Bizim Elçin
Dünya şöhrətli professor, ictimai xadim,
şair Elçin İsgəndərzadənin
60 illik yubileyinə
Görmüş
nə qədər iş bu Vətənçün, bizim
elçün,
Heç
vaxt, "yoruldum",
deməyibdir bizim Elçin.
Tezdir, o,
yorulmaz bu yolun tən yarısında,
Daim beləcə göstərəcəkdir
dözüm, Elçin.
Altmış
nədi ki, qatlayacaqdır o, çox illər,
Sakitcə gülüb, söylədi,
"gəlsin yüzüm",
Elçin.
Daim
gülərüz, xoşdu təbəssüm, yaraşır
da,
Rahatca deyir hər kəsə "canım-gözüm"
Elçin.
Doktor,
professor, akademik adı
onda,
Alimdi, düşünmüş, qalacaqdır
izim, Elçin.
Kosmosdan
alıb məlumatı
gizləmə, nolar,
Tədqiq
eləyək birgə,
səninlə gəzim, Elçin.
Ağdam
və Şuşa, fəxr eləyirsən, Vətənindir,
Göz yaşını gördüm,
bunu duydum özüm, Elçin.
Azad
Qarabağ oğlusan, artıq, gözün aydın,
Səntək yox idi, bil ki, gecəm, gündüzüm, Elçin.
Xar ilə
o bülbül səni gözlər Qarabağda,
Dər,
de, Şuşanın saçlarına
gül düzüm, Elçin.
Tərif
eləsəm hər nə qədər də, az olur, az,
Yoxdur, nə desəm də, sənə layiq sözüm,
Elçin.
Qaldır
şərəfə badəni, sağlıq de şərəflə,
Vur-vur, nə qədər istəsə könlün, süzüm,
Elçin.
Təbrik
eləyir, bax, Ələmi bil ki, ürəkdən,
Daim deyəsən, vardır ürəkdə közüm, Elçin!
Sentyabr,
2024
Əli ƏLƏMİ
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, №35.- S.19.