X Bakı
Beynəlxalq Kitab Sərgisi
Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub
Paytaxtımız növbəti dəfə beynəlxalq kitab bayramına ev sahibliyi edəcək. Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi
bu il 10-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları,
kitabın çapı,
yayımı ilə məşğul olan təsisatları, kitabxanaları,
bu sahədə aidiyyəti dövlət qurumlarını bir araya gətirəcək.
Cənubi
Qafqazda bu sahədə ən böyük tədbir sayılan Bakı Beynəlxalq Kitab Sərgisi ötən müddətdə mütaliə
mədəniyyətinin təşviqi,
yazıçılar və
oxucular arasında görüşlər üçün
maraqlı platformaya çevrilib. Sərgi yazarlarla nəşriyyatların
işgüzar münasibətlərinin
qurulması, kitab biznesinin
inkişafı, müasir
ədəbiyyatın və
xüsusilə gənc
müəlliflərin təbliğatına
öz töhfəsini
verir.
2–8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək
builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin (1494–1556) 530 illiyinə
həsr olunub.
Bu il də sərgidə bir sıra ölkələrdən
müvafiq sahənin nümayəndələri iştirak
edəcək. Sərgi
günlərində yazarların
imza mərasimləri,
təqdimat və müxtəlif səpkili tədbirlər təşkil
olunacaq.
***
X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunacaq Azərbaycan Milli Kitabxanası
da maraqlı tədbirlər
keçirməyi planlaşdırır.
Kitabxana bu il ölkəmizdə elan olunan
“Yaşıl dünya
naminə həmrəylik
ili” və Şuşanın “İslam dünyasının
mədəniyyət paytaxtı”
missiyasını daşıması
ilə bağlı sərgilər təşkil
edəcək. Eyni zamanda əlamətdar il münasibətilə nəşr
olunan biblioqrafiya və iqlim dəyişikliyi
mövzusunda elektron məlumat bazasının təqdimatları olacaq.
Məhəmməd Füzulinin 530 illik
yubileyi ilə bağlı ekspozisiyanın
və “Məhəmməd
Füzuli – 530” adlı
biblioqrafik nəşrin
də təqdimatı
nəzərdə tutulub.
Beynəlxalq sərgi çərçivəsində,
həmçinin Azərbaycan
Milli Kitabxanasında Macarıstan
Milli Seçeni Kitabxanasının
daimi guşəsinin açılması, Gürcüstan
Milli Parlament Kitabxanası,
Mərakeş Milli Kitabxanası
ilə Azərbaycan
Milli Kitabxanası arasında
memorandumların imzalanması
gözlənilir.
Ədəbiyyat qəzeti.- 2024.-
21 sentyabr, ¹36.- S.32.