"Seçmələrin seçməsi - qranulalar" təqdim olundu

 

"LIBRAFF"ın Park Akademiya filialında qələbəlik yaşanırdı. Hamı, onu sevənlər burdaydı... Xalq yazıçısı, akademik Kamal Abdulla bu dəfə oxucularının görüşünə tamamilə fərqli bir kitabla gəlmişdi. "Seçmələrin seçməsi - qranulalar"... Kitabın redaktorları - akademik Muxtar Kazımoğlu tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı Toğrul Mehdidir.

Nədir qranulalar? Müəllif kitabın Ön sözündə bu haqda geniş məlumat verir:

"İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə romanların, publisistik məqalələrin elmi əsərlərin, verdiyim intervyülərin hər birinin içində yer almış bu gün öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü, sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman məkanca ayrılığımıza son qoy bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik.

Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.

Qranulanı əldə etməyin yolu Okkam ülgücünü işə salmaqdan keçib gedir. Odur ki, bu kitabı müəyyən mənada məhz Okkam ülgücünü işə salmanın nəticəsində yerdə qalmış kvintessensiyalardan ibarət müəllifin özünün bütün bədii yaradıcılığı üçün cövhər saydığı bir mətn kimi qəbul etmək olar.

On illər ərzində yazdığım mətnlərin hər biri, təbii ki, qələmə alınanda müxtəlif əhvalın müxtəlif tövrlərin məhsulları kimi ortaya çıxmışdılar. Onları bir-birindən nəinki onillər, tamamilə əks əhval-ruhiyyələr, bəlkə (təbii ki!) səviyyələr ayırmalı idi ayırırdı. Ən azından, onları bir-birindən müxtəlif məqsədlər müxtəlif niyyətlər fərqləndirirdi. İndi isə onlar bir-birinin yanında Qazi Bürhanəddin demiş, "qədd tutub" durmuş doğma qardaşlar, bacılar kimidirlər. Doğrudan da, onlar dil açarkən məni aldatmamışdılar. Bu yeni, ancaq qranulalardan ibarət mətndə qəribə bir ecazla zühur etmiş yeni cazibəni təravəti duymamaq mümkün deyildi. Mən bir daha inandım ki, ömrüm boyu sahəsindən, janrından, məzmunundan asılı olmayaraq bir əsər yazmışam. O əsərin "ən ləyaqətli nümayəndələri" bu kitabda bir-birinin yanında yer alıb".

Bir sözlə, bu kitabı Kamal müəllimin ədəbi-estetik platforması kimi təqdim etmək olar.

Tədbirə bir az erkən gəlmişdim, mağazanın qarşısında, açıq havada gəzişməkdə idim. Başımı qaldıranda Kamal müəllimin yaxınlaşdığını gördüm. Salamlaşdıq, "tez gəlmisən" dedi. Az keçməmiş zalda iynə atsaydın, yerə düşməzdi. "Everest" Nəşriyyat evinin təşkilatçılığı ilə  keçirilən tədbirdə akademiklər, professorlar, ədəbiyyatşünaslar oxucular iştirak edirdi.

Kamal Abdulla yaradıcılığı ilə bağlı bir-birindən maraqlı çıxışlarla yaddaqalan tədbir oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.

Xalq şairi Ramiz Rövşən dedi ki, bədii ədəbiyyatdan elmə gedən adamlar çox olub, amma elmdən bədii yaradıcılığa keçənlər nadir hallarda olur. Kamal Abdulla görkəmli dilçi alim kimi tanınırdı, nəsrə keçdi ciddi bir yazıçı kimi sevildi. Bu, asan məsələ deyil.

Daha sonra çıxış edənlərdən akademik Vaqif Abbasov Kamal müəllimi filosof yazıçı kimi xarakterizə etdi onun yaradıcılığını elmi aspektdən təhlil etdi. Akademik Muxtar İmanov Kamal Abdulla yaradıcılığı haqqında, xüsusən, yeni kitab haqqında öz fikirlərini bölüşdü. Millət vəkili Fazil Mustafa, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova digərləri Kamal Abdullanın ümumən ədəbiyyatımızda yeri, mövqeyi haqqında dəyərli fikirlər söylədilər.

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdlərinin ifasında Kamal Abdullanın şeirləri səsləndi. Yazıçı ayağa qalxıb şagirdlərin hər birinə təşəkkürünü bildirdi onlara müvəffəqiyyətlər arzuladı.

Kitabla geniş tanış olmaq imkanım olmasa da, dəyərli tədqiqatçımız Azər Turanın "Qranulalar" haqda fikirləri məndə müəyyən təəssürat yaratdı. Azər bəy yazır:

"...bu kitabın araçılığı ilə ədəbi tənqidimizdə ilk dəfə belə bir üslub dilə gəlir: "Azərbaycan ədəbiyyatının bu günə qədər hövlnak (qorxaqcasına) qaçmağa çalışdığı ən başlıca mövzu, ideya budur: o biri dünyanı görməzliyə vurmaq. Guya o biri dünya yoxdu, məhşər ayağı yoxdu cavab vermək vaxtı - o müdhiş vaxt heç vədə gəlməyəcək".

Bu mənada, "Seçmələrin seçməsi - Qranulalar" həm nəzəri kitabdır.

Bu kitab, eyni zamanda soykökü barədə düşüncədə milli ikiliklərdən imtinanı təlqin edən, Koroğluya deyil, Dədə Qorquda çağıran şəcərə kitabıdır".

 

Məni başqasından gizlətmək çətin,

Sənin hər yerindən görünürəm mən.

Üzündən, gözündən görünmək asan,

Səsindən, sözündən görünmək asan -

Sənin kölgəndən görünürəm mən.

 

Kitabın hər səhifəsində oxucu bəzən günlərlə düşünə bilər, növbəti səhifəyə keçmək üçün sanki fikir keçidləridir bu qranulalar, səni hansısa sirrə doğru aparır... Kamal müəllimin yaradıcılığındakı sirr içində sirr, çoxqatlılıq bu kitabda işartılar formasında gözə görünür cəzb edir.

Biz arzu edirik ki, Kamal müəllimin bu dəyərli kitabı daha çox oxucuya çatsın.

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, №37.- S.11.