Boris PASTERNAK

(1890-1960)

 

Məşhur rus şairi, nasiri tərcüməçisidir. Ona dünya şöhrəti qazandıran "Doktor Jivaqo" (1955) romanına görə 1958-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

Nobel mükafatı

 

Qovğalar içində ömür yaşadım,

Bəxtimdə var imiş zülmət, köləlik.

Güdülür, izlənir hər söz, hər addım,

Bir çıxış yolu da yoxdur, hələlik.

 

O yan zülmət meşə, bu yansa, göldür,

Aşan küknar belə bağlayıb yolu.

qədər bəla var, başıma gəldi,

Üzüldü hər yerdən qanadım, qolum.

 

Bəlkə başkəsənəm, yoxsa, zaliməm?!

günah işlədim?! Kim deyər, axı?!

Bircə niyyət güddü hər şeirim, kəlməm -

Oxşasın hüsnünü ana torpağın.

 

Gözüm yol çəkəcək son nəfəsədək

Qoy olsun - vaxtsa, bir gün gələcək,

Çəkib qılıncını Xeyir təzədən

Zülmə , Şərə üstün gələcək.

 

Qış gecəsi

 

Durmadan yağan qar

Bürüyübdür dörd yanı.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

Oda cumur böcəklər,

Eynən, yaydakı kimi.

Çöldə yağan lopa qar

Qapayır pəncərəmi.

 

Ağlım buz naxışları

Gah ox, gah çevrə sanır.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

İşıqlanan tavanda

Hey kölgələr gəzişir.

Əl-ayaqdır, nədir o?

Ya taleyin gərdişi?

 

Bir cüt başmaq zərb ilə

Yerə düşər bir anda.

Axan mum "göz yaşı"tək

İz salar paltarında.

 

Qar bəyaz yorğan kimi

Bürüyübdür dörd yanı.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

Yel vurunca, alovun

Çarpaz qoşa dilimin

Şam xaç kimi düyünlər

Sayrışan mələk kimi.

 

Qar yağdı heç durmadan

Bütün fevral ayını.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

Tərcümə təqdim etdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, №36.- S.31.