Uzaqda yalançı həyat
Yenə
çəkildim qırağa,
Yenə
susdum qəflətən.
Yenə
unutdum rolumu,
Yenə
çıxdım səhnədən...
Uzaqlaşdım o gəmidən,
Balaca bir qayıqla.
Necə
ki bulaq gizlənir,
Cuppulu bir oyuqda.
Sulara bir qarmaq atdım
Və oturub gözlədim.
Heç
zaman tərpənməyəcək
O tilovu izlədim.
Uzaqdakı o məclisdən
Yenə
səslər yüksəlir.
Gurultular,
parıltılar,
Ehtiraslar
yüksəlir.
Hərdən alqış sədaları,
Hərdən dava-dalaşlar.
Bax öldürür adamları
İddialar, təlaşlar.
Tuturam qulaqlarımı,
Yumuram gözlərimi.
Böyükləri anlamayıb,
Qorxan bir uşaq kimi.
Axı həyat orda deyil,
Burda - mənim yanımda!
Zamanın ən güvənilən,
Ən hüzurlu anında.
Burda - bu qaya dibində
Həqiqətlər gizlənib.
Uzaqdan yalançı həyat
Film kimi izlənir...
Səhər Əhməd
Ədəbiyyat
qəzeti.- 2024.- 26 oktyabr, № 41.- S.11.