Hüseynbala Mirələmovun

əsərləri qırğız dilində

 

Yazıçı-dramaturq, publisist  Hüseynbala Mirələmovun əsərləri bu dəfə  qırğız dilində çapdan çıxıb.

Dramaturqun məşhur "Xəcalətpovestinin daxil olduğu kitab bu günlərdə Bakıda qonaq olan Qırğızıstan Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev tərəfindən müəllifə təqdim edilib. Kanıbek İmanaliyev bildirib ki, kitabda yer alan  Azərbaycanın ən ağrılı problemi olan Qarabağ hadisələrindən bəhs edən əsərlər qırğız yazıçılar, ədəbiyyatşünaslar tərəfindən   çox böyük rəylər alıb, yüksək dəyərləndirilib.

Görüşdə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ailə üzvləri, müasir qırğız ədəbiyyatının nümayəndələri iştirak edib Qırğızıstan Yazıçılar Birliyinin üzvü olan dramaturq Hüseynbala Mirələmovun  ünvanına xoş sözlər söyləyiblər, onun dünya ədəbiyyatının böyük nümayəndəsi Çingiz Aytmatovla dostluq münasibətlərindən söz açıblar bu münasibətlərin hər iki xalq üçün qiymətli olduğunu vurğulayıblar.

Xatırladaq ki, vaxtilə Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov Hüseynbala Mirələmov haqqında belə demişdir: "Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz bir çox mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik. Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm".

Görüşdə Hüseynbala Mirələmov bu yaxınlarda işıq üzü görən buludlar üstündəkitabını da iki xalqın dostluq simvoluna çevrilən Çingiz Aytmatovun xatirəsinə həsr etdiyini bildirib.

Kanıbek İmanaliyev Hüseynbala MirələmovunGörkəmli adamların həyatıseriyasındanHeydər Əliyevkitabının da bu yaxınlarda qırğız dilinə tərcümə edilib nəşr olunacağını bildirib.

Qeyd edək ki, bununla da bu kitab dünyanın 50 dilinə tərcümə edilmiş olacaq.

 

Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.19.