Görkəmli ədəbiyyat xadiminin bənzərsiz elmi şərhləri
Aktotı Raimkulovanın “Nizami Gəncəvi dünyası”
kitabına ön
sözü
Elmi
araşdırma
Bu günlərdə Türk
Mədəniyyəti və
İrsi Fondu və
"Ədibin evi"
Ədəbiyyata Dəstək
Fondu tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Mir Cəlalın
dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri
haqqındakı elmi məqalələrindən ibarət
"Nizami Gəncəvi
dünyası" adlı
kitabı çap olunmuşdur.
Nəşrdə müəllifin
"Nizaminin müsbət
obrazları", "Yeddi
gözəl"dəki hekayələr
haqqında", "Məhəbbət
dastanı", "Nizami
və Füzuli" və "Əsrlərdən
gələn dostluq səsi" adlı məqalələri yer alıb. Qeyd edək ki, nəşrin layihə rəhbərləri
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
elmləri doktoru,
professor Aktotı Raimkulova
və "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva,
tərtibçi və
redaktoru Azərbaycan Yazıçılar Birliyinin
Gənclər Şurasının
sədri, şair Fərid Hüseyn, məsləhətçisi filologiya
elmləri doktoru, mərhum professor Şirindil
Alışanlı, bədii
tərtibatçısı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, kitabın üz qabığındakı rəsm
əsərinin müəllifi
isə Əməkdar incəsənət xadimi Əyyub Məmmədovdur. Kitabın ön sözünü oxuculara təqdim edirik.
Aktotı Raimkulova
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti,
Qazaxıstan Respublikasının
Əməkdar incəsənət
xadimi,
sənətşünaslıq elmləri
doktoru, professor
Görkəmli ədəbiyyat xadiminin bənzərsiz elmi şərhləri
XX Əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Mir Cəlalın
"Nizami Gəncəvi
dünyası" adlı
kitab Türk Mədəniyyəti
və İrsi Fondu ilə "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birgə əməkdaşlığı
çərçivəsində nəşr edilmişdir. Kitabda siz orta
əsr dünya ədəbiyyatının ən
parlaq poetik zinətlərini ərsəyə
gətirmiş, "Xəmsə"
kimi solmaz söz inciləri yaratmış dahi Nizami Gəncəvinin bütün Türk dünyasının ədəbi
xəzinəsinə məxsus
mükəmməl əsərlərinin
elmi şərhləri
ilə tanış olacaqsınız.
Kitabın müəllifi XX əsr
Azərbaycan ədəbiyyatının
klassiki, görkəmli
yazıçı, elm xadimi
Mir Cəlaldır. Bu kitab timsalında
bir daha bizlərə - oxuculara aydın olur ki, görkəmli insanların,
tarixdə iz qoyan ədəbi şəxsiyyətlərin yaradıcılığının
həqiqi qiymətini onların özləri kimi bəşəri dəyər və amallarla yaşayıb-yaradan,
dünya durduqca öz dərin mahiyyətini qoruyub-saxlayan
hikmətlərin məğzinə
nüfuz edə bilən əsl sənətkarlar daha dürüst verə bilirlər. Çünki onlar zəka, idrak, xüsusən isə ruh baxımından
bir-birilərinə daha
doğmadırlar. Bu mənada
Azərbaycan xalqının
böyük oğlu
Mir Cəlalın dahi şair Nizami Gəncəvi haqqında belə bir kitab qələmə alması
xüsusi və rəmzi məna daşıyır.
Azərbaycan oxucusuna yaxşı
bəllidir ki, görkəmli
söz sənətkarı,
alim Mir Cəlalın "Füzuli
sənətkarlığı" əsəri bu gün də füzulişünasların ardıcıl
müraciət etdiyi qiymətli mənbələrdən,
stolüstü kitablardandır.
Azərbaycan oxucuları
həmin kitaba görə haqlı olaraq Mir Cəlalı füzulişünas alim kimi
çox sevirlər.
Biz inanırıq ki, bu
kitab vasitəsilə elm xadimi,
yazıçı Mir Cəlal
həm də görkəmli nizamişünas
alim kimi oxucuların qəlbində və yaddaşında əbədi
iz qoyacaqdır.
Əlbəttə, dahi Nizami Gəncəvi bədii irsinə sevgi, onun təbliğinə yönəlik tükənməz
maraq Mir Cəlal yaradıcılığında daim aparıcı istiqamətlərdən biri
olmuşdur. O, Nizami Gəncəvinin "Kərpickəsən",
"Xeyir və Şər", "İki
rəssam", "Fitnə",
"İlin fəsilləri"
kimi "Xəmsə"yə
aid hekayətlərini
uşaqlar üçün
sadələşdirərək daha anlaşıqlı hekayələr şəklində
nəşrə hazırlamışdır.
Əgər həmin
kitab yazıçı Mir Cəlalın
Nizami Gəncəvi irsinin təbliğinə
aid və uşaqlara klassik irsi öyrətməyə
yönəlmiş addımı
idisə, bu nəşr daha çox alim Mir Cəlalın
elmi baxımdan ciddi əhəmiyyət daşıyan və N.Gəncəvinin əbədiyaşar
yaradıcılığını akademik mühitə, tələbələrə və
ümumən yetkin oxuculara sevdirən bir nəşr kimi müstəsna dəyərə malikdir.
Qeyd etmək istərdim ki, Türk Mədəniyyəti
və İrsi Fondu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının
dövlət başçılarının
dəstəyi ilə yaradılıb. Təşkilat
bu günə qədər türk mədəniyyətinin və
irsinin dünyada tanıdılması istiqamətində
bir sıra layihələrə imza atmışdır.
Beynəlxalq aləmdə nüfuz
qazanmış Türk
Mədəniyyəti və
İrsi Fondunun əsas missiyalarından biri də Türk
dünyasının görkəmli
şəxsiyyətlərinin yaradıcılığının təbliğidir.
Mir Cəlalın "Nizami Gəncəvi dünyası"
adlı bu kitab "Türk dünyasının
görkəmli şəxsiyyətləri"
seriyasından işıq
üzü görən
ikinci nəşrdir. Türk Mədəniyyəti
və İrsi Fondunun adı çəkilən kitab seriyasından
ilk nəşri bu il Azərbaycan Respublikası
Prezidenti cənab
İlham Əliyevin sərəncamı
ilə 530 illik yubileyi qeyd edilən
dahi şair Məhəmməd Füzuli
haqqında "Heydər
Əliyev və Məhəmməd Füzuli"
adlı kitab olmuşdur.
Kitabda unudulmaz dövlət xadimi Heydər Əliyevin Məhəmməd Füzulinin
adının əbədiləşdirilməsi
və bədii irsinin təbliği ilə bağlı fərman və sərəncamları, müxtəlif
ölkələrdə baş
tutan Füzuli yubileylərindəki çıxışları,
həmçinin çoxsaylı
fotoları yer almışdır.
Biz Türk Mədəniyyəti
və İrsi Fondunun dəstəyi ilə işıq üzü görən Mir
Cəlalın "Nizami
Gəncəvi dünyası"
adlı kitabının
nəşrinə töhfə
vermiş hər kəsə, xüsusilə
"Ədibin Evi"
Ədəbiyyata Dəstək
Fondunun icraçı
direktoru Şəfəq
Mehrəliyevaya dərin
minnətdarlığımızı bildiririk.
İnanırıq ki, bu nəşr
kitabsevərlər tərəfindən
yüksək rəğbətlə
qarşılanacaq və
Azərbaycan oxucularında
həm dahi Nizami Gəncəvinin bədii irsinin dərindən öyrənilməsi,
həm də görkəmli alim, professor, elm xadimi,
yazıçı Mir Cəlalın
elmi-bədii yaradıcılığına
olan böyük marağı daha da artıracaqdır.
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.5.