Universal alim
65 yaşı tamam olan böyük dostum, kiçik qardaşım, akademik Nizami Cəfərova
Ədəbi məktub
Sivil xalqların tarixində elə şəxsiyyətlər
var ki, onlar milli taleyi müəyyən edirlər.
XX və XXI əsrlərin,
II və III minilliyin qovuşub-ayrıldığı dövrün Azərbaycan tarixinin belə şəxsiyyətlərindən biri sənsən. Sənin 65 yaşın yoxdur, sənin yaşın 165-dir. Axı,
əzizim, böyük
şəxsiyyətlərin yaşı illərin sayı ilə yox, əməllərinin, gördüyü işlərin
sanbalı ilə ölçülür. İlləri,
Allahın verdiyi ömrü bütün insanlar yaşayır, görkəmli alimin, şairin, bəstəkarın
yaşadığı ömrü
2-yə, 3-ə, 4-ə, 5-ə vurmaq lazımdır. Əziz Nizi, sənin beşiyini ulu Dədə Qorqud yelləyib. Sən İlahinin bizə bəxş etdiyi nadir şəxsiyyətsən.
Sənin kitablarından
danışmayacağam. Onlar
oxuyanlara bəllidir. Sən həm tənqidçi və ədəbiyyatşünas, həm
dilçi-türkoloq, həm
də tarixi-ictimai xadimsən. Mən sənin 60 illiyində yazdığım məqaləni
əbəs yerə
"Sərhədsiz düşüncə
sahibi" adlandırmamışdım.
Səninlə mənim
dostlarım - İsa Hüseynov
"Yanar ürək"
yazmışdı. XX əsrin
böyük filosofu
Asif Əfəndiyev isə
yanar zəkanı tərənnüm etmişdi.
Sən həm yanar ürək, həm də yanar zəkasan. Əslində səninlə
biz İslamdan əvvəlki
türk əşirətlərinin
adamlarıyıq, dünyaya
gələndə səhv
düşmüşük. Biz Odlar yurdunun od övladlarıyıq, elmin atəşiyik.
Müasir
Azərbaycan türkünün
bir faciəsi də kitabdan uzaq düşməsidir.
Çox
güman ki, sənin və mənim kitablarımızı müasir
gənclik - müzəffər
dövrün gəncliyi
oxumayıb.
Mənim
dostum, kimyaçı
professor Eldar Həsənov
deyir ki, "Hər şeyin kalı yetişir, insanın kalı yetişmir". Çünki kitab oxumurlar,
müasir texnologiyalar kitabı məhv edib.
Əziz
Nizami, sənin adın özündən böyükdür. Çünki
bu ad İsmayılbəy
Qaspıralı, Əli
bəy Hüseynzadə,
Ziya Göyalp, Əhməd Ağaoğlu,
Yaşar Qarayevin adları ilə bir sırada durur. Bu adlar türkçülüyün yalavacı
- peyğəmbərləridir.
Mən əminəm
ki, vaxt gələcək,
bizim yaşadığımız
elm dövrü "Nizami
Cəfər epoxası"
adlanacaq!
Uca dağlar uzaqdan daha böyük görünür. Tarix bizdən uzaqlaşdıqca
bizim elmi-tarixi əhəmiyyətimiz, dəyərimiz
daha çox bilinəcək.
Sənin
yazdıqların Azərbaycan
xalqının, böyük
türk millətinin
milli sərvətidir.
Sənə uzun ömür arzulayıram.
Qardaşın - Nizaməddin Şəmsizadə...
Professor
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2024.-
21 sentyabr, №36.- S.6.