Tanış təbəssüm
Hörmətli akademik Nizami Cəfərovun
anadan
olmasını 65 illiyinə
Onda görüşdürdü bizi
bu dünya,
indi də bilmirəm bu qismət nədir?!
Onda -
Zəlimxandan
Vağzal Poyluya
çimməyə gəlirdin Kürdə,
arabir.
O il də - illərin isti yayıydı,
çöldə od düşmüşdü, yanırdı qoruq.
Təbəssüm - üzündə Tanrı
payıydı,
mənə də pay düşdü,
biz tay-tuş
olduq.
Ayrıldıq o vaxt ki, dəyişdi
həyat,
qoynuna səslədi bu dəfə Bakı.
Ali məktəb idi, Universitet,
bizim görüş yeri -
Kürdən
sonrakı!
Şairi
məniydim, alimi də sən,
özümüz səmimi, fikrimiz
oyaq.
Yenə
üzündəydi o təbəssümün,
suallar verirdin,
bu dəfə ancaq.
Sonra,
"Ədəbiyyat və
İncəsənət", -
qəzet
buraxırdıq, sən
gəldin bizə.
Zehninə vuruldum,
bilirdin,
əlbət,
bu da yazılıbmış taleyimizə.
Mən dahi demişdim bir dəfə sənə,
nəydi,
haqqdan gələn bu töhfə sənə?!
Dediyin o
sözlər yadımda
qaldı, -
"Beləsə",
doğruldum
gərək bu adı".
Nizami, yaş ötdü, dəyişdik, amma
arabir mənim də yol çəkir gözüm.
Dediyin sözləri salır yadıma, -
üzündə gördüyüm
Tanış
Təbəssüm.
Xalq
şairi
Nəriman Həsənzadə
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.5.