Ələsgərin meracı

 

Qaya parçasına fəlsəfi esse

 

Mənim yadıma gələni, Aşıq Ələsgərə heç vaxt birmənalı münasibət görməmişəm. Kimlərsə onu sadə xalqın sevimlisi, həmişə xalqın yanında olan, el-obanın gözəllərini vəsf edən bir el sənətkarı kimi qəbul edib, kimlərsə böyük elm-irfan sahibi olan, öz mənəvi yüksəlişində övliya səviyyəsinə qalxa bilmiş bir Haqq aşığı kimi təqdim edib, onun qoşmalarındakı təsvirlərdə sufi simvolikası axtarıb (həqiqət, yəqin ki, həmişəki kimi «qızıl orta»da olacaq).

Qismət elə gətirdi ki, Aşıq Ələsgərin ötən ay ucaldılan abidəsinə münasibət eyni cür olduyəni ikili ziddiyyətli.

Heykəlin fotolarını görəndə, mənə bir çox məqamlar maraqlı gəlmişdi. Çünki görən kimi anlamışdım ki, heykəl realist üslubda hazırlanmayıb. Sevinmişdim. Sovet dövründən qalma realizdən kifayət qədər yorulmuşuq. Gözümüz  nəsə fərqli özünəməxsus bir obraz istəyir.

Bir ki, realist sənət əsəri lazım olsaydı, onu elə sıradan bir heykəltaraş da düzəldə bilərdi Natiq Əliyev kimi tanınmış sənətkarın, Xalq rəssamının layihəsi qəbul edilməzdi.

Qeyd edim ki, Natiq Əliyevin Rahib Həsənovla birgə onilliklər əvvəl hazırladıqları «Əliağa Vahidin heykəli»  birmənalı qarşılanmamışdı. Kimlərsə bu heykəli Vahidin bütün həyatını, ruhunu, yaradıcılığını əks elətdirən bir sənət əsəri kimi qəbul edir, kimlərsə, heç anlamadan, Vahidin saçları arasındakı musiqiçilərə baxıb çiyinlərini çəkirdilər. Həmin vaxtlar biz yenicə əruz vəznində yazmağa başlamışdıq, ədəbi məclislərə gedib-gəlirdik ustadların arasında bu heykəllə bağlı mübahisələrin şahidi olurduq. Mərhum sənətkarımız, Əməkdar rəssam Adil Rüstəmovun bu heykəlin mahiyyətini bizim bir yaşlı qəzəlxanımıza səbirlə izah eləməyi səhnəsi indiyəcən gözümün qabağındadı.

Qayıdaq, Aşıq Ələsgərin heykəlinə. Kim Aşıq Ələsgər şəxsiyyətini necə qəbul edirsə, bu onun öz işidir. Lakin bizim bu abidədə gördüyümüz məhz Xalq rəssamı Natiq Əliyevin xəyalındakı, təfəkküründəki Aşıq Ələsgərdir.

Fotolardan qədər marağımı çəksə , canlı olaraq heykəlin qarşısında dayananda, anladım ki, mən şəkillərdən əslində bu əsərin mahiyyətinin heç on faizini hiss eləməmişəm.

Qarşımdakı sadəcə, bir el sənətkarı deyildi, sözün həqiqi mənasında, Haqq Aşığı idiirfanın ən yüksək mərtəbələrinə qalxmış, övliya, hətta peyğəmbər səviyyəsinə çatmış Haqq aşığı – Haqq aşiqi; ölməz misraları qayaya həkk olunmuş əbədiyaşar bir sənətkar. Əlindəki saz da o biri aşıqların ifa elədiyi sadə bir musiqi aləti deyil. Heç qarşımdakı obraz da, məncə, saz çalıb-eləmir… Bu «havalı» sazdı. Elə havalı kimi havada oynayır. Qanad açan oynaq bir quş kimi öz aləmindədi. Aşıq Ələsgər isə, elə bil, bu şıltaq, havalı sazı ehtiyatla ram eləməyə çalışır.

Daşın üstündəki misraları müşahidə elədikcə düşündüm ki, müəllifin təbirincə, Aşıq Ələsgərin kəlamları eynən qayaya yazıldığı kimi, xalqımızın yaddaşına həkk olunub, heç vaxt ordan silinən deyil. Eynən peyğəmbər kəlamları kimi

Peyğəmbərimizin əsas möcüzələrindən biri idi? Əlbəttə ki, meracBəli, əsas fikrimin üstünə gəlib çıxıram.

Mən bu heykəlin qarşısında dayananda, içimdən qəfildən qəribə hisslər keçdi. Elə bil ki, Merac hadisəsinin başlanğıcına baxırdım. Sadəcə, burda Büraq (nurdan yaranan şimşək at)  obrazında məhz saz çıxış edir. Sanki məşhur saz havaları da, insan ruhunu havalandıran, göylərə qaldıran Büraqın qanadlarıdı

Bəlkə , məhz bu Büraqın nurunun onun gözlərini yandıracağını bildiyinə görə, üzünü kənara tutub, ona tərəf baxmır Aşıq Ələsgər.

Sazı tutan əlləri məndə tamam başqa təəssüratlar yaratdı. Elə bil saz öz-özlüyündə azad, sərbəst bir varlıqdı, eynən Büraq kimi göylərdə pərvaz edir, göyün yeddinci qatında dolaşır ara-sıra yerə enib Aşıq Ələsgərinbu haqq aşığının köksünə, ürəyinin başına sığınır, onun ruhuyla həmsöhbət olur onu özüylə meraca qalxmağa səsləyir.

Heykələ baxdıqca bu saz həqiqətən , göylərə qalxmağa hazırlaşan ildırım nəfəsli Büraqı xatırlatdı mənə. Bu saz arifi göylərə qaldıran bir vasitədi. Aşıq Ələsgər bir az ehtiyatla, bir az ərklə bu Büraqdan tutub sıxır ki, onunla birlikdə göylərə yüksəlsin, Tanrının dərgahına yetişsin, elin-obanın dərd-sərini, yaşadığı ağrı-acıları, iztirabları Haqq-təalanın hüzurunda bəyan eləsin.

Amma əlləri göyə qalxmağa hazırlaşan sazda olsa da, Aşıq Ələsgərin baxışları nədənsə göyə yox, yerə zillənib. Elə bil ki, bütün elin-obanın yüz illik, min illik dərdi, əzabı, iztirabı onun sərt cizgilərində əsas da gözlərində əks olunub. Sanki bu dərd əzabın, iztirabın ağırlığı, ona imkan vermir ki, yerdən rahatca qopub, sazıyla birlikdə göyün yeddinci qatına yüksəlsin.

Qismət elə gətirib ki Aşıq Ələsgərin həyatı, ələlxüsus, son onillikləri Azərbaycanın ən ağır faciələrlə üz-üzə qaldığı qanlı dönəmlərə təsadüf edib (iki əsrin qovşağı, milli münaqişələr, erməni fitnələri, bolşevik işğalı, torpaq itkiləri, şəxsi ailə faciələri sair).

  düşünürəm ki, əsərin kompozisiyası Aşıq Ələsgər ruhunun həyatının əsas kodunu aça bilibbədii dillə desək,  gözləri yerdə (öz xalqında), əlləri isə göydə (Tanrıda) olan haqq aşığı...

(Qeyri-ixtiyari «Hamınız Allahın ipindən möhkəm yapışın…» Quran ayəsi yada düşür.)

Elə bil yerdə qalıb el-obanın dərdini çəkmək istəyir, amma havalı saz onu göylərə tərəf çəkir. Sazdan tutub göylərə qalxmaq istəyir, el-obanın dərd-sərindən, faciələrindən baxışlarını ayıra bilmir.

Aşıq Ələsgərin göyə (Tanrıya) yüksəlməkçün sazdan (Büraqdan) nəvazişlə tutan əllərində bir irfan sahibinin, bir övliyanın gücü varsa, fəqət, yerə (xalqa) baxan gözlərində, sanki bir el ağsaqqalının dərd-səri, narahatlığı yığılıb. Həm tək dərd yox, qəribə bir xəcalət hissi. Bəli, bu daşlaşmış baxışların dərinliyində qəribə bir təəssüf xəcalət hiss elədimMən el-obanın dərd-sərini meraca qalxıb Haqq təalanın hüzurunda ərz edəcəm, amma bunun qədər faidəsi olacaq, ya ümumiyyətlə olacaqmı, bunu bilmirəm. Mən yerlə göy arasında asılı qalmış El aşığı – Haqq aşiqiyəm

Bəli, Aşıq Ələsgərin yerə zillənən baxışları bunu deyir mənə.

Hətta ona təskinlik verirəm: – Sazından möhkəm tut, aşıq, bizləri boş ver. Bu sazın havaları səni havalandırıb ərşi-əlaya qaldıracaq, ordan baxanda bizim xırda məişət qayğılarımız, əzab-əziyyətimiz o qədər kiçik görünəcək ki… Sən bizim o xırda dərdlərimizə əhəmiyyət vermə, bizə aludə olma, saza çevrilən Büraq səni gözləyir. O, səni göylərə qaldıracaq. Ucal göylərə, layiq olduğun yerdə məskunlaş sonra bizi ardınca səsləBəlkə biz öz Büraqımızı tapa bildik, sənin yolunla göylərə qalxdıq, yerdəki zülmlərdən, ədalətsizliklərdən canımız qurtardı

Aşıq Ələsgər isə baxışlarıyla cavab verir ki, axı mən onilliklə bu xalqın içində olmuşam, el-obamızın yadellilərdən çəkdiyi əzabları görmüşəm, zəmanənin çaxnaşmalarında camaatımızın yaşadığı zülmlərin şahidi olmuşam, mən bütün bunları necə yadımdan çıxarıb, öz ruhumu göylərə qaldırım? Xalqın halını necə unudub, öz mənəvi yüksəlişimi fikirləşim? Mümkünmüdür?

, heykəlin qarşısında dayandığım müddətdə bir qəfildən onu hiss elədim ki, mən bayaqdan ürəyimdə bu daş parçasıyla danışırammış.

Əgər danışıramsa, deməli, qeyri-ixtiyari onu daş heykəl kimi yox, canı-ruhu olan bir varlıq kimi qəbul eləmişəm.

Sənin daşdan yonduğun bir heykəli insanlar canlı varlıq kimi qəbul edirsə, onunla həmsöhbət olursa, məncə, bir heykəltaraş üçün bundan böyük uğur ola bilməz. Deməli, sən bir soyuq daş parçasına ruh-can verə bilmisən.

Heykəldə Aşıq Ələsgərin bədəninə sərt çalarlarla qəribə bir əzəmət verilib. Həqiqətdə Aşıq Ələsgər cüssəli adam olub. Bunu bilirik. Amma nədənsə ayaqları daha çox diqqətimi cəlb elədi. Güclü, möhkəm ayaqlar idi.

Gözlərinə baxdım, ayaqlarına baxdım. Bu gözlərdəki bir dünya dərdi-əzab yükünü, yəqin ki, yalnız bu cür möhkəm ayaqlar daşıya bilərdi. Əks halda, Aşıq Ələsgər bütün ömrü boyu ayaqda qala bilməzdi, bu dərd-sərin yükü altında çoxdan sınıb tökülərdi. 

Heykələ baxa-baxa, nədənsə mənə anidən elə gəldi ki, Natiq müəllim uzun illər Peyğəmbərin meracını təsvir edən bir əsər yaratmaq istəyib həmin hiss duyğular sonda gəlib məhz bu heykəlin yaradılması zamanı təzahür edib.

Sonda isə, Aşıq Ələsgərin abidəsi ətrafında şou yaradanlara, heç anlamayıb ağız büzənlərə bir-iki kəlmə sözüm olacaq.

Sən nəyisə bəyənməyə bilərsən, hardasa qüsur görə bilərsən. Bu, öz işindi. Amma uzunillik sənət təcrübəsi olan, peşəkar sənətkarın hansısa işində, hansısa sözündə qüsur tutanda, qulp qoyanda, əvvəlcə bir düşünyəni bu boyda sənətkar neynədiyini, danışdığını, yaratdığını bilmir? Sənin gördüyün «qüsur»u o görmür? Yəni sənin gözün, sənin təfəkkürün ondan daha itidi? Yoxsa, obrazını yaratdığı sənətkarı səndən daha az istəyir, daha az tanıyır?! Axı sən kimsən, o kimdi?

Əgər nəsə sən istədiyini kimi, sən arzuladığın kimi deyilsə, bunu qüsur kimi qəbul eləmək cahillikdi, nadanlıqdı. Müəllif belə görür, belə yaradır, vəssalam!

Bəyənmirsənsə, qollarını çırmala, öz arzuladığını, öz görmək istədiyini sən özün yarat, yarada bilmirsənsə, heç olmasa, susmağı bacar. Çünki müəllif sənin görmək istədiyini təqdim etməyə məhkum deyil. Bu onun yanaşmasıdı nəyi necə eləməyi o səndən yaxşı bilir. Çünki o, öz işində peşəkardı, sənsə bilinmir kimsən. Bacardığın isə görülən işə qulp qoyub hay-küy qaldırmaq, lağa qoymaqdı. Bunu isə ən yaxşı kimlər bacarır? Özünün əlindən heç bir gəlməyən səfehlər

Aşıq Ələsgərin abidəsi ilə bağlı isə son fikrimi deyəcəmçoxdandı bir şairimizin, bir sənətkarımızın  ruhunun dərin qatlarını, həyat amalını, varlığının mahiyyətini bu cür dərindən əks elətdirən bir abidə görməmişdim. buna görə müəllifə təşəkkür edirəm

 

İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.7.