Ağakərim İbrahimovla bağlı xatirələrim,

yaxud qəhrəman atası ilə son görüşümüz...

 

Bəzən insan dünyasını dəyişəndə qəlblərdən silinir. Amma xatirələrimi paylaşacağım insan haqqında düşündükcə ondan ayrı necə yaşayacağımızı belə təsəvvür edə bilmirəm. Əslində qəhrəmanlıq zirvəsinə gedən bu yolda, Mübarizin qəlbində iz qoyan vətənpərvərlik qığılcımları məhz elə bu ocaqda- valideynlərinin, müəllimlərinin gözü önündə qoyulub. Milli Qəhrəman Mübariz İbrahimovla tanışlıq mənə qismət olmasa da, sevinirdim həmişə qürur hissi keçirirdim ki, onun kimi mətin, şücaətli oğul yetişdirən Hacı Ağakərim əmini yaxından tanımışam. O, çox imanlı, Allaha bağlı, vətənpərvər, xalqını, el-obasını sevən bir insan idi. Həmişə deyirdi ki, şəhid atası olmaq çox böyük bir məsuliyyətdir. Şəhidlər öz atalarının üzərinə ucaldıqları zirvənin ağırlığı qədər bir məsuliyyət qoyub gediblər. Uşaqdan-böyüyə hər kəsin gözü üzərimizdədir. İnsanlar bizə sevdikləri qəhrəmanların, qibtə etdikləri igidlərin, özlərini borclu bildikləri ülvi şəxsiyyətlərin, zirvədə gördükləri fədakarların nişanələri kimi baxırlar.

Oğlu Mübarizin qəhrəmanlığından keçən 14 il dövr ərzində Ağakərim İbrahimov, sanki Mübarizin yolunu silahsız olaraq söz ilə davam edirdi. O, düşmənə qalib gəlməyin yollarını, Vətəni sevməyi uşaqlara, yeniyetmələrə, gənclərə hər zaman təbliğ edirdi. Mübariz İbrahimovun Ev Muzeyinə gələn məktəblilərlə vətənpərvərlik mövzusunda söhbətlər aparırdı. Ağakərim əmi jurnalist dostlarım Surxay Şahbazov Samir Qurbanovla görüşlərimizin birində mənə Mübarizdən sonra hansı hadisələrin baş verməsi, Vətən torpaqlarının qaytarılması öz düşüncələri haqqında kitab yazmağı təklif etdi. Çox sevindim, çünki bir şəhid atasının Vətən, torpaq, xalq haqqındakı fikir düşüncələri, əsasən uşaq yeniyetmələrə verdiyi nəsihətlərlə tanış olmaq hər birimizin arzusu olub.

Milli Qəhrəmanın atası ilə görüşən insanlar hər zaman buna can atırlar. Onunla söhbət edib düşüncələrini öyrənmək daxilimizdən gələn bir istək olub. Hacı Ağakərim İbrahimovun bu təklifi arzularımızın sanki gözlənilməz bir möcüzəsi oldu. Onun düşüncələri, məsləhətləri, nəsihətləri sanki Mübariz yolunun davamıdır. O, Mübariz haqqında fəxrlə, qürurla danışırdı: "Mübariz üçrəngli bayrağı ya idmanla, ya da işğal olunmuş torpaqları geri qaytarmaqla zirvələrə qaldırmaq arzusunda olub. Tez-tez deyərdi ki, "Ata fəxr et ki, sənin manqal ürəkli oğlun var", "mən zalımın düşməni, məzlumun dostuyam". Vətən, torpaq, millət sevgisi onun ilk amalı idi".

Mübarizdən söhbət edəndə Ağakərim əminin gözləri yol çəkirdi. Onun ürəyi dolu idi. Çox aramla, düşünərək danışırdı. Ürəyində demək istədiklərinin dediklərindən daha çox olduğu hiss olunurdu. Bu illər ərzində onunla çox yaxın olmuşduq. O, müdrik insan idi. Allaha imanı, inamı sonsuz idi. Həmişə deyirdi: "mən tam yəqinliyə çatmışam ki, dünyanı idarə edən bir qüvvə var o yalnız Allahdır. Bu yəqinliyim sayəsində Rəbbimizin bizə göndərdiyi Qurana, hər şeyin həqiqətinin orada öz əksini tapdığına göstərildiyinə çox inanıram. Allahın Quranda öz bəndələrinə göstərdiyi yolla getsək, bizə heç kimin gücü çatmaz. Allahın göndərdiyi səmavi kitab həm bu dünya, həm axirət xoşbəxtliyinin təminatçısıdır. Daim xoşbəxtlik axtarışında olan insan üçün bundan böyük mənbə ola bilməz. Odur ki, hamılıqla Allahın bizə göndərdiyi xoşbəxtlik mənbəyinə sarılmalıyıq".

Allahın qisməti ilə mart ayında Hacı Ağakərim əminin məsləhəti istəyi ilə "Mübarizdən sonra" adlı kitabını yazmağa başladım. Ayda bir neçə dəfə Biləsuvar rayonuna gedib onunla görüşürdüm. Kitabın ilk səhifəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Mübariz İbrahimov haqqında fikirləri yer aldı. Birinci hissə, birinci bölümdə isə Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə, şəhid valideynlərinə verdiyi dəyərli məsləhətlər, nəsihətlər, qəhrəman şəhid atasının düşüncələri yazıldı, ikinci bölümdə Mübariz haqqında görkəmli şəxsiyyətlərin fikirləri, kitabın ikinci hissəsində birinci ikinci bölümlərdə müəllif olaraq Mübarizin həyatı haqqında, qəhrəmanlığı, şücaəti, igidliyi haqqında esselərim, bədii-publisistik düşüncələrim, şeirlərim, bayatılarım "Müqəddəs Mübarizim poeması yazıldı. "Mubarizdən sonra" bir kitab layihəsi idi.

Bir məqamı qeyd etmək istəyirəm ki, kitabın tez bir zamanda yazılmasına görə Ağakərim əmi məni tələsdirirdi. Kitabın redaktoru şərqşünas, tərcüməçi Famil Burxanoğlu ilə çox gərgin rejimində çalışırdıq. Gecələr mövzular haqqında düşünürdüm. Təbii ki, Ağakərim əmi ilə, Famil dostumla telefonla bəzi məsləhətlər alırdım. Kitabın yazılmasında mənəvi olaraq bir çox dəyərli insanların zəhməti oldu. Ancaq Hacı Ağakərim əmi mənimlə hər zaman görüşəndə, telefonla əlaqə saxlayanda kitabın vaxt yazılıb bitəcəyini soruşurdu. Deyirdim; Hacı, bu tezliyə kitab yazmaq olmaz. Hələ vaxtımız var. O, isə hər dəfə "tələs, Müşfiq, tələsmək lazımdır. Vaxtımız azdır" sözlərini işlədirdi. Altı ay ərzində "Mübarizdən sonra" "Ağakərim İbrahimovun düşüncələri" kitabları işıq üzü gördü.

Hətta Heydər Əliyev Fondu da kitabların çap olunmasında bizə dəstək oldu. Bu xəbər onu çox sevindirdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmək istəyirdi. İşıq üzü görən "Mübarizdən sonra" "Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqdimatı Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyində keçirildi. Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, kitabın baş redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair, tərçüməçi Səlim Babullaoğlu, filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlı, kitabın redaktoru, şərqşünas Famil Burxanoğlu rayon ziyalıları, media nümayəndələri, Mübarizi sevənlər kitabların təqdimatında iştirak etdilər. Hiss edirdim ki, qəhrəman Mübarizin atası Ağakərim İbrahimovun arzuları həyata keçmişdi. Mübariz kimi bir qəhrəmanı onun kimi böyük qəlbə sahib olan, dəyərli düşüncələrlə yaşayan ata tərbiyə edib böyüdə bilərdi.

O, çox sevinirdi. "Mübarizdən sonra" "Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqdimatını Azərbaycan Yazıçılar Birliyində keçiriləcəyini ona dedim iştirak edəcəyinə əminliklə söz verdi. 11 oktyabrda saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Mubarizdən sonra" " Ağakərim İbrahimovun düşüncələri" kitablarının təqdimat günü qərara alındı. Həmin gün Milli Qəhrəman Mübariz İbrahimovun atası Hacı Ağakərim əmini, anası Şamama xalanı nəvələri ilə birgə Bakı şəhərində qarşıladım birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Mübariz İbrahimov adına uşaq bağçasına qonaq getdik. Bağçanın direktoru Çinarə xanım, tərbiyəçilər uşaqlar qəhrəman şəhidimiz Mübarizin valideynlərini sevinclə qarşıladılar. Ağakərim əmi, Şamama xala, uşaqlar, hər kəs sevinirdi.

Həqiqətən o gün unudulmaz anlar yaşadıq. Azərbaycan Yazıçılar Birliyində saat 14:00 da keçirilən görüşə Ağakərim əmi namaz qıldıqdan sonra gəlməliydi. Mən Yazıçılar Birliyinin "Natəvan" klubunda qonaqları qarşılayırdım. Ağakərim əmi gəldi birlikdə AzTV, Mədəniyyət kanalına müsahibə verdik. O, həm sevinirdi, həm həyacanlı olduğu hiss olunurdu. Gələn qonaqlar da Ağakərim əmi Şamama xala ilə görüşürdülər.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu açdı. Şəhidləri bir dəqiqəlik sükutla yad etdik. İlk söz Ağakərim İbrahimova verildi. Qonaqları salamladı. Həmişəki kimi vətənpərvərlikdən danışdı. Hər kəsə təşəkkürünü bildirdi. Sonra digər qonaqlar "Mübarizdən sonra" "Ağakərim İbrahimovun düşüncələri" kitabları haqqında fikir bildirdilər.

Doğrudan da xatirələrdən siliməyəcək qədər unudulmaz bir tədbir oldu. biləydik ki, bu görüş Ağakərim İbrahimovla onu sevənlərin son görüşüdür. biləydim ki, yazdığım kitabın qəhrəmanı məsləhətçisi ilə son görüşüm Azərbaycan Yazıçılar Birliyində olacaq. biləydim ki, bir daha o mənə "Müşfiq, hər işi tez görmək lazımdır" sözünü deməyəcək. biləydim ki, 16 oktyabrda mənimçün əziz dəyərli olan Hacı Ağakərim əminin haqqa qovuşduğu xəbərini alacağam. biləydim ki, bu dünyada mən onu bir daha görməyəcəyəm. Kaş ki, onu son dəfə görə biləydim, son dəfə qucaqlayıb bağrıma basa biləydim. Allah rəhmət eləsin!

Sonda buna da qeyd etmək istəyirəm ki, Hacı Ağakərim İbrahimov oğlu Mübariz kimi tarix yazdı. İbrətli, dəyərli, nəsihət vəsiyyət dolu unudulmaz bir tarix. Bəli, Şəhidlik zirvəsinədək cəmi 22 il ömür sürən, hünər rəşadət dolu həyat döyüş yolunun daha geniş təbliği böyüməkdə olan gənc nəslin Mübariz ruhda tərbiyə olunmasından ötrü, qəhrəmanımızın adını daşıyan ev muzeyi bu gün minlərlə ziyarətçiyə qapılarını açıb. Mübarizə məxsus 200-dən çox eksponatın nümayiş olunduğu sərgi zalında indi "Mübarizdən sonra", "Ağakərim İbrahimovun düşüncələri" adlı yeni nəşrlər yer alıb. Qəhrəmanımızı, qəhrəman atasını daha yaxından tanımaq, öyrənmək üçün Ağakərim İbrahimov sanki ölümündən sonra da vətənsevər görmək istədiyi xalqın yeniyetmə gənclərinə bir miras qoydu, düşüncələri ilə...

Yeddi rəqəmi müqəddəs rəqəmdir deyirlər. Görünür, fevralın 7-də dünyaya göz açan qəhrəmanımızın, 22 il sonra elə bu rəqəm altında da - noyabrın 7-də torpağa gömülməsi heç təsadüfi deyil. Amma unutmayaq ki, şəhidlər torpağa deyil, şəhidlər ürəklərə gömülürlər!

 

Müşfiq Malik Muğanlı

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.22.