AYB təmsilçisi beynəlxalq

festivalda iştirak edib

 

Rusiya Federasiyasının Dağıstan Respublikasında Dağıstan Mədəniyyət Nazirliyi Dağıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə, 6-10 sentyabr 2024-cü il tarixində, XXXVIII Beynəlxalq Həmzətov festivalı çərçivəsində durnalar günləriadlı Poeziya bayramı təşkil olunub.

525.az xəbər verir ki, Dağıstan Yazıçılar Birliyinin 90 illiyi ərəfəsində keçirilən bu tədbirdə 21 ölkədən ədəbiyyat xadimləri iştirak edib.

Beynəlxalq Poeziya festivalında Azərbaycan Yazıçılar Birliyini şair Xatirə Fərəcli təmsil edib.

Beşgünlük tədbirdə nümayəndələr DYB-nin 90 illiyinə həsr olunmuş fotosərgidə, Rus teatrında Poeziya evində təntənəli gecələrdə, respublika telekanalında təşkil olunan dəyirmi masada iştirak ediblər, R.Həmzətovun Dağıstanın Xalq şairi Anvar Adjiyevin muzeyində, Rəsul Həmzətovun ata yurdu olan Çada aulunda, həmçinin Xunzax aulunda, tarixi Dərbənd şəhərində, Qunib rayonunda olub, şairi xoş xatirəylə anıblar.

Dağıstanın “QTRK Daqestanteleviziya kanalınınMestnoe vremya. subbota Azərbaycan dili verilişləri redaksiyasınınGülüstan”, həmçinin “RQVK Daqestanradio kanalınınQlavnaya tema s Maqomedom Maxatilovımverilişlərinə dəvət alan şair Xatirə Fərəcli Rəsul Həmzətov yaradıcılığından, ədəbiyyat sahəsində xalqlar arası dostluq münasibətlərindən danışıb.

Qeyd edək ki, 2023-cü ildə Rusiya Federasiyasında keçirilən, Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş Beynəlxalq esse müsabiqəsindəXatirə FərəcliDağıstan günəşiadlı essesi ilə I yerə layiq görülmüşdü. Bu münasibətlə o, Rusiya Federasiyasının IX Parlament Forumuna dəvət almış, Azərbaycanı təmsil etmişdi.

 

Aygün Hacıyeva

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.13.