Vilayət Quliyevin yeni kitabı çapdan çıxıb

 

Ədəbiyyatşünas-alim diplomat Vilayət Quliyev Azərbaycan Cümhuriyyətinin qurucu atalarından Əlimərdan Topçubaşov elmi-publisist epistolyar irsi ilə 25 ildən artıqdır ki, məşğul olur. Cümhuriyyətin 80 illiyinin qeyd edildiyi 1998-ci ildə Paris sülh konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı olmuş Ə.Topçubaşovun hökumətə göndərdiyi məlumatları rusca orijinalda özünün Azərbaycan dilinə tərcüməsində "Paris məktubları" - "Pisma iz Parija" adı altında geniş müqəddimə şərhlərlə birlikdə çap etdirmişdi. Bundan başqa, müxtəlif illərdə onun Topçubaşov irsindən seçmələr müstəqil tarixi araşdırmalardan ibarət "Azərbaycan Cümhuriyyəti Nümayəndə heyəti Paris Sülh konfransında" (ingilis fransız dillərində müqəddimə ilə, Bakı, 2008), "Azərbaycanın yol göstərəni" (Bakı, 2010), "Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" (Bakı, 2018), "Qafqaz Azərbaycanı Nümayəndə heyətinin Paris sülh konfransından tələbləri" (ingilis dilindən tərcümədə, Bakı, 2018), "Kaspi"dən seçmələr" (Bakı, 2018) "Xalqımızın müstəqil yaşayacağına inanırdıq" (Bakı, 2010), "Azərbaycan Paris Sülh konfransında" (Sənədlər toplusu, macar ingilis dillərində müqəddimə ilə, Budapeşt, 2018) s. kitabları nəşr olunub. Vilayət Quliyevin gərgin əməyi sayəsində Əlimərdan bəy Topçubaşovun qələmindən çıxmış onlarla tarixi-publisist əsər, çoxsaylı məktublar, siyasi-diplomatik rəsmi yazışmalar ilk dəfə elmi dövriyyəyə daxil edilib, müasir Azərbaycan oxucusuna təqdim olunub. Həmkarı, keçmiş xarici işlər naziri Həsən Həsənov moskvalı tarixçi Salavat İshakovla bir sırada Vilayət Quliyevin Ə.Topçubaşovun rus dilində 4 cildlik "Seçilmiş əsərləri"nin hazırlanması nəşrində (2015-2016) böyük əməyi olub. O, eyni zamanda Əlimərdan bəyin həyat yolu, bioqrafiyası, siyasi-diplomatik fəaliyyəti haqqında Azərbaycan, rus, ingilis dillərində ölkəmizdə ölkə hüdudları xaricində çap edilmiş çoxsaylı məqalələrin müəllifidir.

"Çapar" nəşriyyatında yeni çapdan çıxmış nəfis tərtibatlı, nadir foto-şəkillər illüstrasiyalarla zəngin "Əlimərdan bəy Topçubaşov ərməğanı" kitabında diplomat-alimin məşhur sələfi haqqında müxtəlif illərdə yazdığı ayrı-ayrı məqalələr, əsərlərinin ayrı-ayrı nəşrlərinə yazdığı ön sözlər, müqəddimələr, Paris həyatı müasirləri ilə qarşılıqlı münasibətləri haqqında araşdırmalar, bəzi siyasi publisistika nümunələrindən tərcümələr toplanıb. Cümhuriyyətin görkəmli siyasi xadiminin vəfatı münasibəti ilə "Prometey" "Severnıy Kavkaz-Şimali Kafkasiya" mühacir nəşrlərinin xüsusi saylarında dərc olunan çoxsaylı materiallar (nekroloqlar, dəfn mərasimində çeşidli ölkələri təmsil edən siyasi liderlərin nitqləri, ailəsinə göndərilən başsağlığı teleqramları s.) ilk dəfə tam şəkildə tərcümə edilərək bu kitabda toplanıb.

Vilayət Quliyevin "Əlimərdan bəy Topçubaşov ərməğanı" kitabındakı materiallar həm Azərbaycan Cümhuriyyətini, həm onun qurucu atalarını daha yaxından tanımağa tanıtmağa xidmət edir.

 

Ədəbiyyat qəzeti.- 2024.- 26 oktyabr, №41.- S.6.