Aleksandr
BLOK
(1880-1921)
Görkəmli rus şairi, nasiri, publisisti, dramaturqu, tərcüməçisi və
ədəbi tənqidçisi.
Rus ədəbiyyatında Simvolizm
cərəyanının parlaq
təmsilçilərindən biri
Gecə, küçə, fənər,
aptek
Gecə,
küçə, fənər,
aptek,
Mənasız və solğun
işıq.
Bir rüb daha yaşa
- bunlar
Eynən
qalar. Yox çıxışın.
Ölsən - yenidən başlanar,
Təkrarlanar hər şey yenə:
Gecə,
buzlu sudakı bərq,
Aptek, küçə, bir də fənər.
Sənə rast gəlməkdən
qorxuram yaman...
Sənə rast gəlməkdən
qorxuram yaman,
Sənlə rastlaşmamaq... daha
betərdir.
Hər şeydə səndən bir nişanə tapmaq,
Buna heyrətlənmək... mənə
yetərdi.
Küçədə dolaşan, gəzən kölgələr
Nə bilim - ayıqdır, ya yuxuludur?!
Kilsə
pilləsinə sinərək
indi
Geriyə
qanrılmaq da qorxuludur.
Adları
heç cürə qalmır yadımda,
Əllərin çiynimə qoysalar
belə.
Ah-vayı getməyib qulaqlarımdan
O son, izdihamlı yasların hələ.
Qaşqabaqlı səma enib yerəcən,
Az qala kilsəni əzir, hardasa.
Bilirəm - burdasan. Yaxınlıqdasan,
Həyatda deyilsən. Çünki
- ordasan.
Xalqın qarşısına
çıxan deyiləm
Xalqın
qarşısına çıxan
deyiləm,
Nə qınaq umuram, nə də ki tərif.
Susmaq səbəbimi bir ömür boyu
Hazıram, tək sənə
açıb, göstərim.
Susqun duranları anlaram, mənə
Əzizdir o kəs ki, himə
bənd durur:
Qərib
uğultuda - sözlər
ardında
Gec-tez oyanacaq o işıqlı ruh.
Dinməz
qoşulacam bayrama mən də,
Görünməz gözünə üzüm
heç kəsin.
Fəqət, daşıyaram içimdə
sənə
O gizli, o sonsuz eşq nişanəsin.
Sən yolda ölməkdən
üşənmə, qorxma
Sən yolda ölməkdən üşənmə, qorxma,
Çəkingən yanaşma dosta, əğyara.
Qorxu divarını aşmağın
sirrin
Kilsədə oxunan xütbədə
ara.
Özü ayağına gəlincə
sənin,
Qeyb olar o kasıb, o fağır halın.
Daha can atmazsan gün doğuşuna,
Zindanda çürüyən bir
qul misalı.
O uca Tanrının iradəsidir
Sizin taleləri calaq edən də.
Axı əbədilik məhkum deyilsən
Əlacsız, ölümcül ağrıya
sən də.
Tərcümə və təqdim etdi: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.31.