Vətən
Nəğmə
də bitir,
şeir də,
yol da...
Hələ
arzular da -
bircə
sən,
bircə
sən
bitmirsən,
Vətən!
Şuşam!
O bizim
ağaclarıydı,
o bizim
küləkləriydi,
o bizim
yağışlarıydı...
Duruşundan
tanıyırdım,
qoxusundan
tanıyırdım,
yağmasından
tanıyırdım.
Ağac
da boynubüküydü
külək
də qırıq-qırığıydı
bulud da
cilik-ciliyiydi...
Ağacına
qurban olum, dedim
buluduna
qurban olum, dedim,
daş
yoluna qurban olum dedim...
O qədər
qurban oldum ki, -
gördüm
anam da qurbandı,
gördüm
balam da qurbandı...
Qurbanlarını
qəbul elə, Şuşam!
Atam
üçün rekviyem
Əkdiyin
qələmlər
çinar
oldu, söyüd oldu...
Nəvələrin
çoxaldı,
böyüdü,
umud
oldu...
Səndən
sonra bu ömür də bulud oldu, Ata...
Evimizin
damında quruldaşan qumrular
ovcun
üçün darıxıblar,
ovcundakı
dənlər üçün,
yemlər
üçün darıxıblar.
Darıxıb
sənin üçün
sabahlar
da,
gecələr
də...
Səninlə
çəkdirdiyim şəkillər də!..
...mən
təzə şəkillər çəkdirmirəm,
köhnə
şəkillərlə ovunuram.
Səninlə
çəkdirdiyim şəkillər
indi məndən
xoşbəxtdilər.
Şəkillərdə
nə gözəl varsan,
gözlərin
gülür,
üzün
gülür,
şəkillər
gülür... mən ağlayıram.
Təsəllim
şəkillərindi, Ata!
Amma,
şəkillərinə
deməmişəm öldüyünü.
Cıdır
düzündə etüd
Cıdır
Düzünə düşən axşamların
aydınlığında
qeyb oluram...
Qollarımı
yana açıb ən gözəl uçuşunu
yaşamaq
istəyirəm
geriyə
qalan ömrün.
Bu
uçuş bitsin, istəmirəm,
bu
aydınlıq qaralsın, istəmirəm.
Bütün
tərk edilmiş evlərin sevincini
yaşamaq
istəyi var ruhumda, canımda.
Bütün
qaranlıq yolları
işıqla doldurmaq həvəsim
var,
bütün
qırıq yolları
bir-birinə
bağlamağım gəlir,
yenidən,
yenidən qollarımı yana açıram,
uçuram,
uçuram, -
unutmamaq
üçün,
xatırlamaq
üçün,
yaşamaq
üçün.
Cıdır
düzündə
Rəsul
Rzanı xatırlarkən
Yaşılından
sarısına düşürük ömrün,
ağından
qarasına,
mavisindən
qırmızısına.
Hər
günü bir rəngə batır vaxtımız,
bir rəng
boyayır bizi,
ya da biz
bir rəngi boyayırıq
ovqatımızla,
halımızla..
sonra rəngləri
qurtarır ömrün, -
bir
göy qurşağı asılır göydən.
Xoşbəxtlik
Xoşbəxtlik
gələndə
qırıq-qırıq
gəlirsə...
Bir
gün əllərin sevinirsə,
bir
gün gözlərin gülürsə,
bir
gün də səsin
xoşbəxt
olursa...
Sonra
qırıq xoşbəxtliklər
qırıq
xəyallar kimi
gözlərinin
suyunda
zədələnirsə...
Sən
xoşbəxt
olmadığını
anlayırsan.
Anlayırsan
ki,
xoşbəxtlik
gələndə
bütöv
gəlməli,
tam gəlməli.
...Üzünün
ikisi də xoşbəxt
olmalı,
gözünün
ikisi də gülməli -
biri
güləndə,
biri
ağlamamalı.
Bir ovuc
Dodaqlarımda
iki-üç şeirlik pıçıltı,
barmaqlarımın
arasından süzülən sözlər.
Hərfləri
tütün kimi sarıyıram vərəqə...
Xəbərim
var ki,
ayağımın
altında yer yarpaqlayır,
yarpaqların
üstündə kölgəm gedir.
Udqunduğum
günlər dolaşır boğazımda...
qəhərdi,
bilirəm.
Hər
şeir qəhərdi,
hər qəhər
bir nəmli baxış.
Üzümü
dəyişdirmək istəyirəm
bir ovuc
suda...
Bir ovuc
suda axır ulduzlar.
Hər
şey ulduz kimi ölür,
ulduzlar
şeir kimi.
Ölü
şeirlər yazıram bir ovuc suda...
bir ovuc
adamlar qalıb oxumağa.
Ovcumu
yumuram bərk-bərk,
adamları
qoymuram getməyə.
Elçin
İsgəndərzadə
Ədəbiyyat
qəzeti.- 2024.- 14 sentyabr, ¹35.- S.18.