Bir siqaret kötüyü
Hekayə
Hava soyuq idi. Amma buna baxmayaraq yazmağa davam edirdi. Hər
dəfə yazdıqca
ağzındakı siqaretdən
bir qullab alıb, tüstüsünü
ciyərlərinə çəkirdi.
Amma olsun, beləcə,
ruhu rahatlayırdı,
beynini dincəldə bilirdi. Ola bilsin, bu zəhrimara görə gələcəkdə
xəstəlik tapardı.
Olsun, buna da razıydı.
Ağzındakı siqaretdən
bir qullab daha aldı, bu dəfə nəfəsini ciyərlərinə
yox, havaya buraxdı. Axı niyə çəkirdi bu zəhrimarı, onu nə vadar
edirdi çəkməyə,
ya da ki, niyə başlamışdı siqaretə?
Dönüb keçmişinə
baxdı; indiyədək
addımladığı yollara.
Bəzən bu yollar həddən artıq kələ-kötürlü
olurdu. Bəzənsə də yollarda azıb qalmış, hara gedəcəyini
də bilməmişdi.
Növbəti tüstü
ilə birlikdə beynindəki bu yollar dağılmağa başladı.
Soyuq da bir tərəfdən dəli edirdi. Barmaqlarının ucuna kimi donsa da, bir əlində qələm, bir əlində siqaret, yazmaqdan və çəkməkdən yorulmurdu.
Görəsən, bunu
etdikcə hər dəfəsində nə haqda düşünürdü?
Görəsən, ona
düşünmək lazımdı,
yoxsa, düşünməmək?
Bir anlıq düşünmədən
durmaq, həsrətin nə olduğunu hər dəfəsində
özündən uzaqlaşdıqca
bilmək kimi hisslər vardı içində.
Artıq
siqareti də bitmək üzrəydi. Qətran kötüyə
doğru yaxınlaşırdı.
Damağından götürüb,
barmaqlarının arasıyla
birlikdə əllərini
isitməyə başladı.
Görəsən, hansı
daha çox isidirdi? Tüstünü dodaqlarından içinə
çəkər kən,
yoxsa, əlləriylə
birlikdə barmaqlarını
isidərkən?
Bərk
əsən küləklə
birlikdə fikirlərdən
ayıl dı. Tez ovcunun içinə bir də baxdı.
Artıq siqareti bitmiş, əlindəsə,
sadəcə, kötüyü
qalmışdı. Siqareti
bitsə də, əlindəki qələmdən
mürəkkəb hələ
də axmağa davam edirdi. Ona lazım olan hansıydı: siqareti, fikirləri, yoxsa, qara qələmi?
Öz-özünə düşündü:
"Bəlkə də, biz, qara qələmdən axan mürəkkəbtək
kimlərinsə siqaret
tüstüsündən çıxan
fikirləriydik".
Əlindəki siqaretin kötüyünə
bir də yaxşı-yaxşı baxdı.
Özü də yaxşı bilirdi ki, onun siqareti axan
qara qələmindən
ibarətdir. Simasından
xoş bir gülümsəmə keçdi.
Artıq bədəni
və ruhu isinmişdi. Əlindəki
qələmi döş
cibinə qoyub, oturduğu köşkdən
uzaqlaşdı.
Uraqan
Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.5.