Aminə Heydər əs-Sədr (Bintül-hüda): 1937-ci ildə İraqın Kazimeyn şəhərində anadan olub. İraqlı şairə, yazıçı, ictimai-siyasi fəal qadınların hüquq müdafiəçisi olmuşdur.

Doğulduğu Kazımiyyə şəhərində qızlar üçün bir neçə təhsil müəssisəsi təsis etmişdir. Bintül-Hüda ləqəbi ilə tanınan Aminə əs-Sədr öz dövrünün ictimai-siyasi fəallarından biri sayılırdı. 1959-cu ildə İraqın Nəcəf şəhərində bir qrup dini ziyalılar tərəfindən çap edilən "əl-Əzva" adlı maarifləndirici-elmi jurnalında məqalələr yazmağa başlayanda onun iyirmi yaşı var idi. Bir sıra şer dini-elmi əsərlər, xüsusilə , hekayələrin müəllifi olmuşdur. O, qardaşı Məhəmməd Baqir əs-Sədrlə birlikdə həbs olunmuş 1980-ci ilin aprel ayının 9-da İraqın keçmiş rəhbəri Səddam Hüseyn tərəfindən edam edilmişdir. Dəfn olunduğu yer dəqiq bilinməsə , ehtimala görə, onun məzarı Nəcəf şəhərinin "Vadius-səlam" qəbiristanlığındadır...

Mən bu qısa, eyni halda maraqlı ibrətamiz hekayəni 1996-cı ilin yay aylarında oxuduqdan sonra onu doğma dilimizə tərcümə etmək qərarına gəldim. Lakin daha çox ali təhsil elmi araşdırmalarla məşğul olduğuma görə, o zaman bədii ədəbiyyat sahəsində gördüyüm bu qəbil işləri nəşr etmək imkanında deyildim. Hal-hazırda isə fürsətdən istifadə edərək ərəb dilindən tərcümə etdiyim bu maraqlı hekayəni nəşrə hazırladım. Əslində bu, mənim bədii ədəbiyyat sahəsində ilk tərcümə işim sayılmaqdadır. Hekayənin oxucular üçün maraqlı, həm , ibrətamiz olacağı ümidi ilə!

 

İlqar İsmayılzadə,

Fəlsəfə üzrə fəlsəfə doktoru,

"Həməşəra" mətbu orqanının təsisçisi baş redaktoru

 

 

Aminə Heydər Əs-SƏDR (Bintül-hüda)

 

Kaş ki biləydim!

 

Hekayə

 

Həyatda doğru-dürüst olan insanlara ithaf olunur!

 

Ənfal həkim qəbulunda əyləşib müayinənin nəticəsini gözləyir, qonaqlığa dəvət aldığı üçün tələsirdi. O, vaxtın azlığı bərbərxanaya çata bilməyəcəyindən qorxduğu qədər, analizin nəticəsi barədə düşünmürdü. Analizi isə ailəsinin ona olan istəyi qayğısı nəticəsində yalnız ehtiyat tədbiri olaraq vermişdi. Çünki özündə heç bir qorxulu simptom hiss etmir, oynaqlarda kiçik ağrılardan başqa, heç bir xəstəlikdən şikayəti yox idi. Nəhayət, həkim otağına çağırıldı. İçəri daxil olarkən işi bitirib tez çıxmağa tələsirdi. Lakin içəri girəndə həkimin üzündə sanki kədər buludları (xüsusi bir narahatçılıq) görüb təəccübləndi. Həkim ondan soruşdu:

- Analiz verən sənsən?

- Yox, bu, mənim qızıma aiddir.

O, həqiqəti bilmək istəyirdi. Bəlkə , həkim onun analiz verənin özü olduğunu bilsəydi, onunla ehtiyatlı davranardı. Həkimin qarşısında dayanıb gözləyirdi. Həkim oradakı stula işarə edib ondan əyləşməsini istədi. O da əyləşdi içində narahat olmağa başladı. Həkimə səbirsizliklə baxırdı. Amma bu dəfə oradan tez çıxmaq üçün deyil, həqiqəti anlamaq üçün beləcə tələsirdi. Həkim ona üz tutub dedi:

- Xanım! Analizin cavabını almaq üçün nədən öz yerinə yaxınlarından bir kişini yollamadın?

- Çünki mən buradan ötüb-keçirdim buna görə , başqasını göndərməyə ehtiyac görmədim. Hər halda, olursa-olsun, mən həqiqəti eşitməyə hazıram!

Həkim ona dərin təəssüf hissi ilə baxaraq susdu, sonra belə dedi: "Bu, sənin həyatın mahiyyətini dərk edən savadlı bir qadın olduğunu təsdiqləyir". Bunu dedi sonra yenidən susdu.

Qorxudan Ənfalın bədəninə titrəmə düşmüş təəccübləndirdi: "Necə? demək istəyirsən, həkim?" Həkim dedi: "Analizlərin nəticəsi qanında xəstəliyin olduğunu göstərir..." Bunu dedi, sonra susdu kədərli halda başını aşağı saldı. Ənfal ondan əlavə məlumat ya aydınlıq istəməyə ehtiyac görmədi. Sadəcə dəhşət içində soruşdu: "Xərçəng xəstəliyi?"

Həkim başını qaldırmadı qarşısındakı kədərli xanımın sualı qarşısında susdu. Bu susqunluq onun üçün ölüm hökmü kimi idi, ona görə , asta səslə dedi: "Ah, belə olan halda mən bitdim!"

Bu zaman həkim onun yalan söylədiyini anladı. Əslində analizlərin məhz ona məxsus olduğunu gec anlamışdı. Üzünü ona tərəf tutub, şəfqətlə ona baxdı dedi: "Mən həqiqətən , təəssüf edirəm! Amma nədən mənə yalan söylədin, qızım? Hər halda, unutma ki, ölüm , həyat da, yalnız Tanrının əlindədir. Bu həyatda xəstə olarkən uzun illər boyunca yaşamış qədər insan var!"

Ənfal ruhunun sanki dərinliyə batdığını hiss edirdi. Sanki bir polad əl uzanaraq onun ürəyini sərt şəkildə sıxırdı. Amma o, özünü toparlayıb dedi: "Bağışlayın, doktor, sizə təşəkkür edirəm!"

Həkim ona təsəlli verərək dedi: "Güclü nikbin olun, tibb elmi inkişafdadır. Ola bilsin ki, bu gün əlacı olmayan bir xəstəlik üçün sabah müəyyən bir əlac tapılacaq. Ona görə , ümid hələ , var. Xəstəliyinlə bağlı lazım olan dərmanı tapa biləcəyim ümidi ilə ən son tibbi fikirləri araşdıracam. Qızım, səndən xahiş edirəm ki, telefon nömrəni mənə verəsən".

Ənfal keçirdiyi şokun təsirindən həkimin söylədiklərinə diqqət yetirmədən kədər acılıq içində öz telefon nömrəsini ona dedi, sonra bir daha təşəkkür edib getdi.

O, evdə həqiqəti danışmağa gücü çatmadığından gizlətdi. Evdəkilər isə ziyafət məclisinə getməyə hazırlaşmaqla məşğul idilər. Anası ondan soruşdu:

- Ənfal, həkimin qəbuluna getdinmi? Bəs niyə bərbərə getmədin?

Anasının sualı ötəri cavabı gözlənilən ciddi bir şey olmadığından qısaca cavab verərək dedi:

- Çünki mən ziyafət məclisinə getməyəcəm...

Bunu deyib otağına qalxaraq qapını içəridən bağladı. Sonra tam geyimli halda çarpayıya uzandı. Ailə üzvlərinin səsi sanki uzaqlardan gəlirmiş kimi ona çatırdı. Küləyin səsi isə onun qulağında astaca cingildəyir sanki külək səsinin içində qəmli həzun bir cənazə nəğməsinin səsləndiyini hiss edirdi. Bu səs sanki onun gəncliyi gənc ömrünə ağlayan bir fəryada bənzəyirdi... Hətta, sevimli otağı belə ona yad bir məkana çevrilmişdi. Çünki az bir müddətdən sonra sevimli otağını həmişəlik olaraq tərk etməli olacaqdı. Elə yaşadığı evi , məcburiyyət üzündən tərk edəcək başqaları onun yerini tutacaqdı. Onun yerini tutanlar bəzən onu xatırlayacaq, bir müddət sonra isə onu unudacaqdılar.

Ağlamağa cəhd etsə , göz yaşları ona kömək etmirdi. O, ağlamaq deyil, əslində düşünmək istəyirdi. Kədərlə ətrafa baxdı... Çox çalışıb əldə etdiyi, tikmək üçün ən gözəl ən yeni dizaynı axtardığı pərdələrə gözü sataşdı. Bu pərdələr elə bu dünyada qalacaq. Belə olan halda onların sadə ya kətan parçadan olmasının kimi əhəmiyyəti ola bilərdi ki? Bütün bunlar onu tərk edib başqasına çatacaqdır. Kaş ki, onların əldə edilməsi üçün bu qədər səy göstərməzdi! Kaş ki, pulu vaxtını bu çətin anda ona kömək edəcək bir şey üçün sərf edərdi! Bu zaman ona indiki durumda faydalı ola biləcək bir şeyi axtarmağa başladı. Amma nəyi nəyə görə? Onun hər bir şeyi var idi: gənclik, gözəllik, mədəniyyət, pul, ev əşyaları bir-birindən gözəl geyimləri. Amma görən, bunlardan hər hansı biri ona fayda verəcəkmi ya onu ölüm riskindən qoruyacaqmı? O, yüksək əməkhaqqı olan bir vəzifədə çalışmağı arzulayır, hal-hazırda isə yüksək maaşı olan bir işdə çalışsa belə bu maaşı onu ölümdən xilas edə bilərdimi? Bunları düşünərkən ağlına bir fikir gəldi tez telefona tərəf qaçdı. Hamı ziyafətdə iştirak etmək üçün getdiyinə görə ev boş idi. Evdə ondan başqa kimsə yox idi. Ona görə o, həkimini yığıb həyəcanla soruşdu:

- Həkim, əgər xaricə getsəm, orada bu xəstəliyimə bir əlac tapa bilərəmmi?

- Qızım! Bu sahədə yeni bir şey yoxdur. Bunun üçün xaricə getmək, sadəcə, əbəs zəhmət itkidir...

Ənfal bu cavabı eşitdikdən sonra dəstəyi asıb yorğun halda telefonun yanındakı oturacaqda əyləşdi... Onun aldığı maaşı belə reallığı qətiyyən dəyişmirdi... Daha sonra ayağa qalxıb evin içində gəzməyə başladı. Sanki bu sevimli yerlərlə vidalaşmaq istəyirdi. Bağçaya baxıb dedi: "Kaş ki, biləydi! Kaş ki, bu ağaclar mənim həqiqətən , getdiyimi bilsəydilər! Kaş ki, bu daşlar mənim həqiqətən , getdiyimi başa düşərdilər! Kaş ki, bu divarlar mənim getdiyimi mənim bir daha onların arasında hərəkət etməyəcəyimi bilsəydilər! Kaş ki, bu qapılar mənim getdiyimi onları ilk açan bu əllərimin bu gündən sonra onları bir daha açmayacağını başa düşəydilər! Kaş ki, bu bağça mənim getməyimin mənasını başa düşəydi! Kaş ki, böyük zəhmət əziyyətlə əllərimin torpağa əkdiyi, alınımın təri ilə suvardığım, su olmadıqda isə solmaqda olduqlarını görüb öz göz yaşlarımla suvardığım bu çiçəklər indi mənim getdiyimi anlayaydılar!

Alıb əkdiyim bu meyvə ağacları ilk əvvəl fidan çox zəif idilər. Onlara həyat ünsürü bəxş etmək üçün əlimdən gələni edib bu yolda çalışdım beləliklə , böyüyüb möhkəmləndilər gözəl ağaclara çevrildilər. Görən, indi bu ağaclar mənim indi bu dünyadan getdiyimi bir zamanlar onlarla keçirdiyim keçmiş günləri xatırlayacaqmı? Eh... kaş ki, bunu bilər anlayardılar! Görən, bəzən başımı qoyduğum, bəzən , qollarımı dayadığım bu oturacaqlar mənim tezliklə onlardan ayrılacağımı hiss edirlərmi? Yoxsa onlar məni bir başqası ilə əvəz edib, başqa birisi üçün oturacağa çevriləcəklər?

Bir gah ağlayaraq, gah da təbəssümlə üzərində yazı yazdığım bu yazı masam mənim gedəcəyimi bilirmi? Görən, onun üzərindəki qələm səsini kağızların yerləşdiyi sirmənin yerini axtaran olacaqmı? Eh... kaş ki, ətrafımda olanlar mənim gedəcəyimi bilsəydilər...

Kaş ki, mən özüm , dünyaya qarşı hərisliklə yaşayanda, qürur təkəbbür vadisinə düşdükdə, bir gün bu dünyadan gedəcəyimi biləydim! Kaş ki, bu dünyada sadəcə bir qonaq olduğumu biləydim! Bəs nədən bu dünya məni öz hiyləsi bəzəyi ilə aldatdı? Kaş ki, sadə bir həyatı tərk etməyin dəbdəbəli bir həyatı tərk etməkdən daha asan olduğunu biləydim! Əgər mən bu dəbdəbəli həyatı yaşamasaydım, bu həyatdan o həyata keçid mənim üçün daha asan olardı. İndi mənim ailəm ziyafət məclisində bayram edirlər... Mən bu kimi ziyafət məclislərini çox səbirsizliklə gözləyir, ziyafət məclisləri üçün müxtəlif geyimlər hazırlayır, dəbdə olan ən son saç düzümləri axtarırdım. Amma görən, indi bütün bu şənlik şadlıqlar mənə nəsə bir fayda verə bilərmi?"

Bu zaman Ənfal bilmədiyi bir həqiqətə çatmış kimi yanındakı oturacağa əyləşdi dedi: "Mən özümlə aparım? Özümlə kəfən yaxşı əməllərdən başqa bir şey apara bilərəmmi? Bəs görən, bu uzaq səfərdə məni hansı əməllərim müşayiət edəcək? Heç ! Bəli, heç !"

O, rəfiqəsi Saranın bir zamanlar ona söylədiyi öyüd-nəsihətlərini xatırlamağa başladı... "(Axirət üçün) tədarük görün. Şübhəsiz ən yaxşı tədarük (azuqə) təqvadır". (Qurani-Kərim, "Bəqərə" surəsi, ayə: 197). Ənfal o zaman ayədə sözügedən "tədarük" (azuqə)-nin mənasını dərk etmirdi. Lakin bu gün onun buna ehtiyacı var idi. O, bu gün Tanrı dərgahına təqdim edə biləcəyi bir yaxşılığa möhtacdır. Görən, qiyamət günü cavab verəcək? O, Rəbbinə ən sadə işlərdə asi olduğu halda Ondan necə mərhəmət diləyəcək? Öz həyat yolunda Tanrının əmrinə cavab vermədiyi bir halda Yaradandan necə onu bağışlayacağını ümid edəcək? Kaş ki, (mənasız) romanların yerinə Quran oxuyaydı! Kaş ki, Hollivud filmləri barədə müxtəlif jurnallardan oxuyub məlumat öyrənməkdənsə, dinini kitablardan öyrənəydi...

Ənfal sözünə belə davam etdi: "Kaş filankəsi əsəbləşdirməsəydim, filankəsə qarşı zülm etməsəydim! Kaş ki, heç kimə yalan danışmasaydım! Kaş ki, yoxsullara yuxarıdan aşağı baxmaz imkansız insanlar qarşısında təkəbbürlə davranmasaydım! Kaş ki, səhvlərimi düzəltmək Rəbbimin razılığını əldə etmək üçün yenidən həyata gələrdim! Mən həqiqətən , nəfsimə nəfsani istəklərimə ibadət edib, Rəbbimə ibadət etməyi tərk etdim. Kaş bir az da, yaşayar beləliklə , pis əməllərimin cəriməsini ödəyərdim!"

Bu sözləri dedikdən sonra  bir gün babasının oxuduğu ayəni xatırladı: "Nəhayət, (azğın kafir insanlardan) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində hökmən yaxşı bir görüm! Xeyr, bu həqiqətən , onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları Bərzəx aləmi) vardır". (Qurani-Kərim, "Muminun" surəsi, ayə: 99-100). O, bu ayələri xatırlamaqla sanki Rəbbi ilə münacat edirdi...

"İlahi! Yox-yox, bunlar ötəri sözlər deyil! Dediklərimi nəzərdə tuturam, ya Rəbb..." Elə bu vaxt Mərhəmət Sahibi ilə dua edərkən gözlərindən yanğılı bol-bol yaşlar axmağa başladı. Ənfal başını əlinin üstünə qoyub ağlamağa başladı. Bəli, o, ağlayırdı. Amma bu, ağrı fəryadı deyil, əslində peşmanlıq fəryadı idi. O, ağlayarkən ömrünün uzanacağı təqdirdə bir göz qırpımında belə Tanrıya asi olmayacağına dair qərarlı idi. Birdən telefon zəng çaldı. Ənfal telefona cavab vermək üçün ayağa qalxdı dəstəyi götürdü. Ağlamaq nəticəsində dəyişmiş titrək səslə "bəli" dedi.

- Alo, Ənfal xanım ordadır?

Ənfal bu səsi tanıdı. Çünki danışan onun həkimi idi. Dedi:

- Bəli, həkim mənəm.

Həkim sevinclə dedi:

- Qızım, səni təbrik edirəm! Analizin cavabında bir yanlışlıq olub. Tanrıya şükürlər olsun ki, sən sağ-salamatsan!

Ənfal həkimin bu sözlərindən təəccüblənib cavab verəcəyini bilmirdi. O, özünü yuxuda olan kimi hiss edərək dedi:

- Mən sağlamam? Amma necə? Doktor, bəlkə məni ələ salırsan?

- İstehza etməkdən Tanrıya sığınıram, qızım! Lakin mən səndən üzr istəyirəm! Elə indicə analiz üzrə baş həkim tərəfindən mənə xəbər verildi ki, sənin adını səhvən başqa bir xəstənin adının qarşısında qeyd etməklə sənə yanlış cavab verilib. Sənin analizinin nəticəsi isə burda, mənim qarşımdadır. Sən hər hansı bir xəstəlik daşıyıcısı deyil tam şəkildə sağlamsan! Odur ki, sağlamlığına görə Tanrıya şükür edirəm qızım...

Ənfal onun cavabında dedi: "Təşəkkür edirəm, doktor!"

Sonra dəstəyi yerinə qoydu. O, özünü yenidən dünyaya gəlmiş bir insan kimi sayırdı. Bu zaman az öncə Tanrı ilə bağladığı əhd-peymanı xatırladı. Ənfal vaxtı məlum olan ölümdən xilas olsa da, vaxtı naməlum olan ölümdən xilas olmayacağını insanın bu dünya həyatında müəyyən bir zamana qədər sadəcə bir qonaq olduğunu yaxşı anlayırdı. Beləliklə , ilk olaraq ayağa qalxıb ibadət edərək dua oxudu. Bundan sonra isə yenidən Tanrı ilə həyatda Onun göstəriş verdiyi əmrlərinə tabe olacağı, eyni halda Onun qadağan etdiyi hər bir işdən çəkinəcəyi barədə əhd-peyman bağladı.

Tanrı ilə bağladığı həmin əhd-peymanı unutmamaq üçün isə bu ayəni yazıb otağın divarından asdı: "Nəhayət, (azğın kafir insanlardan) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində hökmən yaxşı bir görüm! Xeyr, bu həqiqətən , onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları Bərzəx aləmi) vardır". (Qurani-Kərim, "Muminun" surəsi, ayə: 99-100).

Həmçinin, onun qarşı tərəfindən , bu hikmətli sözü yazaraq asdı: "Ölümdən bir gün əvvəl tövbə et! Lakin zaman öləcəyini bilmədiyin üçün həmişə (davamlı olaraq) tövbə et!"

 

Aminə Heydər əs-Sədr

 

Ədəbiyyat qəzeti.- 2024.- 7 sentyabr, №34.- S.28-29.