Ulduzjurnalının sentyabr nömrəsi

TürkiyəninGenç Yüreklerdərgisinə həsr olunub

 

Ulduzjurnalının sentyabr nömrəsi işıq üzü görüb.

Jurnalin bu nömrəsi TürkiyəninGenç Yüreklerdərgisinə həsr olunub.

Ulduzun və “Genç Yüreklerin birgə layihəsinə əsasən çap olunan yeni nömrədə 51 türk müəllifinin əsəri yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”. “Genç Yüreklerin baş redaktoru Mühterem Şahin bildirib ki, tezliklə Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi sayımız çap olunacaq. Azərbaycan türkcəsində dərci nəzərdə tutulanGenç Yürekler” “Ulduzjurnalının göndərdiyi materiallar əsasında işıq üzü görəcək. “İki millət, bir dövlət!” şüarını rəhbər tutan dərgilər Türkiyədə Azərbaycan müəlliflərini məhz Azərbaycan türkcəsində, Azərbaycanda isə Türkiyə müəlliflərini Türkiyə türkcəsində təqdim edəcəklər.

Ortaq əlifbanın artıq arzudan gerçəyə çevrildiyi tarixi günlərdə “Ulduzvə “Genç Yüreklerdərgilərinin birgə əməkdaşlığı Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir.

Hər iki nəşrin birgə təqdimatı nəzərdə tutulur.

 

Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.32.