Payızın sağlığına
Təkliyə qısılan duyğular
kövrək,
Bir həzin nəğməyə
susayıb ürək,
Yarpağı badətək qaldırır
külək,
Payızın sağlığına!
Bax, bu ağır hava mənimdi elə,
Tanrım,
darıxdınsa ruhumu
dinlə!
İstəsən, bir yağış
sifariş eylə,
Yalqızın sağlığına!
Arzumu qanadsız quş eyləmişəm.
Bağrımı yandırıb daş
eyləmişəm.
Bilsən,
nə əzablar nuş eyləmişəm...
O, qızın sağlığına!
24.09.24
Vahid
ASLAN
Ədəbiyyat
qəzeti.- 2024.- 19 oktyabr, №40.- S.29.