Görünər
Ürəkdən
bağlansan doğma ocağa,
Ruhun qətrə-qətrə hopar
torpağa.
Yolunda ümidin dönsə çırağa,
Qarşında gecə də gündüz görünər.
Damarında
axan qan atlanarsa,
Ən uzaq mənzilin alınar qısa...
Xəyalın zirvəyə qanadlanarsa,
Dərə də, təpə
də dümdüz görünər.
Beşiyin
fikrində yırğalanmasa,
Ömrün qışdan çəhlim
salarmı yaza?!
Palıd
da torpağa arxalanmasa,
Tufanın gözündə köksüz
görünər.
2024
Laçına
gəlmişəm
Ömür-gün
yoldaşım
İradə xanımın xatirəsinə
Laçına
gəlmişəm, yer-yurd arayam,
Yaddaşlarda batan hayam, harayam...
Bu yurdun yanında üzüqarayam,
Mən qoşa getmişdim, tək qayıtmışam.
Ölüm-itim
nədir, bilməmişəm, ha,
Doyunca danışıb-gülməmişəm,
ha...
Bu elə əliboş gəlməmişəm, ha,
Sinəm
həsrət dolu yük, qayıtmışam.
Keçdiyim
bir ömür yolu yuxuymuş,
Bəzən xatirələr qara
qorxuymuş...
Çəkmə imtahana məni,
ay yoxuş,
Daşı ətəyindən tök,
qayıtmışam.
Sən də,
ay Həkəri, bil, nədir dərdim,
Mənim
illərimdən şən-şən
ötərdin...
Bir vaxtlar şəklimi qoşa çəkərdin,
Gəl indi tək-tənha çək, qayıtmışam.
Hər cığırın,
izin sinəmdə dağdır,
Ötən gəncliyimdən səsdir,
soraqdır...
Hisslərim yararsız qalan
torpaqdır,
Ay
Laçın, di şumla, ək, qayıtmışam.
Mən qoşa getmişdim, tək qayıtmışam!..
23.07.2024
Laçından
bir ovuc
torpaq gətirdim
Bağışlasın
şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun,
ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim.
Gözlərim
büründü qəmə, qəhərə,
Səpdim
məzarına bir ovuc Laçın.
Sən həsrət qalmışdın
o doğma yerə,
Qoy barı, məzarda eynini açım.
Qoy bir az
azalsın sinəndə dərdin,
Əlimdən gələni elədim,
nə qəm...
Həmişə oturub-durub deyərdin,
"Laçının üzünü
görsəm, ölmərəm".
Yenidən
nur saçdı ata ocağın,
Qohumu-qonşunu başla sorağa...
Səpdim
məzarına bir ovuc Laçın,
Arzuna qovuşdun, di qalx
ayağa.
Laçın
həsrətiylə dərd çəkə-çəkə,
Duymazdın axşamdı, yoxsa,
səhərdi.
Bilsəydin Laçına gedirəm,
bəlkə,
Özün getməsən də,
Başdaşın qoluma girib gedərdi...
Bu yağış...
Getmisən!.. Yeddinci il də başa
çatmaq üzrədir...
Yağışım kəsmir hələ!..
Yeddi ildir
bir yağışa düşmüşəm,
Taleyimlə qan-qarğışa düşmüşəm.
Bu yağışı indi başa düşmüşəm,
Ömrüm boyu yağasıdır,
yağası.
Bu
yağışın üstümdə çox dili var,
Ocağımı körükləyən yeli var...
Son günümdə bir kükrəyən seli var,
Bir hayqırıb qalxasıdır,
qalxası.
O göstərib
mənə belə meyil, ha,
Səndən ayrı ələnmərəm
deyir, ha...
Qabağını çətir kəsən
deyil ha,
Axırıma çıxasıdır, çıxası.
İllərimin
buluduna bələnir,
Damcı-damcı taleyimə çilənir...
O neçə ki ara vermir, ələnir,
Dərd
sinəmin ağasıdır,
ağası...
11.07.2023
Bu
qışı da yönə verdim...
Yollarından
yığdım daha gözümü,
Mən özümə həyan bildim özümü...
İlk dəfəydi həsrətin
sərt üzunü
Qabaq-qənşər durub gördüm birtəhər.
Hər
misrama vaxt-vədəsiz düşdü dən,
İllər kəsdi hər
şerimin ömründən...
Taleyimin
qapısından o gündən,
Daha yadtək gəlib girdim birtəhər.
Leysan yudu
o çəhlimi, o izi,
Açılmadı sözümün
bət-bənizi...
Şaxtam
vurdu bənövşəni,
nərgizi,
Xəyalımda çələng hördüm
birtəhər.
Xatirələr
sinə-sinə sinəmdə,
Qoymadı ki dərd-qəm sönə
sinəmdə.
Bir əlçim qar qaldı yenə sinəmdə,
Bu qışı da yönə
verdim birtəhər.
15.03.2024
Bilmirəm
Getmisən
bir yuxu kimi,
Qırpanmıram kirpiyimi.
Sinəmdəki dərdi-qəmi
Kim
düzər sapa, bilmirəm.
Başlayıb
əcəl təlimi,
Yeri tapılıb qəbrimin...
Nalı
tökülüb təbimin,
Yoxuşda çapa bilmirəm.
Fikrimdə
bu çiylik nədir?!
Sözlər bir-birini didir...
Misralarım da küt gedir,
Təzədən yapa bilmirəm.
Üzümə
baxmır bir gün də,
Saymazca keçir böyrümdən...
Səndən sonrakı ömrün
də
Adını tapa bilmirəm.
09.06.2023
***
Getmisən...
Durub baxmışam,
Daha axrıma çıxmışam.
Əynimə xəzan taxmışam,
Tökülürəm yarpaq-yarpaq.
Hər
günüm də, hər ayım da
Sürgün olub harayımda...
Ömür adlı sarayımda
Sönürəm mən çıraq-çıraq.
Düşmüşəm
yazımdan ayrı,
Getmir güneyimin qarı...
Yol gəlsəm də sənə sarı,
Qabağımı kəsir torpaq.
***
Getmisən
ömrümdən düz yeddi ildir,
Həsrət göynən gedir,
yaman yellidir,
Gözünün yağını mənə
yedirdir,
Ömrümə dərd-qəmdən şələ tutmuşam.
Sükuta
dikirəm gözümü
elə,
Divara deyirəm sözümü
elə...
Ətrini
tapmıram,
Üzümü elə
Boş yerə neçə cür gülə tutmuşam...
Gün-gün
yaxınlaşır mənzilə köçüm,
Quru budaq kimi budanır
içim...
Əlacım kəsilib bir görüş üçün,
Mən qara torpağı dilə tutmuşam.
03.01.2024
Ünvanın
yetişməyən şeirlərim
Sevincim
axsaya-axsaya qalıb,
Əlacı çəliyə, əsaya
qalıb...
Ümidim
alnımda yazıya qalıb,
Təbim
xoş sözlərlə
ötüşə bilmir.
Buludum ələnib
ağ gün görmədi,
Səbrimi quraqlıq alıb,
göynədir.
Ömrümün quzeyi elə gündədir,
Nə yaz, nə də
ki yay səmt düşə bilmir...
Vərdişi
eynidir hər səhərimin,
Ağzını çarxlayır qəm-qəhərimin.
Qədəmi qırılıb şeirlərimin,
Sənin
ünvanına yetişə
bilmir.
Qalmışam
Sənsizlikdən
gözlərimi tor tutub,
Aramıza çəpər çəkib
gor, tutub...
Güneyimi gəlib möhkəm
qar tutub,
Ərimir
ha, elə-belə qalmışam.
Tənhalıqmış
yolların ən uzunu,
(Ölçüb-biçir alnımdakı
yazını!..)
Nə müddətdir yaddaşımın
tozunu
axşam-səhər silə-silə qalmışam.
Düyün
düşüb daha ömrün çəmi də,
Səmt
gəzirəm bir yelkənsiz gəmidə...
Sinəmdəki kədəri də,
qəmi də
Mən özümlə bölə-bölə
qalmışam.
Şeirimin
ağzından
qan
iyi gəlir
Bir
mesaja cavab (İxtisarla)
Kötük
diyirlədir tez-tez qarşıma,
Başım dəymir yenə
əlhəd daşına.
Dönüb budaq olur könül quşuma,
Şerimin ağzından qan
iyi gəlir.
Yazdan əli
çıxan qar-qışdır, yoxsa,
Hər addımda mənə qaxıncdır, yoxsa,
Öz boynuma qalxan qılıncdır, yoxsa,
Şerimin ağzından qan
iyi gəlir.
Yuxumda
qanırır qolumu mənim,
Yoxuşa
dirəyir yolumu mənim.
Hey ütür sağımı-solumu
mənim,
Şerimin ağzından qan
iyi gəlir.
Bəzən
əli çatmır kürsülərə də,
Baş qaldırmır umu-küsülərə
də...
Baxmır
asılara, kəsilərə
də,
Şerimin ağzından qan
iyi gəlir.
Dövranın əsəni-coşanı çoxdur,
Gül-çiçəyindən də
yovşanı çoxdur.
Eyninə
almır ki, dovşanı
çoxdur,
Şerimin ağzından qan
iyi gəlir.
Bir
baxmır it-pişik sürüsünə o,
Sinmir sözlərinin gerisinə
o...
Bürünür Nəsimi dərisinə
o,
Şerimin ağzından qan
iyi gəlir.
Ələsgər ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, ¹41.- S.19.