Daşkənddə keçirilən mədəniyyət forumunda

Azərbaycan yazıçısı da iştirak edib

 

DaşkənddəMədəni İrs Beynəlxalq həftəsiçərçivəsindəYeni Özbəkistanda mədəniyyət incəsənət sahəsində islahatlaradlı forum keçirilib.

Forumda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktota Raimkulova, tanınmış Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Yunus Oğuz, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Tatarıstan digər respublikalardan nümayəndələr iştirak edib.

Forumu Azadbek Nazarbekov açaraq Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, bizim əcdadlarımız maariflənməyi cəhalətdən üstün tutublar, öz ağıl bacarıqlarını elmin mədəniyyətin inkişafına sərf ediblər. Xarəzmi, Fərqani, əl-Biruni Zəməxşari bu torpaqda birdən-birə yaranmayıb. Əlişir Nəvai Babur Mirzə anadan  şair doğulmayıb. Dünyada tanınan bu böyük alimlər, filosoflar ədibləri yaşadıqları dövrün elmi mədəni mühiti yetişdirib.

Sonra Sultan Rayev, Mehmet Surayya Er, Aktota Raimkulova başqaları mədəniyyət incəsənət sahəsində Özbəkistanda digər Türk dövlətlərində mədəniyyət incəsənət sahəsində aparılan islahatlardan danışıblar.

Sultan Rayev qeyd edib ki, Özbəkistanın Mərkəzi Asiya respublikaları Türk dünyası ilə bütün sahələrdə apardığı praqmatik xarici siyasət bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəni-humanitar istiqamətdə əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY çərçivəsində münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Təşkilatın üzvü olan bütün dövlətlərdə, o cümlədən Özbəkistanda digər qardaş respublikalarda mədəniyyət incəsənət günləri, gənclər teatr festivalları, yaradıcılıq forumları digər bu kimi tədbirlər keçirilir ki, bu da TÜRKSOY-un bütün Türk dünyası mədəniyyət nazirliklərinin maraq dairəsindədir.

Yunus Oğuz Türk dövlətlərində mədəniyyətin inkişafı sahəsində TÜRKSOY-un rolunu yüksək qiymətləndirib, böyük Azərbaycan şairi Hüseyn Cavidin  şeirindən bir beyt söyləyib:Turana qılıncdan daha kəskin, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

O, Türk Dövlətləri Təşkilatının bütün sahələrdə, o cümlədən mədəniyyət istiqamətindəki rolundan söhbət açıb, təşkilatın üzvü olan dövlət başçılarının dostluğunu ön plana çəkib. Azərbaycan Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxlın dostluq münasibətləri təbii ki, mədəniyyətlərimizin inkişafına böyük təsir göstərir. Bu sözləri digər türk dövlətlərinin başçıları haqqında da demək olar.

O ki qaldı Azərbaycan Özbəkistanın mədəni sahədə əməkdaşlığına, o bu gün, dünən yaranıb, bu əlaqələrin min illik tarixi var. Böyük strateq sərkərdə Əmir Teymurun Azərbaycanda olması, qışlamanı Qarabağda keçirməsi faktı heç kəsə sirr deyil. Əmir Teymur Azərbaycanda olarkən Beyləqanı tikib, oraya su kəməri çəkib. Böyük sərkərdə deyib:”Dilimiz bir, dinimiz bir, mədəniyyətimiz  bir, tanrımız birdir”.

Bir zamanlar AzərbaycandaMolla Nəsrəddinjurnalı çap edilib, bu jurnalın Özbəkistanda abunəçiləri olub, Azərbaycan türkcəsində olan bu jurnalı özbəklər alıb, oxuyub anlayıblar, biz o vaxtlar bir-birimizi daha yaxşı başa düşürdük.

Sonra Yunus OğuzƏmir Teymurromanını Azadbek Nazarbekova təqdim edib.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

 

Daşkənd

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.21.