Kamran Nəzirlinin kitabı Təbrizdə nəşr
edilib
Azərbaycan
yazıçısı Kamran Nəzirlinin “Sevgi ağ rəngdə
olur” adlı hekayələr toplusu Təbrizin “Aydınsav” nəşriyyatında
çapdan çıxıb.
Edebiyyatqazeti.az
saytına bu barədə məlumat verən müəllif qeyd
edib ki, kitabda son illər yazdığı “Yarpaqlar
töküləndə”, “Sevgi ağ rəngdə olur”, “Mənim
sevimli yaddaşım”, “Qara nöqtə”, “Şopenin
sonatası”, “Yelləncək, süpürgəçi
qadın və pişik” və digər hekayələri yer
alıb.
Kamran Nəzirli
onu da vurğulayıb ki, kitabın ərsəyə gəlməsində
“Aydınsav” Təbriz Nəşriyyatının müdiri və
tərtibçisi Aydın bəy Dumanın, mətnləri fars dili əlifbasına
uyuğunlaşdıran təbrizli şair və tərcüməçi
Nurəddin bəy Müsəddiqinin müstəsna xidmətləri
olub. Kitab kütləvi tirajla
çap olunub və artıq satışa buraxılıb.
“Təbrizli qələm
dostlarımdan mənim üçün sürpriz oldu, - K.Nəzirli
bildirib, - düzü, iki ildən çox idi ki, onlar mənə
bildirmişdilər ki, kitabı çap eləmək niyyətləri
var. Mən də razılıq vermişdim. Bu müddət ərzində
daha əlaqəmiz kəsilmişdi. İranda baş verən məlum
hadisələr və digər problemlər kitabın
işıq üzü görməsini gecikdirmişdi.
Görünür, indi soydaşlarımızın ana dilində
kitab nəşr eləmək və oxumaq imkanları
artmışdır və bu da təqdirəlayiqdir. İranda
ilk dəfədir kitabım çıxıb, sevinirəm ki, Cənubi
Azərbaycan oxucuları ana dilimizdə mənim kitabımı
da oxuya biləcəklər. Kitabın meydana gəlməsində
əməyi olan hər kəsə, o cümlədən mənim
qələm dostum qazi şairimiz Nazim əfəndiyə təşəkkürümü
bildirirəm.”
Ədəbiyyat
qəzeti.- 2024.- 14 sentyabr, ¹35.- S.31.