Az daşdanmamışam ha...
Kələ-kötür
bu yolda
Az daşdanmamışam ha.
Üstümdən keçib getmə,
Az xışdanmamışam ha.
Eh,
heç isindirmədi,
Üşütdü neçə baxış.
Külək döydü-budadı,
İslatdı yağan yağış.
İşığını
bəri sal,
Gecələtmə aranı.
Gəl,
gəl, sən ağ günlərim,
Dincə
qoyum qaranı.
Bilmədim
yaz, yay nədi
Mən
ömrü qış yaşadım,
Bilmədim yaz, yay nədi.
Çox
dəyişdi vaxt-vədə,
Seçmədim gün, ay nədi.
Yuxulatdı
nağıllar,
Uçdu
başdan ağıllar.
Ara qatan çuğullar,
Bu səs, bu haray
nədi?!
Ay adam,
de, nə sirdi,
Üzlər yüz dona girdi?!
Kimin baxtı gətirdi,
Kimin dərd, "bay"... nədi?!
Alov-alov
sönmək üçün gəlmişəm
Yerli-yersiz
çox düşmüşəm oyuna,
Suyum axmaz hər könülün noyuna.
Geniş
açıb qollarımı
boyuna,
Pərvanənə dönmək üçün
gəlmişəm.
Keçən
ömrü dolu ömür sanmadım,
Nə umdumsa, gizlətmədim, danmadım.
Alov-alov
köynək geydim, yanmadım,
Alov-alov
sönmək üçün
gəlmişəm.
Aysan,
Günsən, gəl, nuruna sarılım,
Bu zülmətdə bağrı
niyə yarılım?!
Bir din, danış, qoy sükutu
qırılım,
Sükut
dili dinmək üçün gəlmişəm.
Yaman
darıxmışam
Gecəm
ulduzsuzdu, gündüzüm günsüz,
Söylə, kar olmazmı qulaqlar ünsüz?!
Həsrətin oynadır toysuz-düyünsüz,
Yaman darıxmışam mən
səndən ötrü.
Gözümün
qapağı yuxuya enmir,
Dili düyünlənib, könül
ta dinmir.
Yediyim, içdiyim canıma sinmir,
Yaman darıxmışam mən
səndən ötrü.
Yolu
ayağının altına yıx, gəl,
Neçə xatirəni bağrına
sıx, gəl.
Günləri bu qədər uzatma, çıx gəl,
Yaman darıxmışam mən
səndən ötrü.
Gülmək
olmur, ağrın alım
İçi-dərd
qəm qaynadırsa,
Gülmək olmur, ağrın
alım.
Üzə çırpılan qapıya
Gəlmək olmur, ağrın
alım.
Yıxdıq
ömrün dirəyini,
Yerə
vurduq kürəyini.
Heç
kimsənin ürəyini
Bilmək
olmur, ağrın alım.
Tora
düşdük addımbaşı,
Məmur
oldu nadan, naşı.
Hər gözdən süzülən
yaşı
Silmək
olmur, ağrın alım.
Sevgisi
gözündən
daşan adamam
Kim necə
istəyir, o cürə yozsun,
Sevgisi gözündən daşan
adamam.
Sevinci ayaqdan dizə qalxmayan,
Kədəri boyunu aşan adamam.
Gülə
tay tutmayan otu, samanı,
Seçən bir baxışdan
yaxşı, yamanı,
Könül adamını görən
zamanı,
Dünyası özündə çaşan
adamam.
Naşıya
oxunmaz qələm əkdiyi,
Bitməz
hər torpaqda əlin səpdiyi.
Haqqı
yeyənlərin dara çəkdiyi,
Ürəyi, hövgəsi şan-şan
adamam.
Uzaqlaşmısan
Elə
düşünmə ki, özündəsən sən,
Nə vaxtdı özündən
uzaqlaşmısan.
Könlünün istisi, od-ocağıydım,
Odundan, közündən uzaqlaşmısan.
Çıxmaq
olmur ömrün duman-çənindən,
Saçım naxış tutdu
həsrət dənindən.
Əlini
əlimdən çəkən
günündən
Qaşından, gözündən uzaqlaşmısan.
Hara gedilər
ki, hara, bu heylə?
Yağışını saxla, dolunu əylə.
Yolunu sözünə yaxından
eylə,
Söz anddı, sözündən
uzaqlaşmısan.
İnandım
Eh, nə
deyim bu aldadan zəndimə,
Neçəsinin hər sözünə
inandım.
Səmimiyyət görmədim ha, çoxunun
Gülümsəyən hər gözünə inandım.
Gecə-gündüz
od qalıxdı canımdan,
Zəli
kimi çox içdilər qanımdan.
Ağrı-acı əskilmədi yanımdan,
Dərdin,
qəmin hər üzünə inandım.
Könül
deşən oxları var sitəmin,
Yollarını yağış döydü
binəmin.
Zirvəsini duman alan sinəmin
Hər dağına, hər düzünə inandım.
Daha
itiribdi
tamını çox şey
Demirəm
ha, kimsə qucaq açıbdı,
Gözümə, könlümə işıq
saçıbdı,
Daha çox şeylərin dadı qaçıbdı,
Daha itiribdi tamını çox şey.
Əkilən
hər ağac verməyir ki, bar,
Olmaz bu deyimi eyləyən
inkar.
Sinəsi
dağlardan ağır
dərdli var,
Söndürür alışan şamını
çox şey.
Lap
yüz yol yalvar da, lap min yol söy də,
Göyə çıxan ahlar
qalan döy göydə.
Dünya
dediyimiz yiyəsiz öydə
Aldadıb, aldadır hamını
çox şey.
Neynim,
özgə cürə
ola bilmirəm
Görünən
hər şeyə gözüm, könlüm tox,
Dünya
sərvətinə heç
tamahım yox.
Mən eşqli adamam, "qorxuluyam" çox,
Neynim, özgə cürə ola
bilmirəm?!
O qədər
boğub ki, iztirab, qəhər,
Gecəm
ötüşübdü yuxusuz
təhər.
Ağzım yalvarışla açılıb
səhər,
Neynim, özgə cürə ola
bilmirəm?!
Yellikdə
dən deyil, gün sovurmuşam,
Qəmdən maya tutub, dərd
yoğurmuşam.
Həsrətdə, hicranda can qovurmuşam,
Neynim, özgə cürə ola
bilmirəm?!
Düşünmə
ki, bu boş gileydi, gapdı,
Ürəyim göynək də,
ağrı da tapdı.
Baxışım durudu, tamahım
safdı,
Neynim, özgə cürə ola
bilmirəm?!
Əsəd Təhləli
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.30.