Keçmiş səfirin yeni görəvi
Qırğızıstan Universitetində Kayrat Osmonaliyevin rəhbərliyi ilə Türk
İrsi Mərkəzi yaradılıb
Qırğızıstanda Cusup Balasagun Qırğız
Milli Universitetində Türk
İrsi Mərkəzi
açılıb.
Bu barədə Kırım
Haber Ajansı məlumat
yayıb.
Məlumata görə, Mərkəzin
rəhbəri Kayrat Osmonaliyev bildirib ki, açılan mərkəz
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun maliyyəsi ilə fəaliyyət göstərəcək:
“2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı
səfirliyi mərkəzi
ofisi Bakıda yerləşən Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu ilə Cusup Balasagun adına universitet arasında tərəfdaşlıq əlaqələrinin
qurulması məsələsini
müzakirə edib. Nəticədə bu il sentyabrın əvvəlində
universitetin Elmi Şurasının qərarı
ilə əməkdaşlıq
memorandumu imzalanıb və Türk İrsi Mərkəzi yaradılıb”.
Onu da qeyd edək ki, Kayrat Osmonaliyev bundan əvvəl Qırğızıstanın Azərbaycandakı
səfiri olub.
Ədəbiyyat qəzeti.- 2024.- 21 sentyabr, ¹36.- S.29.