İbrahim Yusifoğlunun 70 illiyinə
həsr olunmuş kitab işıq üzü görüb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Ədəbiyyatşünaslıq plyus”
Yaradıcılıq Birliyinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş
“Ömür dastanının boyları”
kitabı işıq üzü görüb.
Kitab Ədəbiyyat
İnstitutunun Elmi Şurasının 11 may 2024-cü il tarixli 3 saylı qərarı ilə nəşr edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin
“İbrahim Yusifoğlunun poetik
dünyası və uğurları” məqaləsində
yubliyarın yaradıcılıq
fəaliyyətinə geniş
şərh verilib.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri
filologiya elmləri doktoru, professor Akif İmanlı,
filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova, naşiri isə Qəşəm İsabəylidir. 434 səhifəlik
kitab “Şirvannəşr” nəşriyyatında
çap olunub.
Kitabda “Qızıl qələm”
media mükafatı laureatı,
Azərbaycan Respublikasının
Qabaqcıl Təhsil işçisi Yusifov İbrahim
Yusif oğlunun 70 illik yubileyi münasibətilə yazılan
məqalə və şeirlər yer alıb. Topluda İbrahim Yusifoğlunun nəzm, nəsr, publisistika nümunələri, mənzum
nağıl və pyesləri haqqında hərtərəfli təhlillər
aparılmış, yubliyara
ithaf edilmiş poetik nümunələrə
yer verilmişdir. Kitab
70 yaşlı şairin
“Gəlib çatdım
yetmiş yaşa” şeiri ilə başlayır. Kitabın üz qabığının
arxa tərəfində
Vaqif Məmmədovun
“Səni kövrəldəcək
kədər qalmadı”
sərlövhəli şeiri
yer alıb.
Ədəbiyyat
qəzeti.- 2024.- 7 sentyabr, ¹34.- S.13.