Vətən
Ayım mənim, ilim mənim,
Sən imanım, dinim mənim,
Azərbaycan dilim mənim,
Sənsən şirin canım, Vətən!
Mənim
adım, sanım, Vətən!
Sən Kürüm, sakit Arazım,
Sən qışım, payızım,
yazım,
Tar-kamanım, telli sazım,
Damarımda qanım, Vətən!
Sənsən adım, sanım,
Vətən!
Bir ölkəsən - Azər
adlı,
İgidlərin yel qanadlı,
Meyvələrin meyxoş, dadlı,
Əziz
Vətən, canım,
Vətən,
Sənsən adım, sanım,
Vətən!
Sadiq dostu darda qoymaz,
Səndən heç vaxt könlüm doymaz.
Qışın, yayın çiçəkli
yaz,
Əziz
Vətən, canım,
Vətən!
Sənsən fəxrim, şanım,
Vətən!
Ayım,
ilim, ömrüm, yaşım,
Ucalır
səninlə başım.
Sən başımın büllur
tacı,
Əziz
Vətən, canım,
Vətən!
Sənsən adım, sanım,
Vətən!
Sən ünvanım, sənsən
adım,
Sən arxamsan, qol-qanadım,
Səsim,
ünüm, istedadım,
Damarımda qanım, Vətən!
Sənsən bəxtim, şanım,
Vətən!
Vəfalısan dosta hər an,
İşğalçı yağıya yaman.
Olmayasan
yada məkan,
Əziz
Vətən, canım,
Vətən!
Sən,
sən, sən, həyəcanım, Vətən!
Düşmənlərdir sağın, solun,
Günün hadisə ilə
dolu.
Hər qarışın qədim,
ulu,
Gözəl Vətən, canım,
Vətən!
Yaşa
adım, sanım, Vətən!
Sənsən mənə sədaqətlim,
Canımdakı hərarətim.
Varlığısan Şərafətin,
Əziz
Vətən, canım,
Vətən!
Sən şöhrətim, şanım,
Vətən!
Bakı,
2009-cu il
Xəzərə
Qucağından yollar gedir
Neçə qardaş ölkəsinə.
Qara qızıl buruqları
Yaraşıqdır sinəsinə.
Qucağında neftçi qardaş
Min zəfərlə sərhəd
aşar,
Buruqların meşəsisən,
Qara neftin aşıb-daşar.
Dünya
dinir hərarətlə
Yenilməyən qüdrətindən.
Qara qızıl yatağıdır
Ağ gəmili mavi sinən.
Sahilində saçlarını
Tökər qəmli söyüdlərin,
Axşamçağı sahilində
Külək əsər sərin-sərin.
Ağ qayıqlar yelkən vurub
Göy suları tumarlayar,
Sahilində axşam-səhər
Sevgililər xumarlanar.
Gör nə haldadır?!
Yanağın açılan gülə
bənzəyir,
Qönçə dodaqların şəkər,
bal dadır.
Aydan da gözəldir hüsnün,
camalın,
Misilsiz gözəllik qara xaldadır.
Vüqarlı boyunda zərrə
eyib yox,
Qaşların kamandır, kirpiklərin
ox.
Səni
istəyənlər, sevənlər
nə çox,
Eşqin
xatirəsi ilk vüsaldadır.
Deyirsən, dözsənə, tələsmə
canım,
Axır
qocalırıq, solur camalım.
Səni
gözləməkdən səbrim,
qərarım
Tükəndi, Şərafət, gör
nə haldadır?!
Bakı, 1960-cı il
Gəl-gəl
Yağışlı, dumanlı bir payız günü
Günəş surətinə vuruldum,
gəl-gəl.
Eşqinlə çağlayan dənizə
dönüb,
Büllur
sular kimi duruldum, gəl-gəl,
Səni
gözləməkdən yoruldum,
gəl-gəl.
Sən məni sevirdin artıq canından,
Deyirdin,
getmərəm heç
vaxt yanından.
Sənsə atdın məni,
alışıb pünhan,
Kül olub göylərə sovruldum, gəl-gəl,
Səni
gözləməkdən yoruldum,
gəl-gəl.
Çəkdim həsrətini illərdən
bəri,
Ağarı başımın şəvə
telləri.
Sənə çox yalvardım,
dönmədin geri,
Getdin, gözləməkdən yoruldum,
gəl-gəl,
O çinar boyuna vuruldum, gəl-gəl.
Saraltdı etdiyin xəyanət
məni,
Bu başıbəlalı məhəbbət
məni.
Çəkib həsrətini Şərafət
sənin,
Şişdə kabab kimi qovruldu,
gəl-gəl,
Səni
gözləməkdən yoruldum,
gəl-gəl.
Bakı,
1981-ci il
Olmur
Bu təsnif Qarabağın
gözəlliyi haqqında olan şeirdir.
Sözləri: nəğməkar şairə
Şərafət Dağıstanlının;
musiqisi:
ağdamlı bəstəkar
Xosrov Fərəcovundur.
Bu mahnını ilk dəfə
ölməz
sənətkarımız Xan Şuşinski
oxuyub,
tarixə
düşmüş təsnifdir
Yayda Qarabağın seyrinə çıxsan,
Sən Şuşada qonaq qalmasan olmur.
Çıxıb axşamüstü Cıdır
düzünə -
Vaqifin könlünü almasan olmur.
Göyçədən o yana, Laçından bəri,
Dolaşıb Ağdamı, keçib
Bərdəni.
Ürəyi yananda içib
Tərtəri -
Qırxqızda xəyala dalmasan
olmur.
Uşaqlar Dilicanda moruq yığanda,
Kəpəzdə, Qoşqarda dolu
yağanda,
Ceyranlar
oylağı - Mildə,
Muğanda
Vurğunu yadına salmasan
olmur.
Bizim Qarabağın, elin toyunda,
Süzür durna kimi gəlin toyunda.
Şərafət, Şuşanın cənnət
qoynunda -
Könlünün sazını çalmasan
olmur.
Şuşa 1965, avqust
Bu dünyanın
Aşıq mahnısıdır. Bu mahnı
1965-ci ildə Aşıq Şakirin,
Aşıq Rüstəmin, Aşıq
Məmmədağanın, Aşıq
Əkbərin, Aşıq
İmranın,
Aşıq Əmrahın repertuarında
səslənib.
Muğam
ustadı Arif Babayev də
muğam
üstə oxuyur.
Bəlalıdır hər an başı,
Məhədidir dağı, daşı.
Bilinmir neçədir yaşı,
Bu dünyanın, bu dünyanın!
Milyon
adda milləti var,
Günəş boyda hörməti
var,
Miskinləri zar-zar ağlar
Bu dünyanın, bu dünyanın!
Qəm-sevincdir sağı-solu,
Gedər,
gəlməz karvan yolu.
Arzularla
qəlbi dolu
Bu dünyanın, bu dünyanın!
Sərt
qışı var, güllü
yazı,
Qəmdən dinər telli sazı.
De, kimlər çəkməyib
nazı,
Bu dünyanın, bu dünyanın?!
Qucağı boşalıb, dolur,
Nəsli
gəlib, gedər olur.
Axırı qəm-kədər olur
Bu dünyanın, bu dünyanın!
Başdan
salar qızıl tacı,
Şirin
ömrü edər acı.
Fərmanına yox əlacı
Bu dünyanın, bu dünyanın!
Sinəsi
döyüş oylağı,
Axar, qurumaz bulağı.
De, kim deyildir qonağı,
Bu dünyanın, bu dünyanı?!
Gör kimləri əldən alır,
İnsanları dərdə salır.
Hökmü ömrə qılınc
çalır
Bu dünyanın, bu dünyanın!
Gedər
şahı, gədası
da,
Dözə-dözə ədasına.
Ah, nə deyim vəfasına
Bu dünyanın, bu dünyanın!
Sevinci az, kədəri çox,
Gələni az, gedəri çox.
Bilməm,
niyə insafı yox
Bu dünyanın, bu dünyanın?!
Yalan sözdür var-dövlət
də,
Dostluğu yox sədaqətdə.
Qonağıdır Şərafət də
Bu dünyanın, bu dünyanın!
Bakı,
1965-ci il
Gözlərinə baxaydım
Musiqisi Şahid Əbdül Kərimovun.
İfaçı Nəzakət Məmmədova,
Mahrux Muradovadır.
İşıq olub hər axşam,
Mənzilinə axaydım.
Sübhə qədər sevdiyim,
Gözlərinə baxaydım.
Oyadaydım hər səhər
Şirin
yuxudan səni.
Ata bilməz sevgilim,
Bu ürək, bu can səni.
Əkdiyim çiçəklərin,
Arasında itəydim.
Hər
yay laləyə dönüb,
Qapınızda bitəydim.
Günəş olub, ay olub,
Dolanaydım başına.
Nur saçaydım can alan
Kirpiyinə, qaşına.
Bakı,
1967-ci il
Axtar sən məni
Musiqisi Emin Sabitoğlunundur.
Vaxtı
ilə müxtəlif
ifaçılar
tərəfindən ifa olunub.
Aşıqlar da ifa edirdi.
Gəl,
yazda bulaqlar çağlayan zaman,
Könlüm səndən ötrü
ağlayan zaman,
Çəmən güldən dəstə
bağlayan zaman
Çiçəkli düzlərdə
gəz, axtar məni.
Ömrünə əbədi kömək
istəsən,
Sevinmək istəsən, gülmək
istəsən.
Məni
hansı yerdə görmək istəsən,
Zil qara gözlərdə gəz, axtar məni.
Sənə ömrüm boyu
bir dayaq olub,
Duraram arxanda uca dağ
olub,
İtsəm, düş izimə,
bir mayak olub
Sonsuz dənizlərdə gəz,
axtar məni.
Mən səni gəzirəm ellər içində,
Səndən ayrıldığım illər içində,
Milyonlar
içində, minlər
içində,
Silinməz izlərdə gəz,
axtar məni -
O qara gözlərdə gəz, axtar məni.
Bakı,
1972-ci il
Könlüm şeir istəyir
Könlüm şeir istəyir,
Qızıl kimi, dür kimi.
Narahat Araz kimi,
Sakit axan Kür kimi.
Könlüm şeir istəyir,
Ay kimi, Günəş kimi.
Gözlərimdə məhəbbət,
Qəlbimdə atəş kimi.
Könlüm şeir istəyir,
Dağda
şəlalə kimi.
Qızların yanağında
Açılan lalə kimi.
Demirəm şeirlərim
Hər tərəfdə baş olsun,
Deyirəm, nəsillərə,
İllərə qardaş olsun.
1957-ci il
Şərafət Dağıstanlı
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.18.