidlər,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Şəhid
heykəlidi bu sarp qalalar,
Amansız hücumlar etmiş
yağılar.
Hər bir qayasında tarixlər
yaşar,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Dilbər
bir guşədir, mədəniyyət ocağı,
Yayılardı Cıdıra Xan əminin
sorağı.
Suyu canlara məlhəm həmin İsa bulağı,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
"Şuşasız
Qarabağ yox!" sözü dillərdə əzbər,
"Qarabağsız Azərbaycan
yoxdur!" -
demiş Ulu Öndər.
Sənət məbədidir Qafqazda
gözəl şəhər,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Sədalanır
muğam üstdə Natəvan qəzəlləri,
Vəsf
edir gözəlləri
Vaqifin şeirləri.
Bu yurddan ilham almış
Üzeyir bəstələri,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Dağlar
əzəmətlə verib
baş-başa,
"Dəmir Yumruq" gücü ilə
başladı Haqq savaşa.
Zəfər məqamı oldu
azad olan gün Şuşa!
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Qələbəni
həkk etdi tarixə Baş Komandan,
Qürurla söylədi: "Əziz
Şuşa, Sən azadsan!"
Daim bayram sədası gələcəkdir Şuşadan,
Yeni bir həyata başlayır Şuşa!
Zəfərli sevincini yaşayır
Şuşa!
Müəllimdir
həmin
müqəddəs insan
Şeiri
ilk müəlliməm, mərhum Xavər Məmmədovanın
ruhuna ithaf edirəm
Qələm
tutub, oxumağı öyrədən,
Şagirdinə məhəbbətin bəsləyən.
Qızıl ömrü bir şamtəki əridən
Müəllimdir həmin müqəddəs
insan.
Vaqif olubq
hər bir elmin sirrinə,
Taparıq yol bilik xəzinəsinə.
Yox dünyada bənzəri zəhmətinə,
Müəllimdir həmin müqəddəs
insan.
Vətənə
məhəbbəti öyrənmişik onlardan,
"Ana"
kəlməsini oxutdu Əlifbadan.
Həyat
yolumuza çilər parlaq nurundan,
Müəllimdir həmin müqəddəs
insan.
Xoş
soraq alanda yetirməsindən,
Dağa
dönər qəlbi onun sevincdən.
Dolar gözü ötən xatirələrdən,
Müəllimdir həmin müqəddəs
insan.
Yetişdirər
Vətənə layiq övladlar,
Usanmaz işindən, böyük
zövq alar.
İllərin sınağında saçın
ağardar,
Müəllimdir həmin müqəddəs
insan.
Heç
vaxt unudulmaz ötsə də illər,
Dəyişsə də dünyasın,
qalar yadigar izlər.
Ruhuna sayğıyla rəhmət
dilənər,
Müəllimdir həmin müqəddəs
insan.
44-cü
gün
Qəbul
oldu anaların duası,
Eşidildi şad ruhların
sədası.
Otuz illik ağrıların acısı
Bitdi o gün, həmin 44-cü
gün,
Zəfər sorağıdır həmin
şanlı gün.
Mətin
oldu Azərbaycan əsgəri,
Darmadağın oldu düşmən
səngəri.
Ürəklərin dərdi-qəmi, qəhəri,
Getdi o gün, həmin 44-cü
gün.
Zəfər sorağıdır həmin
şanlı gün.
Tab etməyib
səngərlərdən qaçdılar,
Təslim
olub, ağ bayraq ucaltdılar.
30 ildə qurulan sədd, hasarlar,
Çökdü o gün, həmin
44-cü gün,
Zəfər sorağıdır həmin
şanlı gün.
Qəlbi
Vətən, eşqi Vətən igidlər,
Qaya kimi öndə bitən igidlər,
Cənnət adlı nur məkana şəhidlər,
Köçdü o gün, həmin
44-cü gün,
Zəfər sorağıdır həmin
şanlı gün.
Yumruq
oldu, vardı xalqın inamı,
Həsrət ilə gözləyirdi
məqamı.
Əldə bayraq sevinclərlə
bayramı
Etdi o gün, həmin 44-cü
gün.
Zəfər sorağıdır həmin
şanlı gün.
Tural ƏLİBABAYEV
Ədəbiyyat qəzeti.- 2024.-
19 oktyabr, ¹40.- S.25.