Bu, Rafael Hüseynovdur

 

"Yaddaşı olmayan ədəbiyyat - yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əqli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy - daş saxlamadığı kimi, mənəvi əxlaqi boşluq da yaddaş saxlamır. Millət - genetik səviyyəsi, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik tamlıq var, nəsillər əsrlər, ilahi bəşəri dəyərlər sərvətlər arasında əlaqə estafet var" (Yaşar Qarayev).

Akademik Rafael Hüseynovun bütün yaradıcılıq fəaliyyəti: alimliyi, yazıçı-publisist araşdırmaları, sözə-sənətə estetik baxışları "nəsillər əsrlər, ilahi bəşəri dəyərlər-sərvətlər arasında" vəhdət yaradan Yaddaş fenomeni ilə bağlıdır. Yaddaşı "genetik səviyyədə" saxlayan hifz edən hərəkətverici qüvvə sistemli dünyagörüşüdür. Bu dünyagörüşünün başlanğıcı Rafaelin dünyaya göz açdığı Kürdəmirdə qoyulubmu? "Hərdənbir Kürdəmirdən ötə gərək adam, Kürdəmir gərək keçə adamdan" (Ələkbər Salahzadə). 1971-ci ildən Rafaelin Bakı səfəri başlanır o, ADU-nun şərqşünaslıq fakültəsinə daxil olur. Tələbə-şərqşünasdan akademik şərqşünaslığa qədər bu 53 ildə Rafael Hüseynov Azərbaycanın görkəmli şərqşünaslarından biri kimi böyük bir yol keçir. "Hamımız yoldayıq. yol qurtarır, arzular" (Rəsul Rza).

Rafael Hüseynovu bir insan kimi səciyyələndirən bir xüsusiyyəti mən onun dəyişməz, sabit xarakterində görürəm. Lap gənclik illərində Azərbaycan radiosunda "Nəğməli ömürlər" "Axşam görüşləri" verilişlərindən tutmuş, üç möhtəşəm - "Vaxtdan uca", "Min ikinci gecə", "Məhsəti necə varsa" kitablarına qədər... XI əsrin görkəmli sufi şairi Baba Tahir Üryanidən tutmuş, klassik Azərbaycan poeziyasının Nizami, Füzuli, Nəsimi kimi əbədiyaşar dahi şairlərinə qədər... XX əsrin Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Rəsul Rza poetik dühalarından tutmuş, son illərdəki "Vətənim" televiziya verilişlərində səsləndirilən klassik müasir şeir örnəklərinə qədər... tükənməz axtarıcılıq bu axtarışları bədii-elmi portretlərə çevirmək şövqü onun həmin o sabit yaradıcılıq xarakterinin dəyişmədiyini sübut edir. Mövzular dəyişir, hər bir mövzuya yanaşma tərzi müxtəlifliyi ilə seçilir, amma dəyişməyən nədir? - ədəbiyyata (onun keçmişinə indisinə) sonsuz sevgilər... Rafael Hüseynov bu sevginin işığında X-XI əsrlərin böyük filosof şairi, sufi şeirinin görkəmli nümayəndəsi, əslən azərbaycanlı olan Baba Tahir Bakuvini dar (yalnız elmi) bir tanıtmadan genişliyə - bizim əsrə gətirir - "Salam sənə, günəş, parla daima" deyən, böyük Yaradana mütləq həqiqət kimi boylanan ("Aləmi qılıncsız saldın nizama") söyləyən, sufi şair olsa da, saf insanlara rəğbəti tükənməyən bir söz sahibini bizlərə təqdim edir. Mən onun "Məhsəti necə varsa" monoqrafiyasını Azərbaycan ədəbiyyatşünaslığında Məhsətiyə ucalan bir söz-fikir - yaddaş ehtişamı kimi düşünürəm. Çünki "Məhsəti təkcə farsdilli Azərbaycan şeirinə deyil, ümumiyyətlə Şərq poeziyasına bir səhər nəsimi kimi gəldi. Məhsətinin şeir nəfəsi təmiz idi, ürəkdən qopub ürəklərə hopurdu. Məhsəti dilində o çağacan işıq üzünə çıxmamış, qeyri-adi səslənən, yad olan notlar eşidildi. Amma qədər həyati, qədər doğma, qədər səmimi idi bu səslər!.. Məhsəti sevgidən, hicran ağrısından, vüsal sevincindən danışdı. Ondan əvvəl bu yanğıdan çox deyilmişdi, çox yazılmışdı sonra əsrlər boyu yenə çoxları deyəcəkdi, çoxları yazacaqdı, amma yüz dəfə, min dəfə deyilmiş bu sözlər Məhsəti dilində yeni idi, siftə idi. Bunları bir qadın söyləyirdi. Məhsətinin zahirən kiçik görünən poetik irsinin daxili üfüqləri daha hüdudsuzdur. Məhsəti poeziyamızda azadfikirliliyin ilk carçılarındandır".

Rafael Hüseynovun klassik Azərbaycan poeziyasına münasibətini təkcə peşə vurğunluğu ilə izah etmək istəməzdim. Təbii ki, o, bir şərqşünas klassik ədəbiyyatımızın tədqiqatçısı kimi hər hansı klassikin yaradıcılığından söz açanda, burada onun peşəkarlığı professionallığı ön planda olur, amma onun üçün klassik poeziya müasir dəyərlər işığında vüsət qazanır. O, Füzuli poeziyası Füzuli sənətinin problemləri barədə neçə-neçə məqalənin müəllifidir mənim fikrimcə, Füzuli dərinliyinə baş vurmaq necə deyərlər, "Füzulini məst edən vəhdət şərabından" içib, onun aşiqanə sözünü müasirlərimizə çatdırıb özü füzuliləşir, "zövqi eşqi var olduğu" üçün Füzulini sevdirə bilir. Çünki "Füzulinin ruhu nəsil-nəsil Azərbaycan şairlərinin vücudunda, neçə-neçə Azərbaycan şairinin sıra-sıra şeirinin söz qəlibində təzədən zühur edir. O şairlərin adı da başqa olur, o şeirlər şəkilcə Füzulinin əski qəzəllərinə oxşamır. Amma oxuduqca sezirsən ki, bu nəbz Füzulinin nəbzidir, bu qan Füzulinin qan qrupundandır, bu xromosom Füzulidəndir. Füzuli bir sehr idi ki, onu oxuyub cazibəsinə düşməmək mümkünsüzdü. Füzuli artıq xələflərinə yalnız bir şair kimi yox, milli kod kimi təsir göstərir". Rafael Hüseynovun təkcə orta çağ klassiklərinə - Şərqin Azərbaycanın dahi söz ustalarına bu ehtişamı XX əsrin böyük sənətkarları üçün səciyyəvidir. Tədqiq etdiyi, yaxud həyat yaradıcılığını örnək hesab etdiyi hər hansı sənətkara yalnız bu meyarla yanaşır.

Mən onun bu sevgisini bayaq adını çəkdiyim üç kitabında daha çox hiss etdim. XX əsr Azərbaycanın iki nəhəng sənətkarı - Hüseyn Cavid Müslüm Maqomayev haqqında qələmə alınan iki sənədli (bədii publisistik) roman (bu əsərlərə yalnız belə janr sferasından qiymət verə bilərəm - əslində Anar müəllim bizdən əvvəl bu fikri söyləyib) yazıldığı illərdə yüz minlərlə oxucunun stolüstü kitablarına çevrildi. Anar müəllim yazırdı: "Cavidlər" məni sarsıtdı desəm, burada mübaliğə var, hissə qapılma. Bu sarsıntının ilk səbəbi - qələmə alınan hadisələrin, talelərin - antik faciələri xatırladan miqyas ölçüsüdür. Atanın, Ananın, Oğulun, Bacının qarşılarına çıxan sınaqlar - həm konkret insanların - böyük sənətkar Hüseyn Cavidin, onun həyat yoldaşı Mişkinaz xanımın, oğulları Ərtoğrulun, sonbeşikləri Turan xanımın - ömürlükləri, bəlalı həyat yollarıdır". Hamı - əksər yazarlar çalışırlar ki, nədən söz açırlar, həqiqəti ifadə etsinlər, amma həqiqəti olduğu kimi, həm bədii şəkildə əks etdirmək hamıya müyəssər olmur. Burada Fikrət Qocanın bir fikrini xatırlatmaq istəyirəm: "Rafael elə bil ki, Müslüm Maqomayevin, Hüseyn Cavidin ailəsində doğulub, o vəziyyətləri yaşayıb. Ona görə belə təbii can yanğısı ilə danışır". Rafael Hüseynov istəsəydi, Cavid yaradıcılığı haqqında çox sanballı bir elmi monoqrafiya da yaza bilərdi, çünki o, lap gəncliyindən Hüseyn Cavidi, onun yaradıcılığını çox yaxşı dərk edib, necə deyərlər, Cavidləşib. Amma hər bir böyük sənətkarı dərk etmək üçün, ilk növbədə, onun həyatı, mühiti yaşadığı Zaman, Vaxt dönəmində müxtəlif hadisələr - olaylar içərisində illərlə üzləşdiyi, xoşbəxtlikdən faciəyə aparan yolların keşməkeşliyi.... bütün bunları Rafael Hüseynovun bir çox yazılarında izləyə bilərik. Onun Vaqif Mustafazadə haqqında "Başqa günlərin Vaqifi", opera səhnəsində ən gözəl Leyli yaratmış Rübabə Muradovadan söz açdığı "Həsrət qatarı" yazılarını həyəcansız oxumaq mümkün deyil. Mən hər iki sənətkar haqqında çoxlu yazılar oxumuşam, amma Rafaelin bu yazılarının alternativi yoxdur. Baxın: "Naxçıvana gedən qatar Araz boyundan ötür. Rübabə xanım burula-burula axan Araza baxır. Arazın o tayından görülən yollara baxır, qəhərlənə-qəhərlənə "qatar oxuyur. Araz axır, qatar gedir Rübabə xanım sabah bu qatarla yenə Bakıya qayıtmalıdır. Sabah radioda konserti var" (burada qeyd edim ki, məhz Rafael Hüseynovun təşəbbüsü ilə artıq ömrünün son günlərini yaşayan Rübabə Muradovanın oxuduğu mahnılar lentə alındı televiziyada səsləndirildi).

Rafael Hüseynovu həm musiqi tədqiqatçısı kimi tanıyırıq. Onun bu sahədə ardıcıl fəaliyyəti daha çox ayrı-ayrı bəstəkarlar, görkəmli musiqi xadimləri ifaçılarla bağlıdır. Burada uzun bir siyahı təqdim etmək fikrində deyiləm. Amma Maestro Niyazi haqqında qələmə aldığı portret yazılar xüsusilə tədqirəlayiqdir. "Maestroya ağı"da başlamış, "Niyazi Həcər", "Onların hər an görünən yeri" yazılarına qədər Niyazi canlı bir obraza çevrilir. Təkcə obrazamı? Yox, Niyazi bir mədəniyyət hadisəsi, təkrarı bənzəri olmayan dünyaşöhrətli dirijor kimi yaddaşımıza həkk olunur. Mən onun ustad xanəndə Hacıbaba Hüseynov haqqında hazırladığı verilişə bir neçə dəfə baxmışam Hacıbaba Hüseynovun obrazını məhz bu verilişdə izlədim. Rafaelin cəmi 27 il yaşamış ilk cazmenimiz Pərviz Rüstəmbəyova həsr olunmuş "Yarımçıq kəsilən solo" yazısını faciə-esse adlandırıram.

Rafael Hüseynovun alim yazıçı kimi fəaliyyətinə janr nöqteyi-nəzərindən yanaşsam, ədəbi-bədii portret formalarına meyil etdiyini görürəm. O, müasir Azərbaycan ədəbiyyatında ən kamil portret ustalarından biridir, desəm, yanılmaram. Mən onun "525-ci qəzet"də ardıcıl dərc olunan bütün portret yazılarını oxumuşam. Bu yazıların hamısını səciyyələndirən bir problemi nəzərə çatdırmaq istəyirəm. Rafael Hüseynov İnsan Zaman - Sənətkar Zaman - Şəxsiyyət Zaman paralellərinin bütün yazılarının məramına çevrilir. Təbii ki, bu yazıların heç birində şablon standart ifadə üsullarına rast gələ bilməzsiniz. Əvvəla, ona görə ki, Rafael Hüseynov hər bir yazısında özünün orijinal üslub tərzini nümayiş etdirir. ("Üslub - bütün üslubların yaddan çıxarılması deməkdir" - Jül Renar). İkincisi, demək olar ki, bütün yazılarında təqdim etdiyi faktların əksəriyyəti yenidir, gizlin qatların, olayların açıqlanmasıdır. Burada yazının əvvəlində qeyd etdiyim yaddaş amilinin rolu danılmazdır.

Ulu öndər Heydər Əliyev, onun şəxsiyyəti, görkəmli dövlət xadimi insani keyfiyyətləri barədə qələmə aldığı silsilə yazılar məhz bu əlamətlərinə görə xüsusilə seçilir. Ulu öndər haqqında həm onun öz sağlığında, həm vəfatından sonra onlarla, yüzlərlə kitablar, məqalələr çap edilib yenə yazılacaq. O yazıların hər biri Heydər Əliyevi - bu, dünyaşöhrətli nəhəng siyasətçini, yeni Azərbaycanın yaradıcısını bu ya digər dərəcədə xarakterizə edir. Amma bu o demək deyil ki, ulu öndərin həyatı şəxsiyyəti haqqında bütün həqiqətlər canlandırılıb. Rafael Hüseynovun ulu öndərə həsr etdiyi o silsilə yazılarında bizim bilmədiyimiz bir çox həqiqətlərlə qarşılaşırıq. Heydər Əliyevin həm sovet Azərbaycanında, həm müstəqillik illərində bir rəhbər dövlət xadimi kimi fəaliyyətinin müxtəlif aspektləri işıqlandırılır bu yazılarda. Bu işıqlandırmalarda əsas rolu yaddaş oynayır.

Rafael Hüseynov o şəxsiyyətlərin həyatına, keçdiyi ömür yoluna müraciət edir ki, həmin şəxsiyyətlər haqqında, ya çox az yazılıb, ya da əksinə... Deyim ki, görkəmli folklor toplayıcısı - 100 il yaşamış Əbülqasım Hüseynzadə haqqında bildiklərimiz şox azdır, R.Hüseynov bu boşluğu aradan qaldırır. Mirzə İbrahimovun "Gələcək gün" romanında prototip kimi seçilmiş 27 yaşlı inqilabçı - Milli hökumətin prokuroru Firudin İbrahimi haqqında da eyni sözü deyə bilərəm. Bəs haqqında çox danışılan, yazılan şəxsiyyətlər necə? - Rafael Hüseynov təzə söz deməyi qarşısına məqsəd qoyur - Rəsul Rza Nazim Hikmət haqqında saysız-hesabsız elmi, publisistik, bədii mətnlər mövcuddur, amma Rafael Hüseynov onların həyatı, şəxsiyyəti yaradıcılığı ilə bağlı elə faktlar açıqlayır ki, bu barədə təsəvvürləri genişləndirir. biz baxıb görürük ki, onun şəxsiyyətlərə həsr olunan yazılarında Bədii Obraz yaratmaq missiyası ön plandadır - burada isə onun yazıçılıq məharəti üzə çıxır. Onun son illərdə "525-ci qəzet"də dərc etdirdiyi silsilə (hər həftənin çərşənbə şənbə saylarında) yazıları mənim fikrimcə, müasir publisistikamızın yeni bir səhifəsidir. O, bu yazılarda Azərbaycan mədəniyyətinin ən məşhur simalarından, ya da vaxtında məşhur olub, sonralar unudulan yeni nəsillərin tanımadıqları sənət adamlarından, ictimai xadimlərdən söz açır. Fikirləşirsən ki, həm sağlığında, həm elə indinin özündə Azərbaycan musiqisində parlaq bir sima olan Bülbülü az-çox tanımırıqmı? Amma Rafael Hüseynov bizim yalnız səsini, ifasını tanıdığımız Bülbülün az qala, hər ayını, ilini izləyə-izləyə elə hadisələrdən söz açır ki, heyrət edirik. Yeni nəsil, bəlkə Azərbaycanın Xalq artisti, məşhur opera müğənnisi Hüseynağa Hacıbababəyovu tanımır. İlk eşqi "Leyli Məcnun" olan Hüseynağa Hacıbababəyov xorda oxuyur, sonra "Leyli Məcnun"da Leylini oynayır, sonralar opera səhnəsində unudulmaz obrazlar yaradır. "Hüseynağa Hacıbababəyovun səhnəyə elə coşqun məhəbbəti vardı ki, hər cür tənələr vurulsa, qaxınclar edilsə , yolundan dönən deyildi. Yol gedəndə bir para guya millət təəssübü çəkənlər ona yekəxanalıqla, hikkəylə gendən söz atır, "biqeyrət" deyirlərmiş. Amma "Biqeyrət deyib burunlanan, həqarətlərə məruz qalan Hüseynağa Hacıbababəyov əslində qeyrətin özü idi. Çünki göylər onu bəlli bir zaman aşırımında milləti üçün mühüm vəzifəni yerinə yetirməkdən ötrü ezam etmişdi". Bəs indiki nəsil Azər Buzovnalı adlı bir şairi tanıyırmı? "Məşədi Azər artıq Azərbaycan ədəbiyyatında sözünü demiş, imzasını qoymuş bir insan idi. 79 yaşı vardı həyatının bitməsinə ikicə il qalırdı - 1951-ci ildə o, gözlərini əbədilik yumacaq. Bura əlavə edim ki, Məşədi Azər Əliağa Vahidin ustadı olub.

Əlbəttə, Rafael Hüseynovun o unudulmaz insanlar haqqında belə yazı-portretləri az deyil. Məncə, bu yazılarla o, əsl maarifçilik işi görür nəsillər arasında canlı ünsiyyət yaradır.

Rafael Hüseynovun çoxillik yazıçı-publisist-alim kimi  ulu öndərin həyat fəaliyyətini əks etdirən "İkinci olmayacaq" əsərini (2023) bədii-siyasi roman kimi qiymətləndirmək olar. Bu əsərdə biz canlı Heydər Əliyevi gördük, onun ölümsüzlüyünə inandıq. "İmzamız. Sənət düşüncələri" (2012), "Millətin zərrəsi" (2001), "Söz heykəli" (2012) kitablarında toplanan portret-oçerkləri XX əsr Azərbaycan ədəbiyyatı incəsənətinin bədii-sənədli ensiklopediyası adlandırmaq olar.

Sual olunur: istər adını çəkdiyimiz kitablarında, istər "525-ci qəzet"dəki yazılarında, istərsə televiziya verilişlərindəki çıxışlarında nəzərəçarpan bu yaradıcılıq ehtirası (başqa ad vermək mümkün olmadı) hardan gəlir? Əlbəttə, o yaradıcılıq ehtirasının mənbəyi sevgidir. Sənətə sevgiqarşısıalınmaz sevgi...

Mən Rafael Hüseynovun alimliyi ilə yazıçılığı arasında cox ciddi bir ayrılığın - fərqin mövcud olduğunu düşünmürəm. Onun "Məhsəti necə varsa" monoqrafiyası klassiklərə aid qələmə aldığı onlarla elmi yazılarda akademizmin  bir üslub kimi irəliləyici mahiyyət daşıdığını görürəm. Bəli, o, ədəbiyyat tarixçisi kimi klassik Azərbaycan poeziyasının mötəbət tədqiqatçılarından biridir. Amma bu yöndə digər ədəbiyyatşünaslardan fərqlənir, bu fərqlilik onda təzahür edir ki, Rafael Hüseynov həmin yazılarda öz emosional - hissi münasibətini gizlətmir.

Rafael Hüseynovun ardıcıl elmi yazıçı-publisistik fəaliyyətini ardıcıl izləyən bir oxucu-həmkarı kimi hərdən fikirləşirəm: görəsən, onun gecəsi-gündüzü yoxmu, bu qədər maraqlı yazılar dərc etdirir? (üstəlik, televiziya verilişləri, Ədəbiyyat Muzeyindəki direktorluq fəaliyyəti, Milli Məclisdə deputat kimi iştirakı). Amma bu yazıların əksəriyyəti əslində çoxdan yazılıb (o, bütün sənət adamları digər şəxsiyyətlərlə dəfələrlə görüşüb, onların səsini yazıb, qeydlər aparıb yaddaşına həkk edib), sadəcə, indi o zaman düşündüklərini yazılara köçürmək qalır.

70 yaş...

1971-ci ildə dünyanın ən qızmar bölgələrindən olan Kürdəmirdən Bakıya istedadlı bir cavan - Rafael Hüseynov yol alır. İllər keçdikcə bu cavan oğlan elm sənət pillələrində öz arzularını gerçəyə çevirir. Azərbaycanın tanınmış Söz adamına, elm fədaisinə çevrilir.

70 yaş.

Son sözümü Füzulinin bu beyti ilə bitirirəm:

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2024.- 14 sentyabr, ¹35.- S.12-13.