Mehman Həsənli Beynəlxalq

Aytmatov Akademiyasının fəxri üzvü seçilib

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki seçilib.

Bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin 15 avqust 2024-cü il tarixli iclasında verilib. Akademiyanın prezidenti, akademik Abdıldajan Akmataliyev fəxri mükafatı Mehman Həsənliyə təqdim edib.

Qeyd edək ki, fil.f.d., dos. Mehman Həsənli Çingiz Aytmatov haqqında fəlsəfə doktorluğu işi (2017) müdafiə edib. Dünyanın ən müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfranslara dəvət alıb məruzələrlə çıxış edib. Məqalələri yerli xarici jurnallarda dərc edilib. MüəllifinÇingiz Aytmatov fenomeni Azərbaycanmonoqrafiyası Azərbaycanda (2020) Türkiyədə (2023) nəşr olunub.

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.6.