Göy atın tapdağında
Şəki şəlaləsindən
düz Çınqıllıyacan
toxtamadan bir nəfəsə yetirərdi
məni... Bircə kəlmə, tərpən,
deyərdim... “Vilis”ləri, “Niva”ları
yolda tozanağa basıb ötərdi... Laçınlı kirvəm
Həsən kişinin
atlarının cinsindən
törəmədir...
Elə özüm
də Laçında
Quşçu kəndində
doğulmuşam. Erməni
əli dəyməsin
deyə atam anamı aparırdı Laçına, uşaqları
orda dünyaya gətirərdi (Belə faktlar çoxdur ki, yeni doğulan
uşaqlara erməni həkimlər xətər
yetirirdilər). Bacı-qardaşlarımın
da doğum şəhadətnaməsində Laçın şəhəri
qeyd olunub. Bu da bir
didərginlik idi... Dərdimiz bir deyil ki, danışasan
qurtara... Bizim əlimizi əsrlər boyu öz isti
ocağımızdan soyutmağa
çalışıblar... Amma dirənmişik, durmuşuq taa 1988-ci ilin noyabr-dekabrına kimi... Bu, 200 il çəkib... Bu yerin-yurdun sahibləri olan bizləri dəfələrlə
ev-eşiyimizdən məcbur
çöllərə töküblər.
Qışın qarında-boranında
dağda-daşda, yayın
istisinin alavışında
Muğan düzündə
aclıqdan-susuzluqdan, malyariyadan,
yatalaqdan qırılıb,
batıb camaatımız.
Dünyanın yiyələri
susub, lal olublar, bu müsibətlərə
haqlı münasibət
bildirməyiblər. Baba,
nənələrimiz nağıl
edərdi ki, ailələr var idi, elə çadırdaca
ailəlikcə xəstəlikdən
batıblar, nəsilləri
kəsilib. Biz zəngəzurlular, qarakilsəlilər
çox müsibət
çəkmişik ermənilərdən...
Tarixdən az-çox
xəbəri olanlar həqiqəti yaxşı
bilirlər ki, bu erməniləri sonradan gətirib pərçim ediblər Qafqaza. Bir irinli
çiban olublar Qafqazın bağrında.
Tayqulaq Andranikin törətdikləri müsibətlər
nəticəsində çox
kəndlər əhalisi
ilə birlikdə yerlə-yeksan edilib. Şükar, Pul və başqa kəndlər yer üzündən tamamilə
silinib. Bizim Şəki kəndində
də xeyli camaat qırılıb. Camaatı kahalara yığmışmışlar ki, qorusunlar. Qaranlıq Kaha yadındadır? Qarakilsəyə
gedəndə yolun üstündə idi. Çox böyük kaha idi. Eni-uzunluğu
bilinmirdi. Bax, həmən o kahalara. Kəndin ağsaqqalı Hacı Atakişini Andranik çapar yollayıb, danışığa
çağırıb. Qənsilərin
(kəndin ortasında
yerləşən idarə
binasına camaat belə deyirdi) qabağında görüş
təyin ediblər. Danışıqları belə
olub ki, əhaliyə toxunulmayacaq.
Erməni nə vaxt verdiyi sözün
üstündə durub
ki, bu dəfə
də dursun. Hacı Atakişini ermənilər elə ordaca arxadan vururlar. Bununla da çaxnaşma salıb, camaatı qanına qəltan edirlər. Xatırlayıram
Gülüxəndan xala
deyirdi ki, Andranikin dəstəsindəkilər
üç bacımı
- biri nişanlı olub, ikisi isə
uşaq imiş - qəddarlıqla öldürüb,
sonra isə gavırların ürəkləri
soyumayıb, o qız uşaqlarının cəsədlərinin
üstündən atlarla
o qədər o tərəf-bu
tərəfə gedib-gəliblər
ki, sümükləri
qırıq-qırıq olub...
Qızların adları...
Sona, Kəhlik, o birini xatırlamadım...
Sizə
onu deyim ki, ana torpaq çox şirin şeydir. Bal yalandır bu şirinliyin yanında.
Bu müsibətləri görən
bir də geri dönməz, eləmi? Amma ara səngiyən kimi şəkililər təzədən
öz doğma yurdlarına qayıdıblar.
Yurddan əl çəkmək, göz
çəkmək olmur.
Əlin yurdun ətəyində, gözün
üstündə olsun,
deyərdi babalarımız!
Təkcə 20-ci əsrdə 1905-07, 1915, 1918-20,
1948-51-də və nəhayət
1988-1991-ci illərdə dönə-dönə
camaat öz evindən didərgin salınıb, əsir-yesir
olub, məcburən qovulub çıxarılıb.
Bu sayıb-sadaladığım müsibətli hadisələr
zamanı saysız-hesabsız
insan tələfatı
olub. Əziz, doğma insanlarımızı
itirmişik. Ürəyimiz
dağlanıb, ciyərimiz
yanıb. Yerdə qalanımız nəyin bahasına olursa olsun dözmüşük,
ümidimizi itirmədən
yaşamışıq. Sözümüz
bir olub, geri dönəcəyik!
Azadə
qızım, sinəmdə
indiyə kimi heç kimlə bölüşmədiyim bir
dərdim var... Onu bölüşəcəm sənlə,
dinlə....
Duruxdum...
Ardınca bilirsən də, mən çox bərk adamam, amma bu
dərd məni əridir... Dədəmi, nənəmi, əzizlərimi
itirmişəm, başıma
çox işlər gəlib. Heç vaxt belə fikir çəkməmişəm...
Allahın işinə
şükür edənəm...
Göy at məni körpə bir uşağa döndərib...
Müəllimim için-için ağlayırdı...
Həsən kirvəmin atama
bağışladığı atın balası idi Göy at... Göy at, nə Göy at... Üstünə gün düşəndə par-par alışıb
yanırdı. Rəngi
gah qırmızıya, gah qaraya,
çox vaxt isə göy rəngə çalardı.
Biz Göy at deyirdik. Qağam ona xüsusi qulluq edərdi. Ayrıca arpa alardı, qoymazdı ki, bir ovuc o arpadan digər mal-heyvana verək. Bir nazlı-qəmzəli
idi ki... Sirk atlarına bənzəyirdi.
Qabaq ayaqlarını qaldırıb dimdik dayanardı. Dil bilirdi inan... Yazda 3 ay dağa Göy bulağa ötürərdik. Həmin
vaxt Göy atdan dayılarım Qalamirzə, Balay, Mirsəqulu, Əhədxan
göz-qulaq olardılar.
Onlar yayda yaylağa çıxırdılar.
Heyvandı da dağda
başlı-başına qalıb
vəhşiləşərdi. Amma elə ki, payızda gedərdim kəndə gətirməyə məni
görən kimi yan alardı yanıma. İy bilirdi. Duz kimi
əlimi-ayağımı yalayardı.
Çınqıllı yaylağından
düz qapımıza
kimi birnəfəsə
gələrdi. Yəhərin
qoyub, yüyənin çəkdinsə, yerdən
ayağın yel kimi üzərdi. Elə vəfalı heyvan idi ki... Bütün ailə üzvlərimiz üstündən
36 il keçsə də,
onu hələ də unutmamışıq.
Elə hey yad edirik...
1988-ci il payızın axırı,
qışın əvvəli
idi. Hər gün ermənilər kəndə hücum çəkirdilər. Qadınları,
uşaqları kənddən
məcbur olub çıxarırdıq. Kənd
yavaş-yavaş boşalırdı.
Noyabrın axırı
idi gecə ermənilər Əngələviddən
kəndimizə hücum
etdilər. Qaçan qaçıb dağla-daşla
birtəhər quru canını qurtardı. Ölən-itənimizdə oldu.
Şanisə nənə
Laçın yolunda itkin düşdü, Xəlis nənəni don vurdu, Gülü bacının əlin-ayağın
soyuq aldı... Döyülən, ağır
xəsarət alanlar heç çox yaşamadılar... Qundaqda
olan körpələr,
qız gəlinlərimiz
qarda, şaxtada nə zülm çəkdilər, bir
Allah bilir.... Biz tərəflərin
qışı sərt
olurdu, şaxtası, sazağı adamın iliyinə işləyirdi.
Xəyal edin ki, noyabr ayı, qar qapını kəsib, gecə ilə qəfil hücum edələr evdən ayaq yalın, baş açıq canını
götürüb çıxasan.
Soyuqdan donan, sətəlcəm olan, qorxudan havalanan axı hansını deyəsən, hansı qala... Əlsiz-ayaqsız qocalarımızdan kənddə
qalanlarımızda oldu.
Bu halın yaşatdığı
iztirabı isə heç anlada bilmirəm. Əzizin gavırın əlində
ola... Düşünün nə çəkər insan? O gecəyə qədər nə illah edirdiksə, yaşlılarımız kənddən
çıxmırdı. Biz çıxsaq, erməni yurdumuza yiyəliklənəcək,
hara çıxaq deyirdilər?
Sözümü qısa edim, ailəmiz gəlib Bakıda məskunlaşdı.
Kənddən çıxmağımızdan
heç bir şey keçməmişdi
ki, bir gün axşamçağı nənəm
(anamıza nənə
deyirdik) zəng etdi ki, qağan (atamıza qağa deyirdik) sizdədir? Dedim ki, xeyr. Ay Novruz, bəs qağan üç gündür yoxdur. Dedik bəlkə Qalaya (Qala kəndinə)
gedib, orda qohumlarımız var idi, ordanda xəbər aldıq, dedilər bura gəlməyib. Görən harda olar, hara gedər? Durdum getdim anamgilə.
Ağlımız kəsən
qohum-əqrabadan soraqladıq,
bir xəbər olmadı. Naəlac qalıb, oturduq gözlədik ki, görək
nə xəbər çıxır. Səhəri
gün günorta ötmüşdü ki, gördük
qağam gəldi. Ay qağa, bəs hardasan, niyə deməmisən hara getdiyini?
Dedi həfsələn
(hövsələn) olsun,
bir gözlə deyəcəm getdiyim yeri. Neçə gecə idi ki, Göy at yuxumdan çıxmırdı. Boynubükük
girirdi yuxuma. Yatdım yuxum gəlmədi. Erməni mənim atımı minsin, atı incitsin, Hətəm də burda irahat
(rahat) yatsın? Dayana
bilmədim. Ürəyim
dözmədi. Getmişdim
Şəkiyə. Elə
yerimizdəcə quruyub
qaldıq. Ay qağa, nə danışırsan,
nə Şəki? Şəkiyə yol-iriz
var? Dedim yəqin qağam fikirdən havalanıb.
Dedi ki, Bakı-Laçın avtobusu
ilə Laçına,
Laçından Minkəndə
getdim. Çölçü
adam idi, oraları yaxşı tanıyırdı. Bərkdə
qar yağırmış...
Kırsı keçib
sonra Eşşək meydanından adlayıb qalxıb Çınqıllıya.
Çınqıllıda gözləyib
qaranlıq düşəndə
Pirin döşü ilə Qaraj tərəfdən gedib çıxıb bizim arxadakı tövlənin üstünə. Deyir ordan baxdım ki, at elə ordaca soyuqda dayanıb, heç içəri də çəkməyiblər.
Çöl qapını
yavaşca açıb,
keçdim içəri.
Ölüm gözümə
görünmürdü. Yəhərin
yerin bilirdim götürdüm basdım
atın üstünə,
darvazadan çıxdım.
Bacım Mafizər, həyat yoldaşı Atdıxan kişi də kənddən çıxmamışdılar. Qaçaqaçda onlar qalmışdı kənddə.
Getdim onları da götürüm gətirim,
gəlmədilər. Dedilər
əlsiz-ayaqsızıq, sənin
başına iş açarıq. Hava işıqlanmamış sən
çıx get. Səni
tanıyıb öldürərlər.
Papağımı gözümün
üstünə çəkdim
ki, tanıyan olmasın,
Gorusa girmədən Şirnuxudan keçib Qubadlının Sarıyataq
kəndinə gəldim.
Sarıyataqda Vəliş
adlı bir tanışım var idi. Dolanışıq üçün
Şəkiyə yanıma
gəlmişdi, quzuçum
olmuşdu. Atı aparıb ona əmanət etdim. Dedim at sənə əmanət, mən getdim. Avtobusa oturub gəldim Bakıya. Yolda əlimi cibimə atanda gördüm ki, bir dəstə pul var. Demə Vəliş ata halalıq alıb, heç mənə bildirməyib.
Bir xeyli bu hadisədən
keçmişdi, qağam
da, nənəm də
artıq dünyalarını
dəyişmişdilər. Tanımadığım bir
nömrədən mənə
zəng gəldi. Sən şəkili Hətəmin oğlu Novruzsan? Dedim bəli. Dedi səni Neftçilərdə,
“Lallar nərd oynayan yer”də
gözləyirəm. Əlimdə
təsbeh var, aralıda
duracam yaxınlaşarsan
sənə sözüm
var. Soruşdum kimsən,
dedi gələrsən
deyəcəm, gözləyirəm...
Ürəyimdə götür-qoy
edə-edə, görəsən,
nə məsələdir?
Ha aşağı-yuxarı çəkdim, ağlıma
bir şey gəlmədi. Getdim çıxdım görüş
yerinə. Salamlaşdıq,
dedi bilirsən mən kiməm? Dedim xeyr. Dedi
mən Vəlişəm,
Sarıyataqdan. Barmağımı
dişlədim ki, hə,
bu, yəqin həmən Vəliş olacaq ki, qağam Göy atı ona əmanət etmişdi. Çayxanaya dəvət etdim oturduq, söhbəti açdı ki, sənə
Göy atdan danışacam. Ürəyim
əsdi inanın. Elə bil əzizimdən
xəbər gəlmişdi.
Söylədi ki, bəs biz də
qaşqın düşdük,
heç başım açıq olmadı ki, bir Sizi axtarım
tapım. Təsadüfən
burda şəkililərlə
rastlaşdım. Sağ
olsunlar, Hətəm kişini soraqladım Sizinlə əlaqə yaratdılar. Deməli, o qarlı qış günü səhərüzü
Hətəm kişi bizə gəlib atı bərk-bərk mənə tapşırıb
dedi ki, Vəliş, Göy atı sənə tapşırıram,
yaxşı bax. Gedib Şəkidən gətirmişəm Bakıya
apara bilmirəm. Sənin yanında nə xətir-hörmətim
olubsa, onu bu ata göstər.
Vidalaşıb bircə
yol geri baxıb, doluxsulanıb qəhərli-qəhərli salamat qalın, deyib qapıdan çıxdı.
At yasa batdı elə bil. Nə
yem yedi, nə su içdi.
Yonca verdim yemədi, arpa verdim yemədi. Yaxına qoymadı məni. Eləcə at ha başın qaldırıb
Qarakilsəyə, Şəkiyə
boylanırdı. Fınxırıb
üzü Göy bulağa sarı nərə çəkirdi.
Yaxşı xatırlayıram,
o yaylaqlar onun məskəni olmuşdu. İnan qardaş, at bu günə kimi gözümün qabağından getmir. Heyvan olasan, sahibinə, yurduna belə vəfan ola? Atan gedəndən sonra 3-cə gün yaşadı... Axşam nə illah etdim,
ağzına su da almadı. Qanı qara eləcə başın qaldırıb
Bayramtəpəyə boylanırdı...
Bağrımın başın
yandırdı o at! Dili olan
dil deyər, dərdin dağıdar... Dilsiz-ağızsız heyvanın
o üç gündə
nə çəkdiyini
necə anladım?.. İnsan oğlu
onu bacarmaz... Yaradandan savayı o halı bilən olmaz, qardaş. Səhər gəldim, gördüm ki, ağzından
qan gəlib... Yemi, suyu qabağında, həsrətdən bağrı
yarılıb, dili ağzında yanıb, Göy atın....
Ey dünya, ey dünyanın əşrəfi
olan insan, Göy atın haqqın al!
Dünyanı öz çoxşaxəli
siyasi gedişləri ilə mat qoyan cənab Prezidentimiz, Müzəffər Ali Baş
Komandanımız İlham Əliyevin
yürütdüyü siyasəti,
tək öz xalqımız, dövlətimiz
üçün deyil,
bütün insanlar üçün dünya miqyaslı, planetimizin sabahı naminə
fundamental əsaslı fəaliyyəti
sayəsində əminik
ki, haqqı yeyilənlər
öz haqlarına yetəcək. Biz geri dönəcəyik!
Göy
at keçir xəyalımdan...
Tapdağı altında
inləyir Ermənistan...
P.S. Danışıb dərdini dağıdan Qərbi Zəngəzurun Qarakilsə rayonu Şəki kənd sakini Novruz Hətəm oğlu Bəhmənov idi. O danışdı, mən də yazıb sizinlə bölüşdüm.
Azadə Novruzova
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, ¹41.- S.18.