Sarışın qız sevirdim,
Qıvrım saçlı - Gülxanım...
Bütün ruhumla yalnız
Ona bağlıydı canım.
Bakıya
ilk gələndə,
Abituriyent
olanda...
Gənclik
ləpirlərimiz
Bulvara iz salanda...
On yeddi
yaşımızda,
Burnumuz
başımızda...
Durmadan
oynayırdı
Gözümüz-qaşımız
da...
Hər
gün, xoşbəxtlər kimi,
Eşq ilə
görüşəndə...
Mən
onu ötürəndə,
O, duraqda
düşəndə...
Başım
havalanırdı
Mən
ondan ayrılanda.
Sabahı
zor açırdım
Ondan
ayrı qalanda.
Allaha
yalvarırdım
Gecə
heç vaxt gəlməsin.
Gözüm
tək onu görsün,
Ayrı
heç nə görməsin...
Çünki
mənim Günəşim
Sarışın
Gülxanımdı.
Qızılı
saçlarıyla
O qız
mənim canımdı...
İndi,
ahıl çağımda
Mən
onu axtarıram.
Gəncliyimdəki
kimi,
Onsuzluqdan
yanıram!..
Kaş
zaman qayıdaydı,
Yenə
yağış yağaydı...
Sonra yenə
yenidən,
Qızıl
Günəş doğaydı.
Salxım
söyüd həsrətlə
Hey bizi
gözləyəydi...
"Yarpaqlar"
öpüşdükcə,
Söyüd
boynun əyəydi...
Biz qısılıb
qalaydıq
Söyüdün
kölgəsində...
Bir də
havalanaydıq
Həmən
eşqin səsində.
Huşumuz
qeyb olaydı
Gənclik
ehtirasıyla...
Sən məni
öldürəydin
O
qızın qisasıyla...
Mənə
sual verməyin,
Suallardan
qorxuram...
Cavabsız
suallara
Mən, kəmfürsət
baxıram...
Məndən
soruşmayın ki,
Hanı sənin
gəncliyin?
Hara getdi
o günlər,
Harda
qaldı dincliyin?
Kimə
qurban göndərdin
Qızıllı
qəhrəmanı?
Onu harda
öldürdün,
O gözəl
günlər hanı?
Gözlərimin
önündən
Gülər
üzün heç getmir.
Könlümü
kiritməyə
Vallah, bu
da heç yetmir.
Buludlar
arasından
Yenə
şaxı, Gülxanım...
Qızılı
tellərinlə
Doğ
sabahı, Gülxanım!..
Eşqin
gözü kor deyil,
Kor -
eşqi görməyəndi.
Ömrü
eşqlə yaşayıb,
Eşq ilə
ölməyəndi.
***
Allah, məni
öldürmə,
Öldürsən
də, üz, öldür...
Gecə
yuxum gələcək,
Öldürsən,
gündüz öldür...
Bu həlləhüş
dünyada
Əsir
etmə canımı.
İlk dəfə
yalvarıram,
İmzala
fərmanımı...
İntizarda
buraxma,
Mən də
sənin bəndənəm...
Sənə
ən çox inanan,
Pənah
gətirən, mənəm.
Çıx
dünyanın heyfini,
Mən hər
dərdə dözənəm.
Özgəsinin
yerinə
Öz-özümü
üzənəm.
Neçə
vaxtdır yığıram,
Qılammıram
qəzamı.
Mənə
insaf eləmə,
Göndər,
gəlsin cəzamı.
Yolum
haqqın yoludu,
Haqqın
yolu darısqal...
Yolumu
şaşırmamış,
Azmamış,
canımı al.
Çox
da humanist olma,
İnsaf
etmə bəndənə.
Heç
təxirə salmadan,
Ölüm
göndər Sən, mənə..
Ruhu
sağlam olanlar
Mərdanədir,
mətindir...
Haqsızlar
arasında
Ömür
sürmək çətindir...
Allah, məni
öldürmə,
Öldürsən
də, üz, öldür...
Gecə
yuxum gələcək,
Öldürsən,
gündüz öldür...
***
Səni
sahil yaratdı
Allahım,
Dəniz
yaratdı məni.
Sən dənizi
sevdin,
Sahilim,
Mənsə,
səni...
Səni
yelkən yaratdı
Allahım,
Külək
yaratdı, məni.
Sən
küləyi sevdin,
Yelkənim,
Mənsə,
səni...
Səni
Günəş yaratdı
Allahım,
Bulud
yaratdı məni.
Sən
yağışı sevdin,
Günəşim,
Mənsə,
səni...
Səni Həvva
yaratdı
Allahım,
Adəm
yaratdı məni.
Sən Adəmi
sevdin,
Ey Həvvam,
Mənsə,
səni...
Səni
sevgi yaratdı
Allahım,
Eşq
yaratdı məni.
Sən
eşqini duymadın,
Sevgilim,
Mənsə,
səni...
Atamın
ruhu ilə söhbət
Ata, məni
böyüdəndə,
Oğul,
hər vaxt mərd ol, - dedin.
Sənə
namərd olanlara
Sən həmişə
sərt ol, - dedin.
Ömrün
boyu, heç kimsəyə
Heç
vaxt tələ qurma, - dedin.
Düşmən
olsa, düşməni də
Arxasından
vurma, - dedin.
Allahdan
başqa kimsəyə
Heç
vaxt boyun əymə, - dedin.
Zalımlara
zülüm elə,
Sən
fağıra dəymə, - dedin.
Haqsız
yerə, heç kimsənin
Heç
qəsdinə durma, - dedin.
Öz
yolunu, nahaqq olan
Heç
kimsədən sorma, - dedin.
Əqidənin
uğrunda sən
Ölümdən
də qorxma, - dedin.
Səbirli
ol, hər boş küyə
Sən
yerindən qalxma, - dedin.
Onun-bunun
kölgəsində
Çaqqal
kimi yatma, - dedin.
Şərəfini,
mənliyini
Heç
bir zaman satma, - dedin.
Namərd
olan alçaqlara
Zərbə
vursan, sinədən vur.
Döyüş
vaxtı səngərində
Möhtəşəm
ol, möhtəşəm dur.
Tərbiyəndən
çıxar olsam,
Haqqın
mənə haram olsun.
Ömrüm
boyu zəlil olum,
Gözlərimə
güllə dolsun.
Hey
savaşdım, dost uğrunda,
Dost
yolunda mən can verdim.
Ömrüm
boyu mən özümü
Dost
uğrunda qurban verdim.
Şərəfsizin
şanı olmaz! -
Demədinmi,
mənim atam?!.
Şərəfsiz
"şanlıyam" deyir...
Mən nə
edim, canım, atam?!.
Mərdi
namərd eləməyə
Çalışırlar,
canım, atam.
Mənsə,
haqqın peşindəyəm,
Çalışıram,
haqqa çatam.
Mərdi
qovan namərdlərin
Cəzasını
verməyimmi?
Namərdin
son nəfəsini
Gözlərimlə
görməyimmi?
Yolumda min
cür tələ var,
Necə
çıxım, hardan gedim?
Tələlərdən
çıxmaq üçün
Savaşmayım,
mən nə edim?
Ədalətli
ol! - söylədin,
Ədalətlə
çıxdım yola.
Addımbaşı
zərbə gördüm
Ədalətli
ola-ola.
Mən ədalət
axtardım, hey,
Ədalət
min dona girdi.
Ədalət
libası geymiş
İblis
buldum, bu nə sirdi?
Ruhun məni
bağışlamaz,
Mən
namərdi bağışlasam.
Yarı
yoldan geri dönsəm,
Sona qədər
boğuşmasam.
Kimsə
məndən inciməsin,
Haqq
uğrunda ölməliyəm! -
Ədalətsiz
hər iblisin
Cəzasını
verməliyəm!
İftixar
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.12.