Adonis imzasıyla tanınan Əli Əhməd Səid İbsir 1930-cu ildə
Suriyada, Kasabin kəndində doğulub. Dəməşq
Universitetinin Fəlsəfə fakültəsini bitirib. Beyrutda
"Məvakib" ("Mövqe") adlı ədəbi
jurnal təsis edib və elitar ərəb şairlərini dərginin
ətrafında cəmləyib. Uzun müddət UNESCO-da məsləhətçi
işləyib.
94 yaşlı şair bir sıra beynəlxalq ədəbi
mükafatlara - 1993-cü ildə Mallarme mükafatına,
1995-ci ildə Nazim Hikmət mükafatına, 1998-ci ildə
"Qızıl tac" mükafatına, 2011-ci ildə
Höte mükafatına layiq görülüb.
Çağdaş ərəb poeziyasının
inkişafında xidmətlərinə görə üç
dəfə Nobel mükafatına namizədliyi irəli
sürülüb.
Qadına
Bədən
-
xəyalların yaşadığı
ən gözəl evi xatırladır hərdən.
Həzz -
bədənin dirilməsi,
başqa
cür ola bilməz.
Sevən
qadının göz yaşları
arzuların çağladığı çeşməyə bənzər.
Gəzər bədənim hər
an -
o bədənin sahilində sərgərdan gəzər.
Gözəl qadın bədəni
-
bir dəniz, bir okean.
Məni
görcək
üzü alışıb-yanır gerçəkdən -
çünki bir atəşəm
o qadının iç qatında.
Aşiqin
ürəyi - dodaqların
arasındadır,
Məşuqun ürəyi - göbəyin
altında.
Yox, nə
desən, əbəsdir,
nə söyləsən, havayı!
Baxdığı qızılgülün ləçəyində
özgə heç nəyi
görməz kişi -
qadın
bədənindən savayı.
Niyə
gen dura bilmirəm,
unuda bilmirəm səni?
"Aşiqinəm, heyranınam"
deyəndə
heç
külək də eşitmədi səsimi.
Öz bədənində yuxudan ayılıb,
qadının bədənində yuxuya
gedir -
çünki
sevgidə düz xətt
kişidən ötrü çevrədir.
Kişi
bir kitabdır qadından ötrü -
yalnız
bədənlə oxuyacağı
kitab.
Və qoxulayacağın ətir
də
qadının geydiyi ən gözəl libas.
Di sakitləş,
bir az,
toxta, bir qədər...
nədən narahatsan axı
sən, nədən?
Onsuz da,
onsuz da hər şeyi yazan
bədəndi, yalnız bədən.
"Sən arzulamağında ol" -
sozalan qızılgül pıçıldayır
axırda.
Mənsə,
bir qadın görmüşdüm -
eləcə dayanıb
baharı
gətirən qaranquşa
baxırdı.
...Və
o qadın sən idin!
Adonis
Dilimizə
çevirdi: Mahir N.QARAYEV
Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, №35.-
S.17.