Arvadın danlağı düşərli oldu

 

Hekayə

 

Vəliağa ayağını kandardan içəri qoyar-qoymaz Sonaxanım partladı:

- Evdə elə bil oblava olub, silib-süpürüb aparıblar.

Vəliağa yaxşı bilirdi ki, belə hallarda cavab verəndə, ya da soruşanda daha betər olur. Odur ki, dinmədi. Sakitcə keçib kresloda əyləşdi.

Sonaxanım cin atına mindi, başladı çapmağa. Əllərini Vəliağanın gözləri qabağında oynadaraq:

- Elə bil bununla deyiləm, qonşu Mirzəbala kişiynənəm, - dedi.

Vəliağa çaşdı:

- Mirzəbala?! olub Mirzəbalaya? Ölüb?

- Ölməyib Mirzəbala, top kimidir. Oradan-buradan çəkib gətirir, uşaqlarını qoymur korluq çəksinlər. Sənin ölən günündür. Ayın başını gözləyə-gözləyə durursan. O vaxta qədər o qədər borc edirsən ki, maaşın evə gəlib çıxmır, borclulara gedir. Uşaqlar acından mələşirlər. Biri şalvar, biri ayaqqabı, o biri köynək istəyir. Üst-başlarına baxıram, ürəyimin başı odlanır. Əməlli-başlı yeyib-içməkləri yoxdur. Bilmirəm, başqaları kimi sən zaman qeyrətə gəlib evini-eşiyini, uşaqlarını düşünəcəksən...

Vəliağa təqsirkar adamlar kimi:

- edim, arvad? - deyə soruşdu. - Başıma haranın külünü töküm?! Adi idman müəllimiyəm. Qaçmağa, tullanmağa pul vermirlər. Tullanırsan, deyirlər, - get, o yanda tullan, gözümüzə girmə.

Sonaxanım onun dediklərinə qulaq asmırdı. O, bir başını qaldıranda gördü ki, Vəliağa aradan çıxıb. Evdə qədər söz-söhbət olarmış! Sonaxanım başa düşmək əvəzinə, onun qarasınca asıb-kəsdi:

- Sərf eləmədi deyəsən, başını götürüb qaçdı.

Vəliağa doğrudan da, başını götürüb qaçmışdı. Arvad deyingən idi. Amma bir yandan baxanda, Vəliağa binəvanın da təqsiri yox idi. Dolanışıq çətin, maaş az idi. Vəliağanın əlindən gəlirdi? Əlindən başqa gəlmirdi. Diplomlu işinə yetərincə pul verən tapılmırdı.

Vəliağa gedib Əlağa ilə Mirzağanı tapdı. Adama bir-iki manat qoyub ucuz araq, yarım kilo sosiska, bir-iki dənə duzlu xiyar çörək alıb "bu dünyanın kefini" çəkdilər. Deyilənə görə, belə ucuz araqları texniki spirtdən hazırlayırdılar, içərisinə yuxugətirən "Demidrol" dərman atırdılar. Babalı deyənlərin boynuna, ətin kiloqramı on manat olduğu halda, sosiskanın kiloqramı da heç neçəyə idi.

Bütün bunları bilsələr , Vəliağanın, Əlağa ilə Mirzağanın, onlara tay adamların vecinə deyildi. O ərzaq məhsullarının, ucuz araqla konyakın onların sağlamlıqlarına vura biləcək zərərlər barədə heç düşünmürdülər. Əsas məsələ bu idi ki, həm araq konyak onların cibinə görə idi, içirdilər onları məst edirdi. Yedikləri sosiska da, kolbasa da ciblərinə görə idi, onların nəyinə lazım idi nədən hazırlanıb, ətdən, yoxsa, mənşəyi bəlli olmayan zadlardan?! Hələ çəkdikləri siqaret , deyilənə görə, tütündən deyil, otdan-alaqdan hazırlanırdı. İş adamları Vəliağanın, Əlağa Mirzağanın, həm onlar kimi qeyrilərinin dərdini çəkəcəkdilər? Onları qazancları maraqlandırırdı. Fəqət, insaf da yaxşı şeydir. Belə deyəndə mağazada satıcı işləyən İnsaf xanımı yada salıb, zarafatla: "Doğrudan da, İnsaf yaxşı şeydir", - deyirlər.

Vəliağa dostlarından axşam saat birin yarısı ayrılmışdı, ancaq ayaqlarını sürüyürdü. İndi arvad özgə cür başlayacaqdı:

- Uşaqlar evdə acından qırılır, geyməyə əyin-baş tapmırlar, bu isə kefindən qalmır.

Odur ki, bardaş qurub çöl qapısının ağzında oturdu. "Avrora" siqaretini çıxarıb damağına qoydu. Cibini qurdalayıb bir kibrit tapdı. Kibrit qutusunun kükürd olan tərəfindən bir az cırıb cibinə qoymuşdu. Kibrit dənəsini ona çəkib birtəhər alışdırdı siqaretini yandırdı:

"Allahın altında bir kisə yüzlüyüm olaydı. Onda arvad da, qohum-qonşu da mənim necə bir kişi olduğumu görüb, qarşımda mil durardılar. Bir-iki dənə yaxşı, bahalı araq alıb, dadına baxardım. Ömrümüzdə bir dəfə əsl arağın necə olduğunu görərdik. Heç toylarda da ortaya təmiz araq qoymurlar. Hamı paçkə basır. Bir kisə pul hara qurtarır? 50 manat Gülşən bacıma, 100 manat Gülsüm bacıma, 50 manat Fəxrəddin qardaşıma, 50 manat da Fərhad qardaşıma verərdim. Bəsləridir. Qalanı özümüzə zorla çatar. Soltan qardaşım yalvarsa da, bir manat vermərəm. O gün az qala, dil çıxarıb yalvardım ki, 30 manat versin. billah elədim, 10 manat da vermədi: "Pul kəsirəm?" - dedi. İndi mən. Pul kəsmirəm, ha..."

Maşın səsi onu şirin xəyallarından ayırdı. Gecə saat iki olardı. Vəliağa bir kisə nədir, heç bir manat da pul tapmamışdı. Bələdiyyə sədri Alaq Ulaqov "QAZ-31"dən düşdü. Gözü Vəliağaya sataşdı. Vəliağa təzim etdi. Alaq Ulaqov da salam verdi. Sürücü maşının yük yerini açıb yeşikləri evə daşımağa başladı. Mer-meyvə, ət, balıq, toyuq, yağ, daha bilim, , ! O da qaymağa oxşayır, o da baldır.

Alaq Ulaqov Vəliağanın ac baxışlarını görüb bir anlığa düşündü: "İnsan çiy süd əmib. olsun ki, qonşudur, götürüb ora-bura yazar ki, kolxozu dağıdıram. Kasıb adamdır. İmkansızdır", - deyə fikirləşib ucadan:

- Ə, Qədir, qonşu üçün bir pay düzəlt.

Qədir tez ətdən, toyuqdan, yumurta, qatıq, pendir, kəsmik baldan bir yeşiyə qoyub Vəliağanı səslədi:

- Qonşu, halal xoşun olsun!

Vəliağa:

- Sağ ol, - deyib yeşiyi qaldıranda sədr sürücüyə işarə etdi ki, üç litrlik çaxırı da ona versin.

Vəliağa gülümsəyib Alaq Ulaqova təzim etdi. Bununla öz minnətdarlığını bildirmiş oldu.

Gecə saat üçün yarısı idi. Sonaxanım deyinə-deyinə qapını açdı. Vəliağanı əlidolu görüb tez səsini kəsdi:

- Vəli, bunlar haradan?

Onun dinmədiyini görüb:

- Vəli, qurbanın olum, birdən oğurluq olar?

Vəliağa özündən razı:

- Daha oğurluq niyə? Kişi deyilik? Sonacan, nuşcanlıqla ye. Qazancımdır.

Sonaxanım çaşıb qaldı:

- qazanc? Əlin ətəyindən uzun, cibində siçanlar oynaya-oynaya evdən qaçıb getmişdin...

Vəliağa özünü dartaraq dedi:

- Arvad, məni danlamırdın ki, özünə bir fərli tap? Tapmışam, gecə növbəsində işim var. İşdən gəlirəm, bu da qazancım. Günəmuzd işləyirəm.

Akif ABBASOV Sonaxanım sevincək şeyləri yerbəyer eləməyə başladı. Uşaqlar da bu dəm-dəsgahın tamaşasına durmuşdular. Bir qarın ac, bir qarın tox yatağa uzanmış oğlanlar qızlar acgözlüklə ərzaqlara baxırdılar. "Bunlar doğrudan, onların idi?"

Vəliağa:

- Arvad, gec olsa, bir süfrə . Bu naz-nemətlərin dadına baxaq.

- Bıy, Vəliş, yuxa da, təndir çörəyi alıbsan ki...

Sonaxanım elə bilirdi ki, Vəliağa qazandığı pullarla bu bazarlığı edib. O da özünü o yerə qoymadı...

...Vəliağa dolanışığın çəmini tapmışdı. Saat on bir olan kimi çıxıb otururdu darvazasının ağzında. Bəlkə hər dəfə bir qutu "Avrora" siqareti çəkə-çəkə Alaq Ulaqovun maşınını gözləyirdi. Maşın ərzaqla gələndə Vəliağanın payı verilirdi. Alaq Ulaqov sürücüyə tapşırmışdı, Vəliağanın payını əvvəlcədən ayırıb maşına qoyurdu ki, bir burada buna vaxt itirməsin.

Sonaxanım evə gələn mer-meyvədən, göyərtidən aparıb bazarda satır, uşaqlara əyin-baş alırdı.

Kənd məktəbində hamı şokda idi. Axır vaxtlar Vəliağanın rəng-ruhu dəyişmiş, ətə-qana gəlmişdi. Təzə paltarlar geyinir, səliqə-sahmanına fikir verirdi. Daha Vəliağa Sonaxanımın da danlağına tuş olmurdu. Bir gün, nəhayət, soruşdular:

- Vəliağa, bu, məsələdir? Son zamanlar kefin kökəlib. Vəziyyətin elə bil yaxşılaşıb. Qızıl küpü tapmamısan ki?!

Vəliağa gülərək:

- Ona oxşar bir şeydir. Gördüm dolana bilmirəm, gedib axşam növbəsində işə düzəldim. Bu işdən aldığım məvacib əyin-başımızı da, qarnımızı da görür.

Matı-mutu qurumuş adamlar xəbər aldılar:

- Doğrudan? Harada tapmısan o işi? Bizi işə düzəlt.

- Yox, ora sizlik deyil. Ora başqa işçi lazım deyil. Yer bir nəfərlikdir.

Bunları deyən Vəliağa öz-özünə düşündü: "Arvadın danlağı da sən demə, düşərli olarmış".

 

Akif ABBASOV

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.29.