Milli Kitabxanada “Cəfər Cəfərov
- 110” adlı
ənənəvi kitab sərgisi
istifadəçilərə təqdim olunub
Teatrşünas, ədəbiyyatşünas alim
Cəfər Cəfərov
1914-cü il sentyabrın
7-də Bakıda kiçik
bir tacir ailəsində anadan olub. O, ilk təhsilini
Bakıda alıb.
1930-cu ildə Bakı
Pedaqoji Texnikumunu bitirib. 2 il müəllim
işlədikdən sonra
1932-ci ildə Moskvadakı
A.Bubnov adına Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə
daxil olub. 1937-ci ildə ali təhsilini
başa vuraraq Bakıya qayıdıb.
Teatrşünas, ədəbiyyatşünas alim
elmi-tənqidi fəaliyyətə
1930-cu ildən başlayıb,
teatrın, dramaturgiyanın
həm tarixi, həm də nəzəri problemlərinə
dair sanballı əsərləri ilə milli teatrşünaslığımızın
elmi-nəzəri əsaslarını
yaradıb.
Cəfər Cəfərov ömrünün
40 ilə qədər
böyük bir hissəsini milli ədəbiyyata və incəsənətə həsr
edib.
Alim "Rejissor
sənəti", iki
cilddə Azərbaycan
və iki cilddə rus dillərində "Seçilmiş
əsərləri", "Azərbaycan Dram Teatrı" kitablarını,
"Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin
dramaturgiyası", "Mirzə
Fətəli Axundzadə
və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərlərini yazıb.
"Azərbaycan teatrı
(1873-1973)" adlı monoqrafiyasında
tarixi və elmi faktları sistemləşdirib.
Cəfər Cəfərov 1972-ci ildə
"Azərbaycan Respublikasının
Əməkdar incəsənət
xadimi" fəxri adı ilə təltif olunub.
O, Azərbaycan teatrşünaslıq elminin
formalaşmasında müstəsna
rol oynayan, bu elmin fundamental
inkişaf proqramını
müəyyənləşdirən alim-nəzəriyyəçi olmaqla yanaşı, görkəmli ictimai və dövlət xadimi kimi də
böyük xidmətlər
göstərib.
Teatrşünas, ədəbiyyatşünas alim
Cəfər Cəfərovun
yubileyi münasibətilə
Milli Kitabxanada “Cəfər Cəfərov
- 110” adlı kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri,
tərtibçi, və
redaktə etdiyi kitablar, həyat və yaradıcılığı
haqqında yazılmış
Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş
olunur.
Sərgi 1 həftə davam edəcək.
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.11.