Döngə-döngə, küçə-küçə
darıxdım...
...Niyə darıxdığını da özündən və şeirlərindən başqa kimsə bilməzdi... Amma şeirləri
sayəsində oxuyanlar
da bildi, darıxdıran
da...
Əslində mən də arada uzunmüddətli fasilə olanda onun şeirləri üçün darıxıram,
tam səmimiyyətimlə deyirəm.
Azsaylı müəlliflər
var ki, az çap olunsalar da, mən onları çox oxuyuram. Şərt deyil ki, onlar tez-tez çap olunsunlar. Əsas odur ki, onların çap olunan azsaylı şeirləri dönə-dönə oxumağa
yetəcək qədər
dəyərlidir. Fikir
verin:
İncə bellim, ahu gözlüm,
ay üzlüm,
Gündüz ötdü, düşdü
gecə, darıxdım.
Nə uzunmuş ürəyinə
gedən yol,
Döngə-döngə, küçə-küçə
darıxdım.
Bu şeirə nə zaman, nə məkan... Şeir oxumaq istəyəndə, darıxmaq
istəyəndə, belə
darıxdırmaq istəyəndə
oxu, ürəyindən
ruhən dincəlmək
keçəndə oxu...
Mənə elə gəlir ki, mən onu hər gün
oxuyuram, özü də təkrar-təkrar oxuduqlarımı, sanki ilk
dəfə oxuyurmuş
kimi...
Unutdum
ha, kimin haqqında danışdığımı deməyi... Azərbaycan Yazıçılar Birliyinin
üzvü, gözəl
şair Mənsur Həsənzadəni deyirəm,
paylaşdıqları şeirlərə
görə sosial şəbəkənin ən
çox sevilənlərindən
biri olan Mənsuru...
"Azərbaycan" və
"Ulduz" jurnallarında
silsilə şeirləri
ilə çap olunsa da, hər şənbə sevə-sevə
oxuduğumuz "Ədəbiyyat
qəzeti"ndə imzasına
rast gəlməmişəm
(ya bəlkə mən görməmişəm).
Bu missiyanı da mən
üzərimə götürdüm.
İnanıram ki, o, qəzetimizin
də ən çox oxunanlarından, imzası arananlarından biri olacaq.
...Niyə də olmasın? Onun şeirlərinin ləzzətindən
doymaq olur ki:
Eşqinə qul oldum, eşqi şah etdim,
Gündüz nalə çəkdim,
gecə ah etdim.
Üç sevgi yaşadım,
üç günah etdim,
Sən ən gözəlisən üç günahımdan.
Bütün əbədi mövzularda
yazır Mənsur, başda yaradan, yaşadan və öldürən SEVGİ olmaqla...
Elə o biri mövzulara da içinin sevgisini qatıb yazır:
Şeytanlar dayanıb duadan
öndə,
Döndər, duaların səmtini
döndər.
Bir eşqə ac olan Göyərçin göndər,
Gəlsin
saçımdakı dənə,
İlahi!
Bütün ədəbi orqanlarda
çap olunmaq Mənsur Həsənzadənin
halal haqqıdır. Özü
tənbəllik eləyirsə,
biz eləməyək, nolar
ki... Nə yaxşı
ki, sevgili "Ədəbiyyat
qəzeti" çap
olunmağa haqqı olan istedadlıların haqqını özünə
qaytarıb, meydanı
verib haqqı olanlara... Elə bizə də, Mənsur Həsənzadəyə
çap olunmaq, mənə də təqdim eləmək haqqı... Əslində Mənsur Həsənzadənin
kiminsə təqdimatına
ehtiyacı yoxdur, özü kimisə təqdim edəcək qədər oturuşmuş
şairdi. Mənim bu təqdimatımdan isə qətiyyən
xəbəri yoxdur,
"Ədəbiyyat qəzeti"
çap olunan gün biləcək...
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2024.- 19 oktyabr, ¹40.- S.30.