Ziyalı ömrünün akkordları...
İbrahim
Yusifoğlu-70
Xalqımızın tarixində
və taleyində
müstəsna xidmətlər göstərmiş,
şərəfli izlər qoymuş
ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.
Onlar millətlərin
mənsub olduqları cəmiyyətin mənəvi
yüksəlişi naminə
əzmlə çalışırlar.
Hər bir kəsin həyatında belə bir ehtirama layiq
gördüyü, düşüncəsində
belə xatırlarkən
özünü yığışdırdığı,
öz hərəkətinə,
cəmiyyətdəki fəaliyyətinə
onun prizmasından qiymət verdiyi bir insan olur.
Bu gün haqqında danışmaq istədiyim
belə şəxslərdən
biri İbrahim Yusifoğludur.
İbrahim
müəllim kimi insanlar öz təmiz qəlbi, xeyirxah əməlləri,
mənəvi keyfiyyətləri
ilə elə bir ucalıq, kamillik zirvəsi fəth ediblər ki, onları reklamlaşdırmağa
heç ehtiyac da yoxdur. Onunla bir dəfə həmsöhbət olan hər hansı bir kəs sonra
daim onun söhbətlərinin, mükalimələrinin
cazibəsinə düşür,
beş dəqiqəlik
fikir mübadiləsindən
sonra həftələrlə,
aylarla onun söhbətlərinin sehrində
olursan. Ulularımız
əbəs yerə deməyiblər ki, böyüksüz
yerdə oturma!
Bir oxucu olaraq yaradıcılığına
yaxından bələd
olduğum İbrahim Yusifoğlunun
hər bir yeni uğuru mənim üçün bir dost nailiyyəti, bir qələm qardaşımın
sevinci deməkdir. Məhz bu mənada,
şair-publisist İbrahim Yusifoğlu
imzası tərəfimdən
böyük maraqla izlənilir.
Poeziya, insanın daxili dünyasının pəncərəsindən
həyata baxışıdır
və İbrahim Yusifoğlunun
şeir yaradıcılığına
nəzər yetirəndə
baxıb görürsən
ki, bütün şairlərimizi
düşündürən mövzulara o da müraciət
edib. Amma fərq orasındadır ki, öz
kökünə-soyadına, ocağına-suyuna bağlı
olan şair poeziyada sözünü deyə bilib.
Akademik
İsa Həbibbəyli İbrahim Yusifoğlunun yaradıcılığı
haqqında yazır:
"İbrahim
Yusifoğlu milli şeirimizin
istedadlı və daim axtarışlarda olan nümayəndələrindən
biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox,
istedadla təbii ilhamın axarında yazan şairlərdəndir.
İstedad İbrahim Yusifoğluna
həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir.
İbrahim Yusifoğlunda zəhmət
faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli,
bulaqlı təbiətin
qoynunda böyüyüb
boya-başa çatan,
bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrufat
həyatında mükəmməl
zəhmət dərsləri
keçmiş İbrahim Yusifoğlunun
yaradıcılığında istedad şeirin ruhu və qanadı,
zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən,
fikirlərdən, orijinal
bədii təsvir və ifadə vasitələrindən şeirin
"inşaat materialları"
kimi özünəməxsus
şəkildə, yaradıcılıqla
faydalanmağı bacaran
İbrahim Yusifoğlu, sanki
ilhamlı şeirlərinin
istedadlı və zəhmətkeş bənnasıdır.
Onun qələmindən
çıxmış ən
yaxşı şeirlər
yaratdığı poeziya
sarayının kərpicləri
kimi uzunömürlüdür.
"Ruhuma bircə bu yağış doğmadı" şeirində
etiraf etdiyi kimi:
Mənim
şeirlərim könül
varımdı,
Onlarda həm sevinc, kədər varımdı.
Qəlblərə ələnən yağışlarımdı,
Ruhuma bircə bu yağış
doğmadı.
İstedadlı şairin şeirlərində
aparıcı xətt
saf sevgidir. Təmiz hisslər, ülvi duyğular, pak məhəbbət şairin qəlbindən qələminə süzülür.
Bu poetik nümunələr
oxucuya mənəvi qida verməklə yanaşı, onu şeirin dərinliyinə
aparır. Saf hisslər, ülvi duyğular, məhəbbət
İbrahim Yusifoğlunun şeirlərinin
leytmotivini təşkil
edir.
Şeirlərindəki poetik duyğular, düşüncə
tərzi, hisslər, ən əsası, fikrini oxucuya məharətlə çatdırmaq
qabiliyyəti alqışalayiqdir.
Göylərin üzünü aldı
buludlar,
Hələ qəlb üşüdən
külək də əsdi,
Mənim
səndə xeyli əmanətim var,
Qaytarsan,
bir gilə göz yaşı bəsdi.
"Mənə bircə gilə göz yaşı bəsdi"
İbrahim
Yusifoğlunun Vətən
mövzusunda şeirləri
onun doğma yurda olan məhəbbətini
əks etdirir. O, əksər şeirlərdə
birbaşa, bəzən
də tamam ayrı mövzularda yazdığı, poetik nümunələrdə bir
misra ilə də olsa belə,
Vətən dərdinə
toxunmadan keçə
bilmir. Şair şeirlərində təzahür
olunan poetik təzad çox böyük ümidlər
verir; bu isə orijinal istedadın qismətidir və əsl poeziyanın mahiyyətini təcəssüm etdirir.
"Yaşa müstəqillik
çağını, Vətən!"
adlı şeirində
oxuyuruq:
Axır
ki, ayırıb düşməni
dostdan,
Tanıdın ən qəddar
yağını, Vətən!
Qoynun uzaq olsun alovdan,
oddan,
Yaşa
müstəqillik çağını,
Vətən!
Torpaqlarımıza edilən erməni
təcavüzünün ilk günlərində, xüsusən,
44 günlük müharibə
dövründə İbrahim Yusifoğlu vətənpərvərlik
ruhunda yazdığı
şeirlərlə əsgərlərimizi
döyüşə ruhlandırırdı.
Vətən uğrunda
həlak olan şəhidlərimizin qəhrəmanlığından
bəhs edilən şeirlər onların yaddaşlarda əbədi qalması üçün
ən böyük heykəldir və ən böyük nemət isə "Zəfər nəğməsi"dir:
Nəğmələrin müqəddəsi,
ulusu,
Meyvələrin ən şirini,
sulusu,
Bulaqların ayna kimi durusu,
Zəfər nəğməsi!..
İbrahim
Yusifoğlu uzun illər Naxçıvanda
təhsil sahəsində
səmərəli fəaliyyət
göstərib. 1997-ci ildə
"Şirvannəşr"də dərc etdirdiyi "Safdır, müqəddəsdir
müəllim ömrü"
adlı kitabında
"Müəllimləri qoruyun"
adlı yazısında
bu müqəddəs peşə sahiblərinə
layiqincə qiymət verilməsi üçün
həyəcan təbili
çalırdı: "Boyumuz
partaya çatmayanda boylarından boy veriblər
boyumuza. Əlimiz qələm tutmaq istəyəndə ürəklərindən
güc, hərarət
veriblər əllərimizə,
barmaqlarımıza. Dünyanın
ən zəngin lüğət fondunu köçürüblər dilimizə,
hafizəmizə. Bəlkə
də ona görə də həyatda ən çox həsəd apardığımız peşə
sahibləri müəllimlər
olublar?! Bəlkə də ona görədir
ki, ömrümün 18-ci ilindən
başlayaraq əlimə
sinif jurnalı alıb, müəllimlik etmişəm... bu saf və müqəddəs
adı daşıyıram,
bu adla fəxr
edirəm..."
Bəli,
İbrahim Yusifoğlu təhsilin
bütün sahələrində
çalışıbdır. 1973-cü ildə Naxçıvan şəhərindəki pedaqoji
məktəbi bitirdikdən
sonra Şərur rayonunun ucqar dağ kəndləri olan Aşağı Yayçı və Axura kənd məktəblərində 10 ilə
yaxın ibtidai sinif və ədəbiyyat
müəllimi, 1981-ci ildən
1992-ci ilə qədər
təhsil şöbəsində
metodist, metodkabinet müdiri, 1992-ci ildən
2019-cu ilədək kadrlar
üzrə məsləhətçi
vəzifəsində işləmişdir.
Bu illər ərzində
İbrahim müəllim təhsilimizin
inkişafında yaxından
iştirak etmişdir.
Keçirilən attestasiyaların
yekun rəyinə əsasən "Metodist müəllim", "Ali kateqoriyalı
müəllim" dərəcəsi
almışdır.
1987-ci ildə qazandığı
uğurlara görə
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
"Qabaqcıl Təhsil
İşçisi" döş
nişanı ilə təltif olunmuşdur. Azərbaycan Müəllimlərinin
qurultay nümayəndəsi
olmuşdur.
Təhsil
sahəsində işlədiyi
50 il müddətində qabaqcıl
müəllimlərin iş
təcrübəsinin öyrənilib
yayılmasında fəal
iştirak etmişdir.
Naxçıvan Muxtar
Respublikasının ömürlərini
təhsilə həsr
etmiş onlarla pedaqoqların zəngin təcrübəsi əsasında
"Safdır, müqəddəsdir
müəllim ömrü"
seriyasından 8 adda kitab yazıb
çap etdirmişdir.
Onun "Müəllim
ömrü" adlı
şeiri bu gün də öz aktuallığını
qoruyub saxlayır, sevilə-sevilə oxunur:
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli
çaydı,
Ömrü-ömürlərə paylanan paydı,
Safdır,
müqəddəsdir, müəllim
ömrü.
Günəş hərarətli, dağ
vüqarlıdı,
Saçları dalğındı, bəyaz
qarlıdı,
Övladlı, nəvəli, gözəl
yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü.
İbrahim
Yusifoğlu istedadlı
şair, publisist kimi qəlbən vurulduğu müəllimlik
peşəsinin də
şərəfini bu gün də uca tutur.
İbrahim
Yusifoğlu gülərüzlü
balaları da yaddan çıxarmayıb. 1980-ci ildən
bu günədək onun uşaqlar üçün yazdığı
şeirlər, nağıllar,
mənzum dramlar "Göyərçin", "Günəş",
"Pioner", "Azərbaycan
pioneri", "Savalan"
kimi uşaq mətbuatında müntəzəm
dərc olunubdur.
İbrahim
Yusifoğlu yığcam
şeirlərdən, nağıl
və mənzum pyeslərdən ibarət kitablarını uşaqlara
hədiyyə etmişdir.
Ömrünün son 5 ilini AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlayan İbrahim müəllim
vətənpərvər, dostcanlı,
xeyirxah, saf bir insandır. Nurlu siması, şirin ləhcəsi onunla qarşılaşanda
insanda xoş təəssürat yaradır.
İbrahim müəllim yaxşı
həmsöhbətdir. Saatlarla
onunla elmi-ədəbi
söhbətlər etməkdən
doymursan.
Mən əməkdaşımız, həmkarım,
böyük qardaş
sandığım şair-tədqiqatçı
İbrahim Yusifoğluna 70 illiyi
münasibəti ilə
cansağlığı, uzun
ömür, yaradıcılıq
uğurları arzu edirəm.
Yubileyiniz
mübarək!
Vüqar ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.28.