Səlim Babullaoğlu Beynəlxalq
Akademiyanın həqiqi üzvü seçildi
Şair, esseist,
tərcüməçi Səlim
Babullaoğlu “ədəbi
fəaliyyətinə və
yaradıcı bioqrafiyasının
məziyyətlərinə görə” Leopold Sedar Senghor Beynəlxalq
Akademiyasının həqiqi
üzvü seçilib
və fəxri diplomla təltif olunub.
Kulis.az xəbər verir ki, Seneqal
şairi, filosof və siyasətçisi,
“Afrika ruhu” nəzəriyyəsinin banilərindən
biri, XX əsr Afrika intellektuallarından sayılan, panafrikanizmin, ümumdünya sosial-demokratiya
hərəkatı sağ
qanadının görkəmli
təmsilçisi, Seneqal
və Maliyə rəhbərlik etmiş Leopold Sedar Senghorun
adını daşıyan
beynəlxalq təsisatın
- Akademiyanın baş
ofisi İtaliyanın Milan şəhərində
yerləşir, rəhbəri
prof. dok. Şeyk Tidian Qaydır. Babullaoğlunun namizədliyini Mihay Eminesku Akademiyasının
prezidenti, Nobel Akademiyasının eksperti,
tanınmış rumın
şairi İon Deakonesku irəli sürüb.
Diplomun təqdimat mərasimi
2025-ci ilin mayında baş tutacaq.
Məşhur ABBA qrupunun üzvü
öldü
Beynəlxalq müsabiqədə azərbaycanlı
gənc mükafatlandırılıb
Metyu Perrinin ölümündə
günahlandırılan həkim
ittihamları qəbul
etdi
Səlim
Babullaoğlu açıqlamasında
qərarın 2023-cü ilin
avqustunda verilsə də, bu haqda
məlumatsız olduğunu,
xəbəri yaxın
günlərdə aldığını
deyib: “Əlbəttə
ki, bu xəbərdən
məmnunam. Cənab
İon Deakoneskuya, onun
təklifini dəstəkləyən
adamlara, o cümlədən,
cənab Tidian Qaya təşəkkür
edirəm”.
Akademiyanın saytı:
www.accademiainternazionalesenghor.com
Ədəbiyyat qəzeti.- 2024.- 28 sentyabr, ¹37.- S.21.