“Cənub
inciləri”nin təqdimatı
7 sentyabr 2024-cü il tarixdə
AYB Lənkəran Bölməsində
yeni çapdan çıxan
"Cənub inciləri"
antologiyasının təqdimatı
keçirildi.
Təqdimatda Cəlilabad,
Masallı, Yardımlı,
Astara, Lerik və Lənkərandan olan yazarlar, ziyalılar, oxucular iştirak etdi.
Tədbiri giriş sözü ilə bölmənin sədri, yazıçı,
dramaturq Qafar Cəfərli açdı.
O, tədbir iştirakçılarını
salamladı, kitabda çap olunan bütün müəllifləri,
bölgənin ədəbi
mühitini, ziyalıları
və oxucuları təbrik etdi. Bildirdi ki, fəaliyyətdə
olduğu 46 il ərzində
Bölmədə 2004 və
2015-ciillərdə “Ömür yarpaqları” adl iki antologiya nəşr olunmuş, təxminən on illik fasilədən sonra “Cənub inciləri” işıq üzü görmüşdür. Antologiyada
əsasən bölgənin
altı rayonunda yaşayan qələm adamlarının, daha çox isə gənclərin əsərləri
yer almışdir.
Qafar Cəfərli çıxışında 87 müəllifin
yer aldığı, bütün ədəbi növləri əhatə
edən antologiyada əsərlərin əlifba
sırası ilə düzüldüyünü, yazıların
peşəkar korrektə
və redaktə olunduqdan sonra kitaba daxil edildiyini,
bəzi xırda qusurlarına baxmayaraq antologiyanın nəşrinin
bütün hallarda bölgənin ədəbi
həyatında bir uğur və hadisə olduyğunu xüsusilə vurğuladı.
Məclisi idarə edən
Qafar Cəfərli sözü tədbir iştirakçılarına verdi.
Yardımlı rayonundan
şair İqbal Nəhmət,
Cəlilabad rayonunundan
filologiya elmləri üzrə fəlsəfə
doktoru, şair və yazıçı
Bilal Alarlı, Masallı
rayonundan şairlər
Allahverdi Bayrami və Camal Lələzuə,
Astara rayonundan şairlər Firəngiz Ümid və Nəriman Azəri, Qaradağ rayonundan gəlmiş şair Qorxmaz Kadusi, Lənkəran yazarlarından:
"Aşkarlıq" qəzetinin
baş redaktoru, yazıçı Hacı
Etibar Əhədov, yazıçı-publisist Səyavuş
Süleymanlı, "Zərban"TV-nin
təsisçisi və
baş redaktoru, yazıçı Hafiz Mirzə,
həkim-yazıçı Eldar Tahirov, şairlərdən Bəxtyar
Əliyar, Tofiq Həsənli və Əyyub Türkay, bölmənin sabiq sədri, mərhum şair İltifat Salehin qızı Afaq İltifatqızı və başqaları çıxış edərək
antalogiyanın nəşri
münasibətilə müəllifləri
təbrik etdilər. Hazırlanmasında birbaşa
təşəbbüsçü və bütün ağırlığını boynuna götürən, nəticədə son dərəcə
nəfis tərtibatda,
gözəl dizaynda nəşr olunan kitaba görə bölmə sədri, kitabın tərtibçisi
və baş redaktoru Qafar Cəfərliyə, kitabın
redaktorlarına və
bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.
İqbal Nəhmətin, Bəxtiyar
Əliyarın və Nəriman Azərinin məclisdə oxuduğu şeirlər tədbir iştirakçıları tərəfindən
maraqla qarşılandı.
Sonda Qafar Cəfərli çıxış edərək
söylənilən irad
və təkliflərə
münasibət bildirdi,
tədbir iştirakçılarını
maraqlandıran bütün
məsələlərə aydınlıq gətirdi.
O, tədbir iştirakçılarına,
çıxış edənlərə
söylənən xoş
sözlərə görə,
xüsusən kitaba ön söz yazan AMEA-nın ədəbi tənqid şöbəsinin müdiri,
filologiya elmləri doktoru Vaqif Yisifliyə,
kitabı nəfis şəkildə çap
edən “Bakı mətbəəsi” ASC-nin rəhbəri, Azərbaycan və Rusiya Yazıçılar Birliklərinin
üzvü, yazıçı,
tanınmış alim və
naşir Şəddat
Cəfərova və tədbiri kameranın yaddaşına köçürən
“Zərban” TV-nin təsisçisi Hafiz Mirzəyə
öz adından və bölgə yazarları adından minnətdarlığını bildirərək tədbiri
yekunlaşdırdı.
Sonda xatirə şəkilləri
çəkildi.
Ədəbiyyat qəzeti.- 2024.-
14 sentyabr, ¹35.- S.29.